Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-741/2023 08.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X5, Cavabdeh1 nümayəndəsi X3 və cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 9600 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh1 2021-ci il tarixdə Opel Astra markalı avtomobili 8800 manata almışdır. Avtomobili aldıqdan sonra həmin avtomobilə 800 manat xərc çəkmişdir. Daha sonra sözügedən avtomobili Cavabdeh2 məxsus VAZ-21015 markalı avtomobillə barter etməklə yanaşı əlavə 3000 manat pul alaraq Cavabdeh2 satmışdır. Bundan sonra isə o, VAZ-21015 markalı avtomobili Sərvan Alxanova 7600 manata satmışdır. Cavabdeh1 ona satdığı Opel Astra markalı avtomobilə dair verdiyi etibarnaməni ləğv edərək, Cavabdeh2 satdığı həmin avtomobili ondan geri almışdır. Cavabdeh2 isə ona Opel Astra markalı avtomobillə barter etməklə satdığı VAZ- 21015 markalı avtomobilə dair etibarnaməni ləğv edərək onun X1 həmin VAZ-21015 markalı avtomobili ondan geri almışdır. X7 ona qarşı pul tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldırmış və onun iddia tələbi təmin edilmişdir. Hazırda isə o, cavabdehlərə qarşı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi və əlavə cavabdehin işə cəlb edilməsi barədə ərizə verərək iddia ərizəsində üçüncü şəxs qismində göstərdiyi X4 işə cavabdeh qismində cəlb edilməsini və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 7600 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izhat verdi, həmçinin bildirdi ki, o, Cavabdeh1la onun arasında Opel Astra markalı avtomobilə dair şifahi qaydada razılaşma olmuş, lakin alqı-satqı müqaviləsi bağlanmamışdır. Cavabdeh1 sözügedən avtomobili ona etibarnamə əsasında vermişdir. O, Cavabdeh1 həmin avtomobilin müqabilində ödəməli olduğu pulu onların ortaq tanışı Əsəd adlı şəxsə vermişdir, belə ki, Əsəd həmin pulu Sənana çatdırmalı idi. Bu səbəbdən də indi Cavabdeh1 pulunu tələb edir. Digər cavabdehlərin isə ondan aldıqları müvafiq avtomobillərə dair alqı-satqı müqaviləsi bağlamadıqları onların öz səhvidir. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X10 iddia tələbini müdafiə edərək iddiaçı ilə eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X8 iddianı etiraf etməyərək bildirdi ki, oğlu Sənan, Əsəd adlı şəxslə aralarında olan tanışlıq münasibətlərinə əsasən onun xahişi ilə özünə məxsus avtomobilə dair İddiaçı etibarnamə vermişdir. Belə ki, Əsəd Sənana bildirmişdir ki, İddiaçı avtomobilin pulunu 1 ay ərzində ödəyəcək. Lakin İddiaçı və Əsəd tərəfindən avtomobilin müqabilində oğlu Sənana pul ödənilməmişdir. Ona görə də, Sənan sözügedən avtomobilə dair İddiaçı verdiyi etibarnaməni ləğv etdirmişdir. İddia tələbi əsassızdır və tələbin rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddia tələbini etiraf etməyərək bildirdi ki, o, İddiaçı 7600 manat verərək ondan VAZ21015 markalı maşını almışdır. Daha sonra ona məlum olmuşdur ki, Turalın ona satdığı, yəni əslində etibarnamə verdiyi avtomobilə dair avtomobilin mülkiyyətçisi tərəfindən verilmiş etibarnamə ləğv olunmuşdur. Məhz həmin səbəbdən avtomobilin mülkiyyətçisi tərəfindən avtomobil ondan geri alınmışdır. Buna görə də o, məhkəmədə iddia qaldıraraq İddiaçı verdiyi pulun qaytarılmasını tələb etmiş, Tural Qulievin ondan həmin pulu almasına dair etirafına əsasən məhkəmənin qətnaməsi ilə onun iddia tələbi təmin olunmuşdur. Hazırki iddia tələbi isə əsassızdır, onun Turala heç bir borcu yoxdur. Cavabdeh Quliyev X11 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etmədiyini bildirmiş və yolunun uzaq olması səbəbilə məhkəməyə gəlib-getməkdə çətinlik çəkdiyini üzürlü səbəb olaraq göstərməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən dəvət edilmiş və məhkəmədə şahid qismində dindirilən X9 bildirdi ki, Turalı maşın alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyır. Bir gün Tural ona zəng edib xahiş edib ki, 8800 manat pulu aparıb Əsəd adlı şəxsə versin, o, da pulu aparıb Əsədə vermişdir. O, Cavabdeh1 tanımır və pulun ona verilib-verilmədiyindən xəbəri yoxdur. İddiaçı tərəfindən dəvət edilmiş və məhkəmədə şahid qismində dindirilən X12 bildirdi ki, o, avto salonda satıcı kimi fəaliyyət göstərir. İddiaçı ona zəng edib xahiş edib ki, gəlib maşını salona aparsın. O, həmin yerə gedəndə Tural, Sənan və başqa bir nəfər daha orada olub. Pulun Əsədə veriləcəyini eşidib. Daha sonra Opel Astra markalı maşını salona apraraq oradan gedib. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Tərəflərin izahatlarından və iş materiallarındakı sənədlərdən göründüyü kimi iddia ərizəsində sözügedən Opel Astra markalı avtomobil, mülkiyyətçisi Cavabdeh1 tərəfindən İddiaçı etibarnaməli idrəçiliyinə verilmişdir. Daha sonra Tural Quliev həmin avtomobili Cavabdeh2 etibarnaməli idarəçiliyinə verməklə, öz növbəsində Cavabdeh2 özünə məxsus VAZ21015 markalı avtomobili İddiaçı etibarnaməli idarəçiliyinə vermişdir. Daha sonra İddiaçı ona Cavabdeh2 tərəfindən etibarnamə əsasında verilmiş VAZ21015 markalı avtomobili X4 etibarnaməli idarəçiliyinə verərək bunun müqabilində Sarvan Alxanovdan 7600 manat almışdır. Daha sonra Opel Astra markalı avtomobilin mülkiyyətçisi Cavabdeh1 İddiaçı verdiyi etibarnaməni ləğv etdirərək Opel Astra markalı avtomobili Cavabdeh2 geri almışdır. Cavabdeh2 isə belə olan halda özünə məxsus VAZ21015 markalı avtomobilə dair İddiaçı verdiyi etibarnaməni ləğv etdirərək həmin avtomobili Sarvan Alxanovdan geri almışdır. Sarvan Alxanov isə məhkəmədə İddiaçı qarşı iddia qaldıraraq VAZ21015 markalı avtomobilin müqabilində Turala verdiyi pulun qaytarılmasını tələb etmiş və məhkəmənin müvafiq qətnaməsi ilə onun iddia tələbi təmin olunmuşdur. Hazırda isə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı iddia qaldıraraq cavabdehlərdən 7600 manat pulun alınıb ona verilməsini xahiş edir. İddiaçı Cavabdeh1 qarşı olan tələbini əsaslanıdrarkən Opel Astra markalı avtomobilin əslində ona satılması barədə cavabdehlə aralarında şifahi razılaşma olmasına, həmin avtomobilin müqabilində onun Cavabdeh1 8800 manat pul ödəməsinə, lakin niyyətlərinin alqı-satqı olmasına baxmayaraq sözügedən avtomobil alqısatqı müqaviləsinə əsasən mülkiyyət hüququnun keçməsi ilə deyil, avtomobilin onun etibarnaməli idarəçiliyinə verilməsi ilə aralarında yerdəyişdiyi hallarına istinad edir. Digər cavabdehlərə qarşı olan tələbini əsaslandırarkən isə, onun tərəfindən cavabdehlərin etibarnaməli idarəçiliyinə verilmiş avtomobilə dair alqı-satqı müqaviləsinin bağlanmasını tələb etmədiklərinin onların səhvi olduğunu qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, nəqliyyat vasitəsi rəsmi reyestrdə qeydə alınmalı əşya olduğundan əşyanın mülkiyyətə verilməsi üçün rəsmi reyestrdə yeni mülkiyyətçi barədə qeyd aparılmalı, bunun üçün isə əvvəlcə həmin daşınar əşyayanın alğı-satqısına dair razılığa gələn tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş formada rəsmi müqavilə bağlanmalıdır. Lakin, hazırki mübahisəli hüquq münasibətlərinin iştirakçıları sözügedən avtomobillərə dair alğı-satqı müqaviləsi bağlamaq niyyətində olsalar da, aralarında müvafiq avtomobilin mübadiləsi həyata keçirilən şəxslər arasında belə bir müqavilə bağlanmamış və iddia tələbində sözügedən avtomobillər müvafiq şəxslərin sadəcə olaraq etibarnaməli idarəçiliyinə verilmiş, daha sonra isə avtomobillərin mülkiyyətçiləri tərəfindən həmin avtomobillərə dair verilmiş etibarnamələr ləğv olunduğundan avtomobillər dolayısıyla öz mülkiyyətçiləri tərəfindən geri alınmışdır. Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Məhkəmə iddiaçının tələbinin əsassız olmasına dair qənaətini onunla əsaslandırır ki, iddiaçı, Cavabdeh1 özünə məxsus avtomobili onun etibarnaməli idarəçiliyinə verməsi, əslində aralarında sözügedən avtomobilin alğı-satqısına dair şifahi razılaşmaya əsasən həmin avtomobilin müqabilində Cavabdeh1 8800 manat pul verməsini bildirsə də, məhkəməyə bu halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. İddiaçı həmçinin məhkəmə iclasında verdiyi izahatında avtomobilin müqabilində verdiyi pulu bilavasitə Cavabdeh1 yox, ona çatdırılması üçün arada vasitəçilik edən Əsəd adlı şəxsə verdiyini bildirmiş, Cavabdeh1 nümayəndəsi isə iddianı etiraf etməyərək İddiaçı və ya Əsəd adlı şəxsin oğlu Sənana pul vermədiyini bildirmişdir. Qanunvericiliyin tələbinə əsasən iddia tələbini sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən və iddiaçı hazırda iddiasını əsaslandırmaq üçün istinad etdiyi halları sübuta yetirə bilmədiyindən onun Cavabdeh1 qarşı iddiası təmin oluna bilməz. İddiaçının digər cavabdehlər Cavabdeh2 və Sarvan Alxanova qarşı olan tələbi isə heç bir faktiki və hüquqi əsasa söykənmir. Belə ki, iddiaçı Opel Astra markalı avtomobili etibarnamə əsasında Cavabdeh2 vermiş, Cavabdeh2 isə bunun müqabilində özünə məxsus VAZ-21015 markalı avtomobili onun etibarnaməli idarəçiliyinə vermişdir. Daha sonra isə VAZ-21015 markalı avtomobil onun tərəfindən Sarvan Alxanovun etibarnaməli idarəçiliyinə verilmişdir. Opel Astra markalı avtomobil mülkiyyətçisi tərəfindən Cavabdeh2 geri alındığından, o da VAZ-21015 markalı avtomobili Sarvan Alxanovdan geri almışdır. Belə olan halda isə onların iddiaçı qarşısında heç bir öhdəliyi yaranmır. Bu səbəbdən iddia həmin cavabdehlərə münasibətdə də əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-741/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-741/2023
08.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver