Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-758/2023 25.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi təbii qaza görə yaranmış 1039,66 manat məbləğində borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin alınaraq “Azəriqaz” İB ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” X1 X3 İdarəsi ilə Cavabdeh (kod:**********00000) arasında xx.xx.2022-ci il tarixli, XS-51-00443/22 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı, onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçı ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.2.5.4-cü bəndinə əsasən, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətinə tam ödənilməlidir. Qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməlidir. Bağlanmış müqaviləyə əsasən Cavabdeh “Azəriqaz” X1 X3 İdarəsinin tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin Cavabdeh müqavilənin öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini tam ödəməmişdir. Nəticədə istifadə etdiyi təbii qazın dəyərinə görə cavabdehin Azəriqaz” X1 X3 İdarəsinə 1039.66 manat məbləğində debitor borcu yaranmışdır. Cavabdehə Azəriqaz” İB Gəncə X3 İdarəsi tərəfindən göstərilən borcun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli TŞ-xx/xx-0524 saylı xəbərdarlıq məktubu göndərilərək mübahisənin məhkəməyə qədər həllinə cəhd edilmiş, lakin Cavabdeh yaranmış borcu könüllü ödəməmişdir və bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Ona görə də tələbin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi barədə heç bir üzürlü səbəb bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf edərək bildirmişdir ki, borcunu maddi imkansızlıq səbəbi ilə ödəyə bilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatını nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, XS-51-00443/22 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin surətindən görünür ki, Cavabdeh ilə “Azəriqaz” İB arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TŞ-xx/xx-0524 nömrəli “istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbi barədə” xəbərdarlıq məktubundan görünür ki, “Azəriqaz” İB tərəfindən Cavabdeh təbii qazdan istifadəyə görə 1039.66 manat məbləğində debitor borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan **********00000 nömrəli abonentin saldosunun surətindən görünür ki, Cavabdeh ünvan 1i ünvanda yerləşən cavabdehə məxsus fərdi yaşayış evində təbii qazdan istifadəyə görə 2023-cü il üçün 1039.66 manat borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatının enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 29 iyun 2000-ci il tarixli, 356 saylı Fərmanında göstərilir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə görə (8-ci bəndi) Qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 80 saylı Qərarı ilə təsdiq “Qazdan istifadə Qaydaları” nın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs oorclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdehin yaşadığı fərdi yaşayış evini qazla təchiz etmiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, təbii qazdan istifadəyə görə ödənişləri yerinə yetirməmişdir. Onun təbii qazdan istifadəyə görə iddia tələbində göstərilən məbləğdə ödənilməmiş borcu qalmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən təbii qazdan istifadəyə görə ödənilməmiş pul məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh debitor borcu 1039.66 (min otuz doqquz manat, altmış altı qəpik) manat və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi tutularaq “Azəriqaz” İstehsalat Birliyinin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-758/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-758/2023
25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver