Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-793/2024 10.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Tərifə Kərimova Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ağayeva (Nəzərova) Aygül Asim qızının “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ağayeva (Nəzərova) Aygül Asim qızı ərizə ilə məhkəməyə müraciət edərək Samux Rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998ci il tarixli 04 saylı qərarı ilə onların mülkiyyətinə verilmiş JN-298 F saylı KOD 50704028 saylı Torpağa Mülkiyyət X1ra məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, ərizəçilər işin məhkəməyə qədər nizama salınması qaydasına düzgün riayət etməmişlər. Məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi1 işin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilməsi və işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırması təklif edilmişdir. Lakin ərizəçilər işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, qeyd olunan hala əsasən ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ağayeva (Nəzərova) Aygül Asim qızının “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-793/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-793/2024
10.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver