Məhkəmə qərarları › İş №2(058)-711/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-711/2025

23.05.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-711/2025 23.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Musayeva (Hüseynova) Esmira Habil qızının iştirakları ilə, Ərizəçi mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2-ci və 3-cü maddəsində göstərilənlərin təsdiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirdi ki, yenidən ailə həyatı qurduqdan sonra maraqlı şəxs X1 tərəfindən uşaqları ilə ünsiyyət hüququ təmin edilmir. Bu səbəbdən barışıq sazişinin təsdiq olunmasını tələb edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Musayeva (Hüseynova) Esmira Habil qızı bildirdi ki, o, barışıq sazişinin şərtlərini pozmur, ərizə əsassızdır. Sədrlik edən qeyd edir ki, ərizəçi tərəfindən hazırki ərizəsi ilə məhkəmə müraciət olunarkən qanunvericilikdə nəzərədə tutulmuş dövlət rüsumu ödənilməmişdir və bu hal işin icraata qəbulu mərhələsində nəzərdən yayınmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi “Mediasiya haqqında” Qanunun tələbinə uyğun olaraq ailə münasibətləri ilə bağlı aralarında olan mübahisənin həlli üçün mediatora müraciət etmiş, tərəflər arasında birgə nikahdan doğulmuş uşaqların himayə verilməsi və alimentlə bağlı razılıq əldə edilmiş və bununla bağlı barışıq sazişi bağlamışdır. Göründüyü kimi tərəflər arasında mediasiya prosesində barışıq sazişi bağlanıldığından və barışıq sazişinin təsdiq edilməsi barədə ərizəyə xüsusi icraat qaydasında baxıldığından ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəməlidir.Ərizəçi barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəmədiyindən ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar