Məhkəmə qərarları › İş №2(058)-754/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-754/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-754/2023 08.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcunu könüllü ödəmədiyinə görə 1825.15 manat məbləğində pulun iddiaçı və ödənilmiş 38.25 manat dövlət rüsumunun alınaraq “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Sabunçu filialı (Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” X3 X5 İdarəsi ilə Cavabdeh (kod: **********00000) arasında xx.xx.2022-ci il tarixli, XS-51-01187/22 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçı ilə Paylayıcı arasında qarşılıqlı” müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.2.5.4-cü bəndidnə əsasən “Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya Paylayıcı tərəfindən təqdum edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətinə tam ödənilməlidir. Qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməlidir. Bağlanılmış müqaviləyə əsasən Cavabdeh “Azəriqaz” X1 X5 İdarəsi tərəfindən təbii qazla tchiz olunmuş, lakin müqavilənin öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmiş, nəticədə cavabdehin “Azəriqaz” X1 X5 İdarəsinə 1825.15 manat məbləğində debitor borcu yaranmışdır. Məhkəməyə qədər müddət ərzində cavabdehə göstərilən borcun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli TŞ-xx/xx-0538 nömrəli xəbərdarlıq məktubunun rəsmi verilməsinə baxmayaraq, borcun ödənilməsi təmin edilməmiş, cavabdeh tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əməl etməmiş və “Azəriqaz” X1 X5 İdarəsinə 1825.15 manat məbləğində debitor borcu yaranmış, lakin cavabdeh borcu könüllü ödəməkdən imtina etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, onun “Azəriqaz” İstehsalat Birliyinə borcu var, lakin həmin borcu ödəmək üçün maddi imkanı yoxdur, o, hər ay istifadə etdiyi qaz sərfiyyatına görə 3 (üç) manat məbləğində pul ödəyir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli XS-51-01187/22 nömrəli müqavilədən görünür ki, “Azəriqaz” X1 X5 İdarəsi ilə (qaz paylayıcısı) Cavabdeh (məişət qaz qurğusu istifadəçisi) arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan Abonentin saldosundan görünür ki, Cavabdeh Samux rayonu, Sarıqamış kəndində təbii qazın istifadəsinə görə 2023-cü il aprel ayı daxil olmaqla, ümumilikdə 1825,15 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən istifadə etdiyi təbii qaza görə ödənilməmiş pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatının enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 29 iyun 2000-ci il tarixli. 356 saylı Fərmanında göstərilir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə görə (8-ci bəndi) Qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 80 saylı Qərarı ilə təsdiq “Qazdan istifadə Qaydaları” nın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdehin yaşadığı fərdi yaşayış evini qazla təchiz etmiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, təbii qazdan istifadəyə görə ödənişləri yerinə yetirməmişdir. Onun təbii qazdan istifadəyə görə iddia tələbində göstərilən məbləğdə ödənilməmiş borcu qalmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən təbii qazdan istifadəyə görə ödənilməmiş pul məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1825,15 (min səkkiz yüz iyirmi beş manat on beş qəpik) manat və ödənilmiş 38,25 manat dövlət rüsumu tutularaq “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Sabunçu filialı (Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1825,15 (min səkkiz yüz iyirmi beş manat on beş qəpik) manat və ödənilmiş 38,25 manat dövlət rüsumu tutularaq, “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Sabunçu filialı (Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar