Məhkəmə qərarları › İş №2(058)-694/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-694/2023

05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-694/2023 05.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X14 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Samux rayon notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «sənədin şəxsə məxsus olmasına» dair ərizəsi üzrə mülki işə məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Samux rayon notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «sənədin şəxsə məxsus olmasına» dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 adına verilmiş JN-753 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının, JN 184A (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X1 məxsus olma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1995-ci il tarixdə Samux rayonu, Kolayır kəndində ahadan olmuşdur. Hazırda həmin kənddə yaşayır, mərhum anası X8 xx.xx.2014cü ildə vəfat etmişdir. Samux rayonu, Kolayır kəndində mərhum anası X5 Samux rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə kənd təsərrüfatı istehsalı üçün 0.35 ha pay torpağı və həmin qərarla 0.08 ha həyətyanı torpaq sahələri verilmiş, həmin torpaq şahəsinə JN-753 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı, həyətyanı torpaq sahəsinə JN 184 A(kod ********) torpağın nülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sözü gedən torpaq sahələri onun istifadəsində və sərəncamındadır. Torpaq sahəsindən istifadəyə görə ayrılan subsidiyadan istifadə etmək üçün müraciət etməyinə baxmayaraq, subsidiya verilməsindən imtina edilmiş, torpağı öz adına sənədləşdirmək üçün Samux rayon Dövlət Notariat orqanına müraciət etmiş, lakin müddət keçdiyindən məhkəməyə müraciət etməyi məsləhət bildilər. Məhkəmə iclasında işrirak edən Ərizəçi ərizəni müdafiə etdiyini bildirdi və məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxslər Samux rayon notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 27 iyul 2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.1998-ci il tairxli JN-753 (KOD ********) nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı”-dan görünür ki, Samux rayonu, Kolayır kəndində 0,35 ha pay torpağı X5 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Samux rayon notariat ofisinin 07 mart 2023-cü il tarixli 133 nömrəli məktubunda görünür ki, X4 qohumluq faktının təsdiqi barəsində sənədlər təqdim edilmədiyi üçün müraciəti təmin etmək mümkün olmamışdır. Bu barədə məhkəməyə müraciət olunması bildirilmişdir. İş materiallarında olan 23 may 1955-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1955-ci il tarixdə anadan olmuş, atası X6, anası X2r. İş materiallarında olan Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arayışdan görünür ki, 1940-1958-ci illər üzrə Samux rayon qeydiyyat şöbəsinin arxivində X3 aid nikah haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, 1940-1958-ci illər üzrə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Samux rayon qeydiyyat şöbəsinin arxivində X3 aid nikah haqqında şəhadətnamə qeydi aşkar olunmamışdır. İş materiallarında olan Samux rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, Samux şəhər sakini olmuş mərhumə X8 vəfat edənə qədər Ərizəçi ilə birgə yaşamışdır və vəfat edəndən sonra onun ev təsərrüfatını qızı Ərizəçi istifadə və idarə edir, X8 xx.xx.2014-cü il tarixdə vəfat etmiş və həmin günədək Samux rayon Samux şəhərində (keçmiş Kolayır kəndi) qeydiyyatda olmuş və yaşamışdır. Mərhumə vəfat etdikdən sonra ailə üzvləri - əri X7 (vəfat edib) və qızı Ərizəçi qalmışdır. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, mərhum X4 ölüm haqqında şəhadətnaməsində, torpağa mülkiyyət hüququna dair dövlət aktında soyadı “Pənahova” kimi yazılmışdır. Lakin ərizəçinin doğum haqqında şəhadətnaməsində yazılmış “Qəhrəmanova” soyadı məhz “Pənahova” ilə eyni şəxs olması sübuta yetirilmədi. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçinin anasının soyadı bütün hüqüq müəyyənedici sənədlərdə “Pənahova” kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxslər Samux rayon notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «sənədin şəxsə məxsus olmasına» barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Samux rayon notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «sənədin şəxsə məxsus olmasına» barədə ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar