Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-659/2025 06.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçılar İddiaçı1 (eyni zamanda digər İddiaçı2 nümayəndəsi), İddiaçı3, Abdullayeva (Həsənova) Məhəbbət Çoban qızının, cavabdehlər Cavabdeh2, Hacıyeva (Həsənova) Xoşbəxt Dilən qızının və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Abdullayeva (Həsənova) Məhəbbət Çoban qızının cavabdehlər Cavabdeh2, Zeynalova (Həsənova) Leyla Dilən qızı və Hacıyeva (Həsənova) Xoşbəxt Dilən qızına qarşı “miras əmlakdan qanun üzrə 1-ci növbə vərəsələrin paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Abdullayeva (Həsənova) Məhəbbət Çoban qızı cavabdehlər X8, Cavabdeh2 və Hacıyeva (Həsənova) Xoşbəxt Dilən qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan və mərhum anaları X1 qalmış Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən miras qoyanların hər birinin 1/10 hissədə payından ibarət miras əmlakından, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən miras qoyanların hər birinin 1/10 hissədə payından ibarət miras əmlakından, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən miras qoyanların hər birinin 1/10 hissədə payından ibarət miras əmlakından qanun üzrə İ növbə vərəsələr İddiaçı1, İddiaçı2, İddiaçı3, Abdullayeva (Həsənova) Məhəbbət Çoban qızının və mərhum qardaşları X21 münasibətdə onun İ növbə vərəsələri cavabdehlər X6, Cavabdeh2, Hacıyeva (Həsənova) Xoşbəxt Dilən qızının paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ataları mərhum X27 və anaları mərhum X9 rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından xx.xx.1963-cü il təvəllüdlü X28, xx.xx.1965-ci il təvəllüdlü Abdullayeva (Həsənova) Məhəbbət Çoban qızı, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1972-ci il təvəllüdlü İddiaçı3 anadan olmuşdur. X3 xx.xx.2006-cı il tarixdə və anaları X9 xx.xx.2017ci il tarixdə ölmüşdür. X3, qardaşı X29 və anaları X9 öldükdən sonra dövlət notariat xidmətində miras əmlakı qanun üzrə vərəsələr arasında bölünməsinə dair vərəsəlik işi açılmamışdır. Bu səbəbdən miras əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi ilə əlaqədar vərəsələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Samux rayon üzrə notariat ofisinə müracət etmişdirlər. Samux rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli 375 nömrəli və 376 nömrəli qərarları ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Belə ki, mərhum qardaşları X15 həyat yoldaşı X16 və övladları Cavabdeh2 və Hacıyeva ( Həsənova) X24 rayon notariat ofisinə gəlməkdən imtina etmişlər. Mərhum valideynlərinə məxsus Samux rayon Qarayeri qəsəbəsində xx.xx.2023-cü il tarixli № ********** nömrəli çıxarışla 0,74 ha, xx.xx.2023-cü il tarixli № ********** nömrəli çıxarışla 0,70 ha və xx.xx.2023-cü il tarixli № ********** nömrəli çıxarışla 0,31 ha kənd təssərüfatı təyinat torpaq sahələri ümumi birgə mülkiyyətdir. Bu səbəbdən miras əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçılar məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində cavabdeh kimi göstərilmiş X6 cavabdehlər sırasından çıxarılmasını, Zeynalova (Həsənova) Leyla Dilən qızının cavabdeh kimi əlavə edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək bildirdi ki, miras qoyan X27 və X9 onun valideynləridir. X3 ilə anaları X2 birgə nikahından 5 övladı, yəni xx.xx.1965-cı il təvəllüdlü Abdullayeva (Həsənova) Məhəbbət Çoban qızı, xx.xx.1972ci il təvəllüdlü İddiaçı3, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı2, xx.xx.1963-cü il təvəllüdlü X28, anadan olmuşdur. Ataları İddiaçı1 xx.xx.2006-cı il tarixdə, anaları X9 xx.xx.2017-ci il tarixdə, qardaşları X28 isə 15 iyun 2009-cu il tarixdə ölmüşdür. Mərhum qardaşı X28 atalarının ölümündən sonra mirası qəbul etmiş, lakin mirasın onun tərəfindən qəbul edilməsi rəsmiləşdirilmədən xx.xx.2009-cu il tarixində vəfat etmişdir. Samux rayon notariat ofisinə miras əmlakdan vərəsələrin payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar müraciət etmişlər, lakin mərhum qardaşı X15 vərəsələri X16, Cavabdeh2 və Cavabdeh1 miras əmlakın bölünməsi məsələsində narazılıq bildirdiyi üçün notarius notariat hərəkətlərinin aparılmasından imtina etmişdir. Məhz bu səbəbdən də onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Miras əmlak miras qoyanların və sözügedən əmlaklara dair mülkiyyət sənədlərində adları qeyd olunan digər mülkiyyətçilərin ümumi birgə mülkiyyətində olmuş torpaq sahələridir. Hər üç torpaq sahəsi üzrə miras qoyanların miras əmlakı 1-ci növbə vərəsələrin hər biri tərəfindən faktiki olaraq qəbul edilmişdir. Buna görə də iddia tələbində sözügedən, ümumi birgə mülkiyyətdə olan hər üç torpaq sahəsində X3nun və anaları X2 hər birinin 1/10 hissədə payından ibarət miras əmlakın 1-ci növbə vəfrəsələr arasında bölünməsini, həmçinin mərhum qardaşları Dilən Həsənova çatacaq payın o sağ olmadığına görə onun uşaqları arasında bölünməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Abdullayeva (Həsənova) Məhəbbət Çoban qızı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etdiyini və miras əmlakdan paylarının qanuna müvafiq qaydada bölünməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini və miras əmlakdan paylarının qanuna müvafiq qaydada bölünməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 iddia tələbinin təmin olunmasına və miras əmlakdan payların qanuna müvafiq qaydada bölünməsinə etirazının olmadığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: AZ-İ № 196621 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 14 noyabr 2006-cı il tarixdə ölmüşdür. AZ-İ № 862100 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 25 yanvar 2017-ci il tarixdə ölmüşdür. 3-16-5/8-H-xx-xx/2025 nömrəli arayışın surətindən görünür ki, X28 xx.xx.2009-cu il tarixində ölmüşdür. İ-ИЕ № 121597 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X10 arasında 10 dekabr 1959-cu il tarixdə nikah bağlanmış, nikah bağlanarkən ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. AЗ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1965-ci il tarixdə doğulmuşdur. X7, anası X4r. AЗ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1967-ci il tarixdə doğulmuşdur. X7, anası X4r. AZ-T № 022921 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1970-ci il tarixdə doğulmuşdur. X7, anası X4r. İ-ЖГ № 295477 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1972-ci il tarixdə doğulmuşdur. X7, anası X4r. Samux rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X28 ilə X6 arasında 15 iyun 1990-cı il tarixdə nikah bağlanmış, nikah bağlanarkən ərə Həsənov, arvada isə Həsənova soyadı verilmişdir. Samux rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X18 24 avqust 1994-cü ildə doğulmuşdur, atası X28, anası X11r. Samux rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X23 xx xxxxx 1997-ci il tarixdə doğulmuş, atası X28, anası X11r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.7 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, X19, Cavabdeh1, X8, X21, Cavabdeh2, X5 və X22 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.74 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, X19, X12, X8, X21, Cavabdeh2, X5 və X22 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.31 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, X19, Cavabdeh1, X8, X21, Cavabdeh2, X5 və X22 məxsusdur. İş materiallarında olan Samux Rayon İcra Hakimiyyəti Başçısının Qarayeri Qəsəbə İnzibati Ərazi X20 tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X27 və mərhum X2 birgə nikahlarından X28, Həsənova (Abdullayeva) Məhəbbət Çoban qızı, İddiaçı1, İddiaçı2, İddiaçı3 adlı övladları olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. (maddə 1133.1) Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. (maddə 1133.2). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar (maddə 1159.1.1). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (maddə 1151). Qanun üzrə vərəsəlik zamanı bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.(maddə 1159.1.3.) Əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir (maddə 1252). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, miras qoyanlar X27 xx.xx.2006-cı il tarixdə, X9 isə xx.xx.2017-ci tarixdə ölmüşdür. X13 və X1 qalmış miras əmlak ümumi birgə mülkiyyət hüququ ilə onlara məxsus olan, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarətdir. İddiaçılar miras qoyanların 1-ci növbə vərəsələri (uşaqları), cavabdehlər miras qoyanların xx.xx.2009-cu il tarixində ölmüş oğlu X15 uşaqları, müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə Dilən Həsənovun arvadıdır. İşin faktiki halı kimi müəyyən olunur ki, iddia tələbində sözügedən miras əmlaklar bütün 1-ci növbə vərəsələr tərəfindən faktiki olaraq qəbul edilmişdir. Belə ki, miras əmlak miras qoyanların və onların birinci növbə vərəsələrinin ümumi birgə mülkiyyətində olan əmlakdan miras qoyanların payından ibarət olduğu üçün vərəsələr (sözügedən əmlakların digər ümumi birgə mülkiyyətçiləri) miras qoyanların ümumi birgə mülkiyyətdə olan və onlardan miras qalan paylarına fatiki olaraq sahibliyi və idarəçiliyi həyata keçirmişlər. İşin faktiki halı kimi həmçinin o da müəyyən edilmişdir ki, X28 2009-cu ildə, yəni atası Çoban Həsənov öldükdən bir neçə il sonra, anası Şövkət Həsənovadan isə əvvəl ölmüşdür. Bununla da Dilən Həsənov atası Çoban Həsənovun mirası açılarkən sağ olmuş və mirası faktiki olaraq qəbul etmişdir. Belə olan halda isə onun qəbul etmiş olduğu miras əmlak o öldükdən sonra irsi transmisiya ilə onun birinci növbə vərəsələrinə (arvadına, uşaqlarına və anasına) keçmişdir. X9 isə 2017-ci ildə ölmüş və onun mirası açılan vaxt 1-ci növbə vərəsələrindən oğlu-Dilən Həsənov həyatda olmamışdır. Belə olan halda isə Dilən Həsənova anası Şövkət Həsənovanın mirsından çatacaq payın, miras açılan vaxt D.Həsənov sağ olmadığına görə onun uşaqları arasında bölünməsi məsələsi həll edilməlidir. Miras əmlakın qəbulu müddəti ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə 26 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunda baxılaraq qərar qəbul edilmişdir. Həmin qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Həmçinin qeyd olunmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağı nəzərə alınaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı qənaətinə görə həmin qərarda qeyd olunan, mirasın qəbulu müddəti ilə bağlı Plenumun hüquqi mövqeyi bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmuşdur. Ona görə də məhkəmə, hazırkı mübahisənin həlli ilə əlaqədar əvvəlki qanunvericilik normasını rəhbər tuturaq və hazırda sözügedən miras əmlakın vərəsələr tərəfindən qanunvericilkdə nəzərdə tutulmuş müddət çərçivəsində formal olaraq qəbul edilməməsini nəzərə alaraq sözügedən miras əmlakın faktiki qəbul məsələsini araşdırır. İşin faktiki hallarından və tərəflərin izahatlarından aydın olur ki, iddia tələbində sözügedən miras əmlaklar bütün 1-ci növbə vərəsələr tərəfindən qəbul edilmişdir. Belə ki, miras əmlak miras qoyanların və onların birinci növbə vərəsələrinin ümumi birgə mülkiyyətində olan əmlaklardan miras qoyanların payından ibarət olduğu üçün vərəsələr (sözügedən əmlakların digər ümumi birgə mülkiyyətçiləri) miras qoyanların ümumi birgə mülkiyyətdə olan və onlardan miras qalan paylarına fatiki olaraq sahibliyi və idarəçiliyi həyata keçirmiş və bununla da mirası faktiki olaraq qəbul etmişlər. Bu halı bütün vərəsələr etiraf etdiyindən miras əmlakın birinci növbə vərəsələrin hər biri tərəfindən faktiki olaraq qəbul edilməsi işin mübahisəsiz halı kimi qəbul edilir. Hazırda vərəsələr miras əmlakdan bütün birinci növbə vərəsələrin, eyni zamanda birinci növbə vərəsələrdən ölmüş olan Dilən Həsənovun sağlığında faktiki olaraq qəbul etmiş olduğu, ataları Çoban Həsənovdan qalan miras əmlakdan irsi transmisiya qaydasında onun vərəsələrinə keçən miras payının onun birinci növbə vərəsələri arasında və anaları Şövkət Həsənovanın mirasından isə ona düşəcək payın onun övladları arasında bölünməsinə razı olduqlarını bəyan edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Beləliklə məhkəmə hesab edir ki, ilk öncə, miras qoyan X13 miras qalmış Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/10 hissədə payından ibarət miras əmlakından, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/10 hissədə payından ibarət miras əmlakdan və Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/10 hissədə payından ibarət miras əmlakdan onun birinci növbə qanun üzrə vərəsələri İddiaçı1 1/6 hissədə (ümumi əmlakda payı 7/60), İddiaçı2 1/6 hissədə (ümumi əmlakda payı 7/60), İddiaçı3 1/6 hissədə (ümumi əmlakda payı 7/60), Abdullayeva (Həsənova) Məhəbbət Çoban qızının 1/6 hissədə (ümumi əmlakda payı 1/60), X2 1/6 hissədə (ümumi əmlakda payı 7/60) payı, X15 1/6 hissədə (ümumi əmlakda payı 7/60) payları müəyyən edilməlidir. Daha sonra miras qoyan X15 Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 7/60 hissədə payından ibarət miras əmlakından, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 7/60 hissədə payından ibarət miras əmlakdan və Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 7/60 hissədə payından ibarət miras əmlakdan onun birinci növbə vərəsələri X2 1/5 hissədə (ümumi əmlakdakı payı 42/300), X6 1/5 hissədə (ümumi əmlakdakı payı 37/300), Cavabdeh2 1/5 hissədə (ümumi əmlakdakı payı 37/300), Hacıyeva (Həsənova) Xoşbəxt Dilən qızının 1/5 hissədə (ümumi əmlakdakı payı 37/300), Zeynalova (Həsənova) Leyla Dilən qızının 1/5 hissədə (ümumi əmlakdakı payı 7/300) payları müəyyən edilməlidir. Daha sonra miras qoyan X2 Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 42/300 hissədə payından ibarət miras əmlakdan, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 42/300 hissədə payından ibarət miras əmlakdan və Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 42/300 hissədə payından ibarət miras əmlakdan onun birinci növbə vərəsələri İddiaçı1 1\5 hissədə (ümumi əmlakdakı payı 217/1500), İddiaçı2 1/5 hissədə (ümumi əmlakda payı 217/1500), İddiaçı3 1/5 hissədə (ümumi əmlakda payı 217/1500), Abdullayeva (Həsənova) Məhəbbət Çoban qızının 1/5 hissədə (ümumi əmlakda payı 67/1500) payları, ölən vərəsə X21 düşəcək 1/5 hissədə miras payından isə uşaqları Cavabdeh2 1\3 hissədə (ümumi əmlakda payı 199/1500), Hacıyeva (Həsənova) Xoşbəxt Dilən qızının 1\3 hissədə (ümumi əmlakda payı 199/1500), Zeynalova (Həsənova) Leyla Dilən qızının 1\3 hissədə (ümumi əmlakda payı 49/1500) payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Miras qoyan X13 qalmış onun Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/10 hissədə payından ibarət miras əmlakdan, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/10 hissədə payından ibarət miras əmlakdan və Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/10 hissədə payından ibarət miras əmlakdan onun birinci növbə qanun üzrə vərəsələri İddiaçı1 1/6 hissədə (ümumi əmlakda payı 7/60), İddiaçı2 1/6 hissədə (ümumi əmlakda payı 7/60), İddiaçı3 1/6 hissədə (ümumi əmlakda payı 7/60), Abdullayeva (Həsənova) Məhəbbət Çoban qızının 1/6 hissədə (ümumi əmlakda payı 1/60), X2 1/6 hissədə (ümumi əmlakda payı 7/60) payı, X21 düşəcək 1/6 hissədə (ümumi əmlakda payı 7/60) paydan onun birinci növbə vərəsələri X6 1/5 hissədə (ümumi əmlakdakı payı 37/300), Cavabdeh2 1/5 hissədə (ümumi əmlakdakı payı 37/300), Hacıyeva (Həsənova) Xoşbəxt Dilən qızının 1/5 hissədə (ümumi əmlakdakı payı 37/300), Zeynalova (Həsənova) Leyla Dilən qızının 1/5 hissədə (ümumi əmlakdakı payı 7/300) payları; Miras qoyan X1 qalmış onun Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 42/300 hissədə payından ibarət miras əmlakdan, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 42/300 hissədə payından ibarət miras əmlakdan və Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 42/300 hissədə payından ibarət miras əmlakdan onun birinci növbə vərəsələri İddiaçı1 1\5 hissədə (ümumi əmlakdakı payı 217/1500), İddiaçı2 1/5 hissədə (ümumi əmlakda payı 217/1500), İddiaçı3 1/5 hissədə (ümumi əmlakda payı 217/1500), Abdullayeva (Həsənova) Məhəbbət Çoban qızının 1/5 hissədə (ümumi əmlakda payı 67/1500) payları, ölən vərəsə X21 düşəcək 1/5 hissədə miras payından isə onun uşaqları Cavabdeh2 1\3 hissədə (ümumi əmlakda payı 199/1500), Hacıyeva (Həsənova) Xoşbəxt Dilən qızının 1\3 hissədə (ümumi əmlakda payı 199/1500), Zeynalova (Həsənova) Leyla Dilən qızının 1\3 hissədə (ümumi əmlakda payı 49/1500) payları müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-659/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-659/2025
06.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver