Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-740/2023 23.06.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və ərizəçilərin nümayəndəsi X12 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resyestrindən çıxarışın X4, X10 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışdırlar ki, onlar əkiz bacıdırlar, Samux rayonu Tatlı kəndində yaşayırlar. X34 Komissiyası tərəfindən torpaq islahatı aparılan zaman 0,25 ha həyətyanı torpaq sahəsinin daxilində tikilmiş 77,2 kvm yaşayış sahəsi şəhadətnaməyə əsasən onların mülkiyyətinə verilmişdir. Həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Qeydiyyatı Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən onlara onlara mülkiyyət hüququna dair xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda X11 əvəzinə X22, X16 əvəzinə X17, Ərizəçi2 əvəzinə səhvən X8 qeyd olunmuşdur. X7 adlı adlı ailə üzvü olmamış, qeyd olunan torpaq sahəsində yerləşən evdə elə bir adda adam yaşamamışdır. Qeyd olunan düzəlişlərin aparılması məqsədilə Samux Rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmişlər. Həmin ərizyə əsasən Samux Rayon İcra Hakimiyyətində fəaliyyət göstərək komissiya tərəfindən baxılmış və sözügedən mülkiyyət sənədində adları texniki olaraq səhv yazılmış şəxslərin adının düzgün yazılışına dair arayış verilmişdir. Düzəlişlərin aparılması üçün həmin arayış onlar tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Qeydiyyatı Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim olunmuş, lakin onlara sözügedən düzəlişlərin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aparılmasının mümkün olduğu bildirilmişdir. Ona görə də məhkəmədən sözügdeən mülkiyyət sənədinin X4, X10 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ərizəçilərin nümayəndəsi X23 ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərdi ki, ərizəçilər onun baclarıdır, bacıları ekizdirlər və ondan 7 yaş kiçikdirlər. Anasının adı Süreya, anasının ata adı isə İsmayıl olub. Mülkiyyət sənədində anasının ata adı və qardaşı Yuləddinin adı səhv qeyd olunub. Anası və qardaşı Yuləddin hal-hazırda yaşamırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, ərizəçilər baldızlarıdır. Qaynanasının adı Süreya, ata adı isə İsmayıl olb. Yuləddin isə onun əri olub. X25 adlı şəxs ərigilin ailəsində olmayıb, elə bir insan tanımır. Mülkiyyət sənədində baldızı Ülkərin adının əvəzinə İlqar yazılıb, həmçinin onun əri Yuləddinin adı və qaynanasının ata adı da mülkiyyət sənədində texniki olaraq səhv yazılıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, ərizəçilər onun xalalarıdır. Nənəsinin adı Süreya, nənəsinin ata adı isə İsmayıl olub. Dayısının adı Yuləddindir və dayısı Yuləddin o uşaqkən ölüb. Məmmədov İlqar adlı şəxs onların ailəsində və nəslində olmayıb, elə bir şəxsi tanımır. Mülkiyyət sənədində xalası Ülkərin, dayısı Yuləddinin adı, nənəsinin isə ata adı səhv qeyd olunub. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********07-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Tatlı kəndində 0,25 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 77,2 kvm olan fərdi yaşayış evi Ərizəçi1, X14, X5, X18, X19, X20 və X21 ümümi paylı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Samux Rayon İcra Hakimiyyətinin 27 dekabr 2022ci tarixli, 348 nömrəli arayışından görünür ki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, **********07-10301 reyestr nömrəli çıxarışda mülkiyyətçilər Ərizəçi2, X3 və X6 adları texniki səhv olaraq X25, X22, X2 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında İİİ-ЖГ 322747 saylı şəhadətnamənin surətindən görünür ki, Məmmədova Süreyanın atasının adı İsmayıl kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş İİ-ЖГ 459980 saylı ölüm haqqında şəhadətnamənin surətindən ölən şəxsin soyadının, adının və atasının adının X16 olduğu görünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********07-10301 reyestr nömrəli çıxarışda mülkiyyətçilər Ərizəçi2, X3 və X6 adları texniki səhv olaraq X25, X22, X2 qeyd olunmuşdur. Həmin sənədin Ərizəçi2, onun anasına və qardaşına məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sözügedən çıxarışın verilməsinə əsas olmuş sənədi vermiş aqrar-islahat komissiyası artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində düzgün qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********07-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın 2-ci sırada X4, 3-cü sırada X10, 7-ci sırada Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********07-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın 2-ci sırada X4, 3-cü sırada X10, 7-ci sırada Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-740/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-740/2023
23.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver