Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-692/2025 29.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı1 və onun, həmçinin digər İddiaçı2 nümayəndəsi (vəkili) X17 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakdan qanun üzrə 2 ci növbə vərəsələrin paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və X28 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X8 qalmış Samux rayonu Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,02 ha torpaq sahəsindən ibarət miras əmlakdan 2-ci növbə qanun üzrə vərəsələr İddiaçı1, Qurbanova (Seyidova) Zeynəb Kazım qızı və Əliyeva (Seyidova) Nurlana Kazım qızının 1/3 hissədə paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 ilə anaları X18 birgə nikahından 6 övladı, yəni xx.xx.1956-cı il təvəllüdlü X21, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1958-ci il təvəllüdlü Əliyeva (Seyidova) Nurlana Kazım qızı, xx.xx.1960-cı il təvəllüdlü X29, xx.xx.1962-ci il təvəllüdlü X22, xx.xx.1966-cı il təvəllüdlü Qurbanova (Seyidova) Zeynəb Kazım qızı anadan olmuşdur. Ataları xx.xx.1928-ci il təvəllüdlü X36 xx.xx.2019-cu il tarixdə, anaları xx.xx.1938-ci il təvəllüdlü X31 xx.xx.1989-cu il tarixdə ölmüşdür. Bundan əlavə qardaşları X23 xx.xx.1989-cu il tarixdə, X22 xx.xx.2010-cu il tarixdə və bacısı X29 xx.xx.2024-cü il tarixdə ölmüşdür. X3 öldükdən sonra onun Samux rayonu Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evi miras əmlak kimi qalmışdır. X3 ailə həyatı qurmamışdır və onun övladı yoxdur. Qanunvericiliyin tələbinə əsasən onun birinci növbə üzrə vərəsələrindən sağ qalan varis yoxdur. İkinci növbə qanun üzrə vərəsələr qardaşı olaraq İddiaçı1, bacısı olaraq Qurbanova (Seyidova) Zeynəb Kazım qızı və bacısı Əliyeva (Seyidova) Nurlana Kazım qızıdır. Qanun üzrə miras əmlak bu üç vərəsə arasında bölünməlidir. Lakin cavabdeh Əliyeva (Seyidova) Nurlana Kazım qızı və onun qızı cavabdeh X37 bacıları öldükdən sonra miras əmlaka özbaşına yiyələnmiş və onların mərhum bacısı X13 yaşadığı evə getməyə qoymamışdır. Bacıları Əliyeva (Seyidova) Nurlana Kazım qızının qızı X37 özbaşına qapını kilitləmiş, evə getdikdə münaqişə yaradaraq dava-dalaş salmışdır. Bu səbəbdən də ikinci növbə qanun üzrə vərəsələr olaraq onlar, mərhumə X3nın miras əmlakından cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində miras paydan kənarda qalmışdırlar. X2 miras əmlakının mövcudluğu ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müvafiq sorğu verilmiş və cavabında bildirmişlər ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli **********14-10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən X13 adınadır. Samux rayon Qeydiyyat şöbəsinə müraciət edərək vərəsəlik işi açdırmışlar. Lakin vərəsələr arasında mübahisə mövcud olduğu üçün Samux rayonunun qeydiyyat şöbəsi xx.xx.2024-cü il tarixli 378 nömrəli qərarı ilə X2 adına olan Samux rayon Qarayeri qəsəbəsində yerləşən miras əmlakın İİ növbə qanun üzrə vərəsələr arasında bölünməsindən imtina etmişdir. Bundan əlavə X24 və X38 məhkəmədə şahid qismində iştirak edib yuxarıda qeyd olunanları təsdiq edə bilərlər. Bu səbəbdən də mərhum X25 məxsus olmuş Samux rayonu Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın 2-ci növbə qanun üzrə vərəsələr arasında bölünməsinə zərurət yaranmışdır. İddiaçıların nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində cavabdeh kimi göstərilmiş X26 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək bildirdi ki, miras qoyan X29 onun bacısıdır. X7 ilə anaları X18 birgə nikahından 6 övladı, yəni xx.xx.1956-cı il təvəllüdlü X21, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1958-ci il təvəllüdlü Əliyeva (Seyidova) Nurlana Kazım qızı, xx.xx.1960-cı il təvəllüdlü X29, xx.xx.1962-ci il təvəllüdlü X22, xx.xx.1966-cı il təvəllüdlü Qurbanova (Seyidova) Zeynəb Kazım qızı anadan olmuşdur. X7 xx.xx.2019-cu il tarixdə, anaları X31 xx.xx.2009-cu il tarixdə ölmüşdür. X1 xx.xx.1989-cu il tarixdə, X22 xx.xx.2010-cu il tarixdə, bacısı X29 isə xx.xx.2024-cü il tarixdə ölmüşdür. X3 öldükdən sonra onun Samux rayonu Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evi ondan miras qalmışdır. X3 ailə həyatı qurmamış, onun övladı yoxdur. Qanunvericiliyin tələbinə əsasən onun birinci növbə üzrə vərəsələrindən sağ qalan vərəsə yoxdur. İkinci növbə qanun üzrə vərəsələr isə o, bacısı Qurbanova (Seyidova) Zeynəb Kazım qızı və digər bacısı Əliyeva (Seyidova) Nurlana Kazım qızıdır. Ölən qardaşları Qəhrəman Seyidovun 3 övladı, Bəxtiyar Seyidovun isə 2 övladı var. O, miras əmlakın qanun üzrə ikinci növbə vərəsələr arasında bölünməsini tələb edir, ölən qardaşlarına düşəcək payın isə onlar həyata olmadığına görə onların övladlarına verilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) X32 iddia tələbini müdafiə edərək iddiaçının verdiyi izahata uyğun izahat verdi və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: İş materiallarında olan AZ-İİ 374195 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.2024-cü il tarixində ölmüşdür. İş materiallarında olan № 3-16-5/8-S-12-461/2024 arayışın surətindən görünür ki, X36 22 iyun 2019-cu il tarixində ölmüşdür. İş materiallarında olan № 3-16-5/8-S-12-460/2024 arayışın surətindən görünür ki, X31 18 aprel 2009-cu il tarixində ölmüşdür. İş materiallarında olan № 05/09lS/094838-24 arayışın surətindən görünür ki, X29 öldüyü xx.xx.2024-cü il tarixədək subay olmuşdur. İş materiallarında olan № 3-16-5/8-S-12-359/2025 arayışın surətindən görünür ki, X22 13 iyul 2010-cu il tarixində ölmüşdür. İş materiallarında olan İİİ=ЖГ №470380 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X21 08 iyun 1989-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Qarayeri qəsəbəsi yerləşən 78.4 kv.m ölçüdə fərdi yaşayış evi və evin yerləşdiyi 0.02 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X19 məxsusdur. Məhkəmənin müvafiq sorğusuna əsasən Samux Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə ğlmüş X29 barəsində Samux Rayon Qeydiyyat Şöbəsinin arxivində nikah və nikahdan övladı olması haqqında heç bir məlumat aşkar olunmamışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Samux rayon İcra Hakimiyyəti Başçısının Qarayeri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Samux rayonu Qarayeri qəsəbə sakini xx.xx.2024-cü il tarixdə vəfat etmiş X29 heç vaxt rəsmi nikahda olmayıb, ailə həyatı qurmayıb, əri və övladları olmayıb. Valideynlərindən sağ qalanı yoxdur. Məhkəmənin müvafiq sorğusuna əsasən Samux Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X9 X14, X15 və X27 adında 3 övladı var. Məhkəmənin müvafiq sorğusuna əsasən Samux Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X10 X47 və X11 adında 2 övladı var. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. (maddə 1133.1) Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. (maddə 1133.2). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar (maddə 1159.1.1). İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.( maddə 1159.2). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (maddə 1151). Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.(maddə 1160). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, miras qoyan X29 xx.xx.2024cü il tarixdə ölmüşdür. X8 qalmış miras əmlak Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 78,4 kvm. ölçüdə fərdi yaşayış evindən və evin yerləşdiyi 0,02 ha torpaq sahəsindən ibarətdir. İddiaçılar və cavabdeh miras qoyanın qardaş və bacıları olmaqla qanun üzrə 2-ci növbə vərəsələridir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, miras qoyan X13 qanun üzrə 1-ci növbə vərəsələrindən heç kəs yoxdur. Belə ki, onun atası X36 xx.xx.2019-cu il tarixdə, anası X31 isə xx.xx.2009-cu il tarixdə ölmüşdür. Miras qoyan X29 rəsmi nikaha girməmiş, həmçinin qeyri-rəsmi ailə qurmamış, onun övladı olmamışdır. Beləlikə onun mirasına dair vərəsəlik hüququ 1-ci növbə vərəsələrdən heç kəs olmadığından 2-ci növbə vərəsələrə keçir. Hazırda miras qoyanın 2ci növbə vərəsələrindən 2 bacısı və 1 qardaşı sağdır, digər 2 qardaşı isə ölmüşdür. Ölən qardaşlarından Qəhrəman Seyidovun 3, Bəxtiyar Seyidovun isə 2 övladı var. Miras əmlakın qəbulu müddəti ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə 26 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunda baxılaraq qərar qəbul edilmişdir. Həmin qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Həmçinin qeyd olunmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağı nəzərə alınaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı qənaətinə görə, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməlidir. Məhz həmin nöqteyi nəzərdən hazırda məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə qanun üzrə ikinci növbə vərəsələr (birinci növbə vərəsələrdən heç kəs yoxdur) İddiaçı1, Qurbanova (Seyidova)Zeynəb Kazım qızı və Əliyeva (Seyidova) Nurlana Kazım qızı miras əmlakı qəbul etmiş vərəsələr hesab olunurlar. Miras qoyanın ölən qardaşları Qəhrəman Seyidov və Bəxtiyar Seyidovun uşaqları isə mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmadığından onlar da qanun üzrə vərəsə sayılırlar və sözügedən miras əmlakdan ölmüş valideynlərinə çatası paydan onların payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Beləliklə məhkəmə hesab edir ki, miras qoyan X8 qalmış Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 78,4 kvm. ölçüdə fərdi yaşayış evindən və evin yerləşdiyi 0,02 ha torpaq sahəsindən ibarət miras əmlakdan onun 2-ci növbə qanun üzrə vərəsələri İddiaçı1, Qurbanova (Seyidova) Zeynəb Kazım qızının və Əliyeva (Seyidova) Nurlana Kazım qızının 1/5 hissədə, X9 isə payına düşən 1/5 hissədən uşaqları X5, X6 və X12 1/3 hissədə, X10 payına düşən 1/5 hissədən isə uşaqları X16 və X4 1/2 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Miras qoyan X8 qalmış, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 78,4 kvm. ölçüdə fərdi yaşayış evindən və evin yerləşdiyi 0,02 ha torpaq sahəsindən ibarət miras əmlakdan onun 2-ci növbə qanun üzrə vərəsələri İddiaçı1, Qurbanova (Seyidova) Zeynəb Kazım qızının və Əliyeva (Seyidova) Nurlana Kazım qızının 1/5 hissədə, X9 isə payına düşən 1/5 hissədən uşaqları X5, X6 və X12 1/3 hissədə, X10 payına düşən 1/5 hissədən isə uşaqları X16 və X4 1/2 hissədə payları müəyyən müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-692/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-692/2025
29.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver