Məhkəmə qərarları › İş №2(058)-659/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-659/2024

28.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-659/2024 28.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək valideyinlərinin mülkiyyətinə verilmiş 0.081 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın mərhum X2na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslanıdrılmışdır ki, Samux Rayon Qarayevi qəsəbəsində valideyinlərinin mülkiyyətində 0.081 ha torpaq sahəsi var. Həmin torpaq sahəsinə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Mərhum atası X23 xx.xx.2008-ci ildə, X2 isə xx.xx.2013-cü il tarixdə ölmüşdürlər. Valideyinlərinin adına verilən 0.081 ha torpaq sahəsinə aid çıxarışda mərhum anasının atasının adı texniki səbəbdən səhv olaraq “X15” kimi qeyd edilmişdir. Əslində isə X3 qeyd edilməli idi, çünki onun doğum haqqında şəhadətnaməsində, həmçinin mərhumun ölüm şəhadətnaməsində X4 qeyd edilib. Valideyinlərinin adına verilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət X9 Əmlakın Dövlət Reyestrindən Çıxarışda buraxılmış səhvlərin düzəldilməsi ilə aidiyyatı təşkilatlara müraciət edilmiş və müraciətə cavab olaraq məhkəməyə müraciət edilməli olduğu izah olunub. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 bildirdi ki, Ərizəçi onun qardaşıdır. X2 ilə atası X17 ümumi birgə mülkiyyətində Samux rayonu Qarayeri qəsəbəsində yerləşən torpaq sahəsi olub. Torpağa mülkiyyət hüququna dair sənəddə yəni, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda onun anasının ata adı “Şiraslan” əvəzinə səhvən “Həsən” kimi qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 bildirdi ki, Ərizəçi onun qardaşıdır. X2 ilə atası X17 ümumi birgə mülkiyyətində Samux rayonu Qarayeri qəsəbəsində yerləşən torpaq sahəsi olub. Torpağa mülkiyyət hüququna dair sənəddə yəni, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda onun anasının ata adı “Şiraslan” əvəzinə səhvən “Həsən” kimi qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, Ərizəçi onun əridir. X1 ilə qaynatası X17 ümumi birgə mülkiyyətində Samux rayonu Qarayeri qəsəbəsində yerləşən torpaq sahəsi olub. Torpağa mülkiyyət hüququna dair sənəddə yəni, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda onun qaynanasının atasının adı “Şiraslan” əvəzinə səhvən “Həsən” kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********55 reyster nömrəli çıxarışdan görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0,081 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi X12 və X17 ümumi birgə mülkiyyətində olmuşdur. AA 281451 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 dekabr 1926-cı il tarixdə Samux rayonunda doğulmuş X5 atası X8r. AA 281886 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 atası X22, X2dır. AZ-İ 615171 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********55 reyster nömrəli çıxarışda ərizəçinin anasının ata adı “Şiraslan” əvəzinə səhvən “Həsən” kimi göstərilmişdir. Həmin sənədin ərizəçinin anasına məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi sözügedən çıxarışda düzəlişlərin edilməsindən həmin düzəlişin edilməsi üçün müvafiq sənədin təqdim olunmaması əsası ilə imtina etmişdir. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə miras əmlakın vərəsəlik qaydasında qəbul edilməsi ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********55 reyster nömrəli çıxarışın ərizəçinin anasına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X12 adına verilmiş **********55 reyster nömrəli çıxarışın X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar