Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-811/2025 11.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi, ərizəçi eyni zamanda digər Ərizəçi3 nümayəndəsi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 “hüquq müəyyən edici sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN- 298 F saylı, Kod 50704028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, onların və ailə üzvlərinin mülkiyyətinə Samux rayon, Ağasıbəyli kəndi ərazisindən 0.08 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-298 F saylı KOD 50704028 saylı Torpağa Mülkiyyət Hüququna dair dövlət aktı verilmişdir. Həmin dövlət aktında Ərizəçi1 adı texniki səhv yazılaraq “X7” kimi qeyd edilmişdir. Ərizəçi3 adı texniki səhv olaraq “X9” kimi qeyd edilmişdir. Ərizəçi3 nikaha daxil olduqdan sonra soyadı Ağayeva olaraq dəyişmişdir. Eyni zamanda Ərizəçi2 soyadı texniki olaraq səhv yazılaraq “X12” kimi qeyd edilmişdir. Düzəlişlərin aparılması məqsədi ilə aidiyyatı təşkilatlara müraciət edilmişdir. Lakin, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməli olduqları onlara izah edilmişdir. Ona görə də, sözügedən mülkiyyət sənədinin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən ərizəçi eyni zamanda digər Ərizəçi3 nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək bildirdi ki, Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə Samux rayonu Ağasıbəyli kəndində yerləşən 0.08 hektar pay torpaq sahəsi ona və övladlarına verilmişdir. Torpağın mülkiyyət hüququna dair dövlət aktında onu adı texniki yanlışlıq olaraq Laləzar əvəzinə “Laləzər” kimi qeyd edilmişdir. Övladı Ərizəçi3 isə torpağın onların mülkiyyətinə verildiyi zaman soyadı Nəzərova, adı isə Tərlan olmuş ona görə də mülkiyyət sənədində onun adı və soyadı Nəzərova Tərlan kimi qeyd olunmuş, qızı nikaha daxil olduqdan sonra soyadı Ağayeva olaraq dəyişmiş, qızının adını isə həyat yoldaşı öldükdən sonra o, övladları ilə birlikdə Tatarıstan Respublikasına köçərkən orada Aygül adına dəyişdirmişdir və Tatarstandan ölkəyə qayıdanda həmin sənədi gətirməmişdir. Oğlu Ərizəçi2 soyadı isə mülkiyyət sənədində atasının soyadına uyğun olaraq Heydərov kimi qeyd olunmuşdur. X15 Komissiyasının müvafiq qərarına əsasən verilmiş torpağa mülkiyyət hüuquna dair şəhadətnamə əsasında yeni mülkiyyət sənədi əldə etmək istəyirlər, lakin köhnə mülkiyyət sənədinin onların şəxsiyyətini təsdiq edən sənədlərlə müvafiq uyğunsuzluğu səbəbindən onlara yeni mülkiyyət sənədinin verilməsindən imtina olunur. Sözügedən məslənin məhkəmə yolu ilə həllindən başqa həll yolu olmadığından ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Ərizəçi2 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Ərizəçi1 onun atasının xalası qızıdır, eyni zamanda o Ərizəçi1 qardaşı qızının əridir. Digər ərizəçilər Ərizəçi1 övladlarıdır. Samux rayon X4 JN-298 F, kod-50704028 xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə, Samux rayonu Ağasıbəyli kəndində yerləşən 0.08 ha torpaq sahəsi Ərizəçi1 və onun övladları Aygül ilə Zaurun birgə mülkiyyətlərinə verilmişdir. Ərizəçi1 adı mülkiyyət sənədində texniki yanlışlıq olaraq Laləzər kimi qeyd olunub. Ərizəçi3 adı əvvəllər, yəni sözügedən torpaq onların mülkiyyətinə verilərkən Tərlan olmuş daha sonra ansı onun adını Tatarıstan Respublikasında yaşadıqları zaman Aygül adına dəyişdirmişdir. Ərizəçi2 soyadı isə əvvəllər atasının soyadına əsasən Heydərov olmuş, daha sonra Nəzərov soyadına dəyişdirilmişdir. Lalazar Nəzərova ikinci dəfə nikaha daxil olmuş, lakin onun ikinci nikahdan övladı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, Ərizəçi1 onun bibisidir, Ərizəçi3 və Ərizəçi2 Ərizəçi1 övladları, yəni onun bibisi uşaqlarıdır. Samux rayon X4 JN- 298, kod-50704028 xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə Samux rayonu Ağasıbəyli kəndində yerləşən 0.08 ha torpaq sahəsi bibisi Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 birgə mülkiyyətinə verilmişdir. Ərizəçi1 adı mülkiyyət sənədində texniki yanlışlıq olaraq bir hərf səhvi ilə “Laləzər” kimi qeyd olunub. Ərizəçi3 adı əvvəllər Tərlan olmuş daha sonra adını Tatarıstan Respublikasında yaşadıqları zaman dəyişdirərək Aygül etmişdir. Ərizəçi2 soyadı əvvəllər Heydərov olmuş, o da Tatarıstan Respublikasında yaşadıqları zaman soyadını dəyişdirərək Nəzərov etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, Ərizəçi1 onun əmisinin nəvəsidir, digər ərizəçilər isə Ərizəçi1 övladlarıdır. Samux rayon X4 JN-298, kod-50704028 xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə Samux rayonu Ağasıbəyli kəndində yerləşən 0.08 ha torpaq sahəsi bibisi Ərizəçi1 və onun övladları Ərizəçi3 və Ərizəçi2 birgə mülkiyyətinə verilmişdir. Ərizəçi1 adı mülkiyyət sənədində texniki yanlışlıq olaraq “Laləzər” kimi qeyd olunub. Ərizəçi3 adı əvvəllər Tərlan olmuş, daha sonra adını Tatarıstan Respublikasında yaşadıqları zaman Aygül adına dəyişdirmişdir. Ərizəçi2 soyadı əvvəllər Heydərov olmuş, o da Tatarıstan Respublikasında yaşadıqları zaman soyadını dəyişdirərək Nəzərov etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-00xx-xx/2025 nömrəli bildirişin surətindən görünür ki, qeyd olunan düzəlişlərin aparılmasından imtina edilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə qanunauyğun tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan JN-298 F KOD 50704028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə 0.08 hektar pay torpaq sahəsi X3, X8 və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş İ-PK № 624015 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1990-ci il tarixdə doğulmuşdur. X2, anası Ərizəçi1dır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin arayışdan görünür ki, X11 ilə Ərizəçi1 arasında 16 yanvar 1986-cı il tarixdə nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Heydərov, arvada Nəzərova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, JN-298 F KOD 50704028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi1 adı Laləzar əvəzinə səhvən “Laləzər” kimi, digər mülkiyyətçi Ərizəçi2 isə soyadı yanlış olaraq “Heydərov” kimi göstərilmişdir. Mülkiyyətçi Ərizəçi3 isə sonradan Tatarıstan respublikasında adını Aygül adına dəyişmişdir. Bu hal şahidlərin ərizəçinin izahatı ilə üstüstə düşən ifadələri ilə təsdiqini tapmışdır. Sözügedən mülkiyyət sənədinin ərizəçilərə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçilərə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarından aydın olur ki, Ərizəçi3 soyadı nikahdan əvvəl Nəzərova olmuş, nikah bağlandıqdan sonra o, ərinin soyadına, yəni Ağayeva soyadına keçmişdir Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-298 F, KOD 50704028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilərə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarına əsasən X3, X8 və X5 adına verilmiş JN-298 F KOD 50704028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi1, Nəzərova (Ağayeva) Aygül Asim qızına və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-811/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-811/2025
11.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver