Məhkəmə qərarları › İş №2(058)-719/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-719/2024

02.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-719/2024 02.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X41 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X20 və Rüstəmova (Hüseynova) İlahə İbrahim qızının nümayəndəsi) Cavabdeh3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 vəkili - nümayəndəsi, Cavabdeh4 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Rüstəmova (Hüseynova) İlahə İbrahim qızına və X25 qarşı “miras əmlakda qanun və vəsiyyətnamə üzrə vərəsələr arasında payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Rüstəmova (Hüseynova) İlahə İbrahim qızına və X25 qarşı “miras əmlakda qanun və vəsiyyətnamə üzrə vərəsələr arasında payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7ndan və mərhumə anası X3 miras qalmış Samux rayonu, Əhmədbəyli kəndində yerləşən paylı mülkiyyətin tərkibində olan həyətyanı torpaq sahəsinin və üzərində inşa edilmiş 127,3 kv.m yaşayış evinin 53,3 kv.m başqa tikililərin qanun və vəsiyyətnamə üzrə vərəsə kimi ona çatası miras əmlak payın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum X8 ilə mərhumə X4 birgə nikahdan 6 övladı anadan olmuşdur xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh3, xx.xx.1968-ci il təvəllüdlü Ağayeva (İmamverdiyeva) Mahnigar Eyvaz qızı, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh5 və xx.xx.1976cı il təvəllüdlü X15. X8 xx.xx.2015-ci il tarixdə və anası X9 xx.xx.2023-cü il tarixdə ölmüşdür. X8 öldükdən sonra atasından miras qalmış xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı pay torpağına Samux rayonu Dövlət Notariat Kontorunda vərəsəlik işi açılmış və xx.xx.2016-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında mərhum X8na məxsus miras əmlak olan kənd təsərüfatı təyinatlı torpaq sahəsi vərəsələr arasında bölünmüş, lakin tərkibində miras payı olan 0,14 hektar həyətyanı torpaq sahəsi üzrə miras əmlak bölünməmişdir. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 18 nömrəli qərarı ilə 0,14 hektar həyətyanı torpaq sahəsi üçün torpağın mülkiyyətə verilməsinə dair JN-179F KOD 50704018 nömrəli şəhadətnamə verilmiş, həmin 0,14 hektar həyətyanı torpaq sahəsi 7 nəfər şəxsin paylı mülkiyyətidir. Paylı mülkiyyətçilərdən 2 nəfəri, yəni mərhum X21 atası və mərhumə X9 anasıdır. Şəhadətnaməyə əsasən paylı mülkiyyətin tərkibində mərhum atasının 0,02 hektar və mərhumə anasının 0,02 hektar miras əmlak olan həyətyanı torpaq payı vardır. Həmin torpaq üzərində inşa edilmiş yaşayış evinə və digər tikililərdə miras əmlak kimi qalmışdır. O, mərhum X8ndan və anası X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Samux rayon notariat ofisinə müraciət etmişdir. Vərəsələr Samux rayon notariat ofisinə gəlmədikləri üçün notariat hərəkətlərinin aparılmasından imtinaya dair xx.xx.2024-cü il tarixdə 165 nömrəli qərar qəbul edilmişdir. Ona görə də, X8 və anası X3 miras qalmış paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin və üzərində inşa edilmiş yaşayış evinin, digər tikililərin vərəsələr arasında məhkəmə qaydasında bölünməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, anasından və atasından mülk miras qalmışdır, həmin mülkün ümumi sahəsi 0.14 ha təşkil edir. Torpaq sahəsinin üzərində ev vardır, lakin həmin evin sənədi, yəni çıxarışı yoxdur. Məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X20 və Rüstəmova (Hüseynova) İlahə İbrahim qızının nümayəndəsi) Cavabdeh3 bildirdi ki, miras payların müəyyən olunmasına etiraz etmir. Məhkəmədən iddianın təmin olunmasına etiraz etmədi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 vəkili nümayəndəsi, həmçinin Cavabdeh4 vəkili Vəkil bildirdi ki, mübahisə predmeti olan 0.14 ha torpaq sahəsinə dair miras payları tərəflərin ata və analarına məxsusdur, digər mülkiyyətçilərin miras hüququ saxlanılmalı, 0.14 ha torpaq sahəsinin miras hissəsinə vərəsələr arasında paylar müəyyən edilməlidir. Məhkəmədən vərəsələr arasında müvafiq payların müəyyən edilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, mübahisəli evdə o, otuz il bundan əvvəl yaşamışdır. Onun atasından və anasından qalmış miras mülkdən onun payına düşən hissəsinin bacısı İddiaçı verilməsinə etiraz etməmişdir. xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh4 bildirmişdir ki, sözügedən mübahisəli evdə onun atası, anası yaşamış, hazırda isə qardaşı Könül ailəsi ilə birlikdə yaşayır. O, 1987-ci il tarixdə ailə həyatı qurmuş, mübahisəli evdən çıxmışdır, o, otuz altı ildir ki, qaynatası, qaynanası və yoldaşı ilə birlikdə qaynatası və qaynanasına məxsus evdə yaşayır. Bir övlad kimi atasından və anasından qalmış miras mülkdən pay istəyir. Məhkəmədən mübahisəli miras mülkə dair payına düşən hissənin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və cavabdeh (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X20 və Rüstəmova (Hüseynova) İlahə İbrahim qızının nümayəndəsi) Cavabdeh3 və cavabdehlər Cavabdeh1 və Cavabdeh5 vəkili - nümayəndəsi, Cavabdeh4 vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X2 rayonu, Əhmədbəyli kəndində yerləşən əmlakını qızı İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Samux rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə verilməsinə” dair JN-179F KOD 50704018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Samux rayonu, Əhmədbəyli kənd sakinləri X14, X4, Cavabdeh5, X10, Cavabdeh3, X17 və X11 mülkiyyətinə 0.14 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 18 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə ölmüş X14 vərəsəsi Samux, rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olanlar: arvadı X9, oğlu Cavabdeh1, oğlu Cavabdeh5, qızı İddiaçı miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2016-cı il tarixli 883 nömrəli arayışa və ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X7na məxsus Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0.4913 hektar torpaq sahəsində olan torpaq payından, ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2016-cı il tarixli 885 nömrəli arayışa və ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X7na məxsus Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 1.0655 hektar torpaq sahəsində olan torpaq payından, ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2016-cı il tarixli 884 nömrəli arayışa və ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X7na məxsus Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0.5601 hektar torpaq sahəsində olan torpaq payından ibarətdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Samux rayonu, Əhmədbəyli kəndində yerləşən ümumi sahəsi 0.5601 ha olan torpaq sahəsi İddiaçı, Cavabdeh5, X4 və X14 ümumi birgə mülkiyyət hüququ ilə adlarınadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Samux rayonu, Əhmədbəyli kəndində yerləşən ümumi sahəsi 0.5601 ha olan torpaq sahəsi 10/16 hissə payı ilə İddiaçı, 5/16 hissə payı ilə Cavabdeh5 və 1/16 hissə payı ilə Cavabdeh1 mülkiyyət hüququ ilə adlarınadır. İş materiallarında olan 18 mart 1964-cü il tarixdə Əlibayramov kənd soveti tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X5 nikahları 18 mart 1964-cü il tarixdə bağlanmışdır. İş materiallarında olan 17 iyul 2009-cu il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X5 birgə nikahlarından xx xxxxxx 1976-cı il tarixdə İddiaçı doğulmuşdur. İş materiallarında olan 10 dekabr 1964-cü il tarixdə Əlibayramov kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X5 birgə nikahlarından xx xxxxxx 1964-cü il tarixdə X28 doğulmuşdur. İş materiallarında olan 02 avqust 1972-ci il tarixdə Əlibayramov kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X4 birgə nikahlarından xx xxxx 1972-ci il tarixdə Cavabdeh5 doğulmuşdur. İş materiallarında olan 22 avqust 1968-ci il tarixdə Əlibayramov kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X4 birgə nikahlarından 04 avqust 1968-ci il tarixdə Ağayeva (İmamverdiyeva) Mahnigar Eyvaz qızı doğulmuşdur. İş materiallarında olan 07 avqust 1970-ci il tarixdə Əlibayramov kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X4 birgə nikahlarından xx xxxx 1970-ci il tarixdə Cavabdeh2 doğulmuşdur. İş materiallarında olan 11 dekabr 1991-ci il tarixdə Xanlar rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X4 birgə nikahlarından xx xxxxxxxx 1966-cı il tarixdə Cavabdeh3 doğulmuşdur. İş materiallarında olan 22 may 2024-cü il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 01 iyun 2015-ci ildə ölmüşdür. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 26 oktyabr 2023-cü ildə ölmüşdür. İş materiallarında olan 03 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X14 vərəsəsi Cavabdeh1 ünvanlanmış “daşınmaz əmlakın olub-olmaması barədə” məktubdan görünür ki, Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0.14 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi 04 noyabr 2023-cü il tarixli, **********33 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı, X17, X20, X14, Cavabdeh5, X4 və Cavabdeh3 ümumbirgə mülkiyyət hüququ ilə adlarınadır. İş materiallarında olan “Notariat hərəkətlərinin aparılmasından imtinaya dair” 16 may 2024-cü il tarixli 165 nömrəli qərarının surətindən görünür ki, X1ndan miras qalmış əmlakdan vərəsələrə qanun və ya (vəsiyyət) üzrə veriləcək paylara dair mübahisə vardır. Odur ki, ərizəçilər İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə miras əmlaka sahiblik və onu idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Məhkəmə məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarının tətbiqi aspektindən də yanaşmağı lazım bilir. Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyaya zidd olduğu Azərbaycan Respublikasının qərarı ilə rəsmi olaraq öz təsdiqini tapmışdır. Odur ki, MM-in 1256-cı maddəsində nəzərdə tutulan müddət və prosedur çərçivəsində mirasdan imtina etməmiş olan bütün vərəsələr mirası qəbul etmiş vərəsə hesab olunur. Həmin qərarda həmçinin göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Ona görə ki, Konstitusiya Məhkəməsi Plenumunun da həmin qərarda qeyd etdiyi kimi, bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəliyin açılması miras qoyanın ölməsi ilə yaxud onun ölmüş elan olunması ilə müəyyən olunur. Yuxarıda müəyyən olunduğu kimi iddia tələbi xx.xx.2015-ci ildə vəfat etmiş X12 və xx.xx.2023-cü ildə vəfat etmiş X3 miras qalmış əmlakdan düşən payların müəyyən olunmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Bu normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Məhkəmənin qənaətinə görə miras əmlaklar iddiaçı və cavabdehlərin arasında bölünməlidir. Həmçinin qeyd olunmalıdır ki, mərhum miras qoyan X9 İddiaçı 0.14 ha həyətyanı torpaq sahəsində öz payına görə vəsiyyətnamə verdiyi üçün cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 payı məcburi pay üzrə müəyyən edilməlidir. X12 miras qalmış 0.14 ha həyətyanı torpaq sahəsinə dair paylar vərəsələr arasında ümumi qaydada müəyyən edilməlidir. Həmçinin miras əmlak olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində vərəsələr X14, X4, Cavabdeh5, İddiaçı, Cavabdeh3, X17 və X11 1/7 hissədə payları vardır. Qeyd olunmalıdır ki, miras qoyan X14 miras payı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 İddiaçı ilə bərabər paya malik olan şəxslərdir. Bundan başqa X29 və X18 vərəsə olmasalar da onların 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində payları olduğundan onların da payı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Qeyd olunan Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Vərəsələr tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsinə gəlincə məhkəmə qeyd edir ki, miras əmlak iki üsulla qəbul edilir: formal və faktiki qəbul. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə, həmçinin mübahisənin qanuni və düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, X1ndan və X12 qalmış mirası, miras mülkdə qanun üzrə vərəsələr dairəsinə daxil olan birinci növbəli vərəsə olan iddiaçı qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə uyğun olaraq, yəni mübahisəli torpaq sahəsindən miras açılan gündən başlayaraq, təyinatına uyğun qaydada istifadə etməklə faktiki olaraq qəbul etmişdir. Bununla da iddiaçı mirası faktiki qəbul etmişdir. Lakin qanun üzrə birinci növbəli vərəsə olan cavabdehlər Cavabdeh4 və Cavabdeh2 isə mirası nə faktiki, nə də mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməmişlər. Belə olan halda məhkəmə, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 mirası qəbul etmələrinə dair qanunla müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə əməl etməmələrini, yəni mirası nə faktiki, nə də notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməmələrini nəzərə alaraq qənaətə gəlir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 mirasın açıldığını bilmələrinə baxmayaraq, nə qanun üzrə birinci növbəli vərəsə, nə də vəsiyyət üzrə vərəsə kimi qanunla müəyyən edilmiş qaydada mirası qəbul etmək niyyətində olmamışlar. Belə ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 qanunla müəyyən olunmuş müddət ərzində notariat kontoruna ərizə verməmiş, miras əmlakı idarə etməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 mirası qəbul etmək niyyəti olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Məhkəmə, hesab edir ki, vərəsələr İddiaçı, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdirlər. Cavabdehlər Cavabdeh4 və Cavabdeh2 mirası vaxtında qəbul etmədikləri üçün mirasdan pay almaq hüququnu itirmişlər. Məhkəmə iddia tələbinin Samux rayonu, Əhmədbəyli kəndində yerləşən paylı mülkiyyətin tərkibində olan həyətyanı torpaq sahəsinin və üzərində inşa edilmiş 127,3 kv.m yaşayış evinin 53,3 kv.m başqa tikililərdə payların müəyyən edilməsi hisssəsinə qiymət verərək hesab edir ki, iddia tələbində göstərilən həmin tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən miras əmlak hesab edilə bilməz və həmin hissədə də iddia tələbinin təmin olunması istisnadır. İş materiallarını sadalanan hüquq normaları ilə əlaqəli şəkildə təhlil edən, habelə məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Samux rayonu, Əhmədbəyli kəndində X16, X6, Cavabdeh5, İddiaçı, Cavabdeh3, X22 və X13 torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən 0.14 ha həyətyanı torpaq sahəsi verilmişdir. X7 01 iyun 2015-ci il tarixdə və X9 26 oktyabr 2023-cü il tarixdə vəfat etmişlər. xx.xx.2015-ci il tarixdə ölmüş X12 miras qalmış Samux rayonu, Əhmədbəyli kəndində yerləşən miras əmlakına X9, Cavabdeh1, Cavabdeh5 və İddiaçı vərəsə tanınmış və Samux rayonu, Əhmədbəyli kəndində yerləşən ümumi sahəsi 0.5601 ha olan torpaq sahəsi 10/16 hissədə İddiaçı, 5/16 hissədə Cavabdeh5 və 1/16 hissədə Cavabdeh1 payları müəyyən edilmişdir. X1 10 oktyabr 2022ci il tarixdə öz payını İddiaçı vəsiyyət etmişdir. Bununla da İddiaçı X1nın vəsiyyət üzrə vərəsəsi, Cavabdeh5, İddiaçı, Cavabdeh3 və Cavabdeh1 X1nın birinci növbə məcburi paya malik olan qanun üzrə vərəsələri müəyyən edilməli, X7nun payı vərəsələr - Cavabdeh5, İddiaçı, Cavabdeh3 və Cavabdeh1 arasında bərabər olaraq bölünməli, X17 və X11 mübahisəli 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində payları olduğundan onların da payları nəzərə alınmalıdır. Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinin 36/140 hissəsinə İddiaçı, 28/140 hissəsinə Cavabdeh5, 28/140 hissəsinə Cavabdeh3, 8/140 hissəsinə Cavabdeh1 miras payı, 20/140 hissəsinə X17 və 20/140 hissəsinə X11 payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 miras qalmış Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsində olan payına İddiaçı vəsiyyət üzrə vərəsə, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 birinci növbə məcburi paya malik olan qanun üzrə vərəsələr müəyyən edilsinlər. xx.xx.2015-ci il tarixdə vəfat etmiş X12 miras qalmış Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsində olan payına Cavabdeh5, İddiaçı, Cavabdeh3 və Cavabdeh1 birinci növbə qanun üzrə vərəsələr müəyyən edilsinlər. Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinin 36/140 hissəsinə İddiaçı, 28/140 hissəsinə Cavabdeh5, 28/140 hissəsinə Cavabdeh3, 8/140 hissəsinə Cavabdeh1 miras payı, 20/140 hissəsinə X17 və 20/140 hissəsinə X11 payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar