Məhkəmə qərarları › İş №2(058)-761/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-761/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-761/2023 02.06.2023 SAMUX RAYON MƏKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin Cavabdeh Nürəddin qızına qarşı «istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı «Azəriqaz» İstehsalat Birliyini Cavabdeh Nürəddin qızına qarşı «istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh iddia tələbində olan borcunu tam ödəmişdir, ona görə də ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 267-268-cı maddələrinə əsasən məhkəmə, QƏRARAALDİ: İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin Cavabdeh Nürəddin qızına qarşı «istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar