Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-740/2025 12.09.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X54 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil, 3-cü şəxs X10, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və 3-cü şəxslər Qafarova (Həsənova) Aytən Hüsaməddin qızına, X13 və X14 qarşı “vərəsə tanınma və miras əmlakda payların bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və 3-cü şəxslər Qafarova (Həsənova) Aytən Hüsaməddin qızına, X13 və X14 qarşı “vərəsə tanınma və miras əmlakda payların bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X4 xüsusi mülkiyyətində olan 0.05 ha (JN-058A, KOD 50702038 nömrəli şəhadətnamə, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli arayış) və 0.07 ha (JN-058 B, KOD 50702038 nömrəli şəhadətnamə, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli arayış), cəmi 0.12 ha həyətyanı torpaq sahəsinin qanun üzrə vərəsələr mərhum X20 çatası hissədə 1-ci növbə vərəsələri həyat yoldaşı Cavabdeh1, qızı - Cavabdeh4, oğlu - Cavabdeh2, oğlu -Cavabdeh3, İddiaçı1 və mərhum X11 çatası hissədə 1-ci növbə vərəsələri həyat yoldaşı-İddiaçı2, qızı - X15, qızı -X21, oğlu - X22 arasında miras payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 Şöhlə Mövsüm qızı ilə 1951-ci ildə faktiki nikaha girərək ailə həyatı qurmuş, nikahlarını xx.xx.1958-ci ildə rəsmiləşdirmiş, birgə nikahdan dörd övladı, yəni xx.xx.1952-ci il təvəllüdlü X27, xx.xx.1955-ci il təvəllüdlü Verdiyeva (Həsənova) Roza Mərdan qızı, xx.xx.1958-ci il təvəllüdlü X16 və xx.xx.1961-ci il təvəllüdlü İddiaçı1 anadan olmuşdur. X39 xx.xx.2000-ci il tarixdə, X26 xx.xx.2012-ci il tarixdə, X27 xx.xx.2022-ci il tarixdə və X16 xx.xx.2016-ci il tarixdə ölmüşlər. Samux Rayon Aqrar İslahat Komissiyasının 106 nömrəli qərarı ilə bir-birinə bitişik olan sahədə iki hissədə 0.05 ha və 0.07 ha sahədə xüxusi mülkiyyətə həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə, yəni 0.05 ha həyətyanı torpaq sahəsinə JN-058A KOD 50702038 nömrəli və 0.07 ha həyətyanı torpaq sahəsinə JN-058B KOD 50702038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. Hər iki torpaq sahəsi bir-birinə bitişik olduğu üçün ümumi sahə hasarlanaraq 0.12 ha təşkil etmişdir. Mülkiyyətçi Həsənov Mərdan olduu öz sağlığında həmin həyətyanı torpaq sahəsini üç övladı- X27, İddiaçı1 və X7 arasında hər biri 0.04 ha olmaqla 3 barabar hissəyə bölmüşdür. Hər bir övladı mərhum atası X39 tərəfindən verilmiş torpaq sahəsində özünə yaşayış evi tikmişdir. Yaşayış evləri üzrə Samux rayonu, Bağbanlar kəndində Ş.Orucov küçəsində (köhnə A.Ələsgər küçəsi) 0.12 ha torpaq sahəsində 3 fərdi yaşayış evinə, yəni X17 yaşadığı evə № 5, İddiaçı1 yaşadığı evə № 7, X5 yaşadığı evə № 9 verilmişdir. Qanun üzrə vərəsələr öz aralarında heç bir mübahisə olmadığı üçün miras əmlakla bağlı notariat ofisində vərəsəlik işi açdırmamışdır. Hazırda qanun üzrə vərəsələr arasında miras əmlakla bağlı Ədliyyə Nazirliyi Gəncə şəhəri 2 saylı Notariat Ofisində vərəsəlik işi açılmış, lakin cavabdehlər notariat ofisinə gəlmədiyi üçün vərəsələrə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən Gəncə 2 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 419 nömrəli məktubu ilə imtina edilmişdir və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuş, real olaraq 0.12 ha həyətyanı torpaq sahəsi hazırda 3 hissəyə bölünmüşdür və həmin həyətlər çəpərlənmişdir. Vərəsələr arasında miras əmlakın bölünməsi ilə əlaqədar heç bir mübahisə yoxdur. X6 xx.xx.2022-ci il tarixdə öldüyü üçün onun birinci növbə vərəsələri, yəni cavabdehlər həyat yoldaşı-Cavabdeh1, qızı-Cavabdeh4, oğlu-Cavabdeh2, oğlu- Cavabdeh3 notariat ofisinə dəfələrlə dəvət olunsa da, notariat ofisinə getməmişlər. Bu səbəbdən də, miras əmlakın bölgüsünün məhkəmə yolu ilə tanınmasına zərurət yaranmışdır. X16 xx.xx.2016-cı il tarixdə ölmüş, həyat yoldaşı - İddiaçı2, qızı - X15, qızı - X21 və oğlu X22 birinci növbə vərəsədirlər, lakin qızı X15, X21 və oğlu X22 miras əmlakla bağlı heç bir tələbləri olmadığı üçün müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi qeyd olunmuşdur. Qanun üzrə vərəsə X9 rayon Notariat Ofisində özünə çatası paydan miras əmlakdan digər vərəsələrin xeyrinə imtina etməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirdi ki, iddia ərizəsinə etiraz etmir, bölgü ilə bağlı etirazı yoxdur, sənədlərin düzəlməsini istəyir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddia ərizəsinə etiraz etmir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X21 bildirdi ki, iddia ərizəsində göstərilənlərə etiraz etmir, evlərin çıxarışlarının düzəlməsini istəyir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. 3-cü şəxs Qafarova (Həsənova) Aytən Hüsaməddin qızı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddianı qəbul edir, lakin himayəsində azyaşlı uşaq olduğuna görə məhkəmə iclasına gələ bilmir. Məhkəmədən işə iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddianı qəbul edir, lakin iş rejimi ilə bağlı məhkəmə iclasına gələ bilmir. Məhkəmədən işə iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, 3-cü şəxs X22 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh4 və 3-cü şəxslər Qafarova (Həsənova) Aytən Hüsaməddin qızının və X12 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000ci il tarixli 106 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə verilməsinə” dair JN-058A KOD 50702038 nömrəli şəhadətnamənin surətindən görünür ki, Samux rayonu, Bağbanlar kənd sakini X24 mülkiyyətinə 0.05 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə verilməsinə” dair JN-058B KOD 50702038 nömrəli şəhadətnamənin surətindən görünür ki, Samux rayonu, Bağbanlar kənd sakini X24 mülkiyyətinə 0.07 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 17 dekabr 1958-ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X39 ilə X18 nikahları 10 mart 1949-cu il tarixdə bağlanmışdır. İş materiallarında olan 12 yanvar 1959-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X39 ilə X18 birgə nikahlarından 18 avqust 1952-ci il tarixdə X27 doğulmuşdur. İş materiallarında olan 29 dekabr 1958-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X39 ilə X18 birgə nikahlarından 15 mart 1955-ci il tarixdə Verdiyeva (Həsənova) Roza Mərdan qızı doğulmuşdur. İş materiallarında olan 12 yanvar 1959-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X39 ilə X18 birgə nikahlarından 15 noyabr 1958-ci il tarixdə X16 doğulmuşdur. İş materiallarında olan 08 aprel 1961-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X39 ilə X18 birgə nikahlarından xx xxxx 1961-ci il tarixdə İddiaçı1 doğulmuşdur. İş materiallarında olan 26 may 1988-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə Həsənova (Məmmədova) Gültəkin Məmməd qızının nikahları 26 may 1988-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan 19 may 1989-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə İddiaçı2 birgə nikahlarından 15 may 1989-cu il tarixdə X21 doğulmuşdur. İş materiallarında olan 04 may 1992-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə İddiaçı2 birgə nikahlarından 26 aprel 1992-ci il tarixdə Qafarova (Həsənova) Aytən Hüsaməddin qızı doğulmuşdur. İş materiallarında olan 30 aprel 1998-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə İddiaçı2 birgə nikahlarından 08 mart 1998-ci il tarixdə X19 doğulmuşdur. İş materiallarında olan 21 yanvar 2000-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X39 21 yanvar 2000-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 30 noyabr 2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 29 noyabr 2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 02 mart 2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 27 fevral 2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 28 dekabr 2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 11 iyun 2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 06 iyun 2025-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 04 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh4 ünvanlanmış “şəhadətnamənin surətinin verilməsi barədə” məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən Samux rayonu, Bağbanlar kəndində yerləşən 0.07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN-058B KOD 50702038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə X24 adına işlənilmişdir. İş materiallarında olan 30 noyabr 2024-cü il tarixdə Gəncə şəhəri 2 saylı Notariat Ofisi tərəfindən İddiaçı1 ünvanlanmış məktubdan görünür ki, mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı İddiaçı1 aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, X32 xx.xx.2000-ci il tarixdə vəfat etmiş atası-X23 qalmış bütün miras əmlakdan ona çatası miras payını bilərəkdən qəbul etməmiş, onu qəbul etmək niyyətində deyil. Notarius tərəfindən ona məhkəmədə müddətin bərpası ilə bağlı iddia qaldırmaq hüququ izah olunmuş, bununla əlaqədar məhkəmədə iddia qaldırmaq niyyətində deyil. İş materiallarında xx.xx.2025-ci il tarixdə Samux rayonu, Bağbanlar kənd sakinləri X28, X42 və X33 tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X4 adına olan Bağbanlar kəndində Ş.Orucov küçəsində (köhnə A.Ələsgər küçəsi) 0.12 ha torpaq sahəsində 3 fərdi yaşayış evi tikilmişdir. Həmin fərdi yaşayış evlərində 3 ailə yaşayır: 5 nömrəli evdə mərhum oğlu X17 ailə üzvləri yaşayır: arvadı-Cavabdeh1, qızı- Cavabdeh4, oğlu-Cavabdeh2, oğlu-Cavabdeh3, 7 nömrəli evdə oğlu İddiaçı1 ailə üzvləri yaşayır: özü-İddiaçı1, arvadı-X29, oğlu-X30, qızı-Mustafayeva (Həsənova) İlahə Vidadi qızı, 9 nömrəli evdə mərhum oğlu X8 ailə üzvləri yaşayır: arvadı- İddiaçı2, qızı-Qafarova (Həsənova) Aytən Hüsaməddin qızı, qızı-X21 və oğlu-X22. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə miras əmlaka sahiblik və onu idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəliyin açılması miras qoyanın ölməsi ilə yaxud onun ölmüş elan olunması ilə müəyyən olunur. Yuxarıda müəyyən olunduğu kimi iddia tələbi xx.xx.2000-ci il tarixdə vəfat etmiş X23 miras qalmış əmlakdan düşən payların müəyyən olunmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Bu normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Məhkəmənin qənaətinə görə miras əmlaklar iddiaçıların, 3-cü şəxslərin və cavabdehlərin arasında bölünməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsələr tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsinə gəlincə məhkəmə qeyd edir ki, miras əmlak iki üsulla qəbul edilir: formal və faktiki qəbul. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə, həmçinin mübahisənin qanuni və düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, mərhum X23 qalmış mirası, miras mülkdə qanun üzrə vərəsələr dairəsinə daxil olan birinci növbəli vərəsə olan tərəflər qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə uyğun olaraq, yəni mübahisəli torpaq sahəsindən miras açılan gündən başlayaraq, təyinatına uyğun qaydada istifadə etməklə faktiki olaraq qəbul etmişdir. Bununla da iddiaçı, cavabdehlər və 3-cü şəxslər mirası faktiki qəbul etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. İş materiallarını sadalanan hüquq normaları ilə əlaqəli şəkildə təhlil edən, habelə məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Samux rayonu, Bağbanlar kəndində X31 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə əsasən 0.05 ha və 0.07 ha həyətyanı torpaq sahələri verilmişdir. X39 və X26 10 mart 1949-cu il tarixdə nikaha daxil olmuşlar, onların birgə nikahlarından X27, Verdiyeva (Həsənova) Roza Mərdan qızı, X16 və İddiaçı1 adlı 4 övladı anadan olmuşdur. X39 xx.xx.2000-ci il tarixdə, X26 isə xx.xx.2012-ci il tarixdə vəfat etmişlər. xx.xx.2000-ci il tarixdə vəfat etmiş X23 miras qalmış Samux rayonu, Bağbanlar kəndində yerləşən miras əmlakına X18 1/4 hissədə, X17 1/4 hissədə, X8 1/4 hissədə və İddiaçı1 1/4 hissədə payları müəyyən edilmişdir. Verdiyeva (Həsənova) Roza Mərdan qızı notarial qaydada öz payına düşən əmlakdan imtina etmişdir. X4 digər övladları - X16 xx.xx.2016-cı il tarixdə, X27 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. X26 xx.xx.2012-ci il tarixdə vəfat etdiyindən miras qoyanın miras əmlaklarında X17 4/12 hissədə, X8 4/12 hissədə və İddiaçı1 4/12 hissədə payları müəyyən edilmişdir. Miras almaq hüququna malik olan şəxslər X27 və X16 vəfat etdiyindən onların miras əmlakda olan payları vərəsələri tərəfindən qəbul edildiyindən onlara düşən payları müəyyən edilməlidir. X1 arvadı İddiaçı2, övladları - Qafarova (Həsənova) Aytən Hüsaməddin qızı, X21 və X22 onun birinci növbə vərəsələridir. X2 həyat yoldaşı Cavabdeh1 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, övladları - Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 onun birinci növbə vərəsələridir. Məhkəmə hesab edir ki, Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 nömrəli qərarı ilə JN 058 B seriyalı şəhadətnaməyə əsasən verilmiş 0.07 ha torpaq sahəsinin və Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 nömrəli qərarı ilə JN 058 A seriyalı şəhadətnaməyə əsasən verilmiş 0.05 ha torpaq sahəsinin 12/36 hissəsinə İddiaçı1, 4/36 hissəsinə Cavabdeh2, 4/36 hissəsinə Cavabdeh3, 4/36 hissəsinə Cavabdeh4, 3/36 hissəsinə İddiaçı2, 3/36 hissəsinə Qafarova (Həsənova) Aytən Hüsaməddin qızının, 3/36 hissəsinə X10 və 3/36 hissəsinə X12 payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. X26, İddiaçı1, X27 və X16 X4 birinci növbə vərəsələri tanınsınlar. xx.xx.2000-ci il tarixdə vəfat etmiş X23 miras qalmış Samux şəhəri, Bağbanlar kəndində yerləşən Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 nömrəli qərarı ilə JN 058 B seriyalı şəhadətnaməyə əsasən verilmiş 0.07 ha torpaq sahəsinin və Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 nömrəli qərarı ilə JN 058 A seriyalı şəhadətnaməyə əsasən verilmiş 0.05 ha torpaq sahəsinin 12/36 hissəsinə İddiaçı1, 4/36 hissəsinə Cavabdeh2, 4/36 hissəsinə Cavabdeh3, 4/36 hissəsinə Cavabdeh4, 3/36 hissəsinə İddiaçı2, 3/36 hissəsinə Qafarova (Həsənova) Aytən Hüsaməddin qızının, 3/36 hissəsinə X10 və 3/36 hissəsinə X12 payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-740/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-740/2025
12.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver