Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-824/2024 30.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X16 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-071A KOD 50702038 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, maraqlı şəxs kimi qeyd etdiyi orqan tərəfindən onun adı “Kamil” əvəzinə səhvən “Kamal” kimi yazılmışdır. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur. O, ərizəçinin atasını, babasını və digər ailə üzvlərini tanıyır. O, ərizəçini “Kamal” kimi deyil “Kamil” kimi tanıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, ərizəçi onun xalası oğludur. Onun Emil və Kamil adında iki xalası oğlu vardır. O, ərizəçini “Kamal” kimi deyil “Kamil” kimi tanıyır. İş materiallarında olan seriya AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur və Samux rayonu, İnstitut qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan JN-071A KOD 50702038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 nömrəli qərarı ilə Samux rayonu, Bağbanlar kənd sakinləri X5, X2, X6 və X3 mülkiyyətinə 0.18 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Samux rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixdə 106 nömrəli qərarı ilə verilmiş 0.18 həyətyanı torpaq sahəsini təsdiqləyən JN-071 KOD 50702038 nömrəli şəhadətnamədə mülkiyyətçilərin soyadı, adı və ata adı qeyd olunan səhfədə X2 ata adı və X7 adı və ata adı texniki səhv olaraq yazılmışdır. Lakin Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixdə 106 nömrəli qərarı ilə verilmiş 0.18 ha həyətyanı torpaq sahəsini təsdiqləyən JN 071 KOD 50702038 nömrəli şəhadətnamədə də öz əksini tapmış şəxslərin ailə üzvünün soyadı, adı və ata adının X9əsas:şəxsiyyət vəsiqəsi AA4227924, FİN 2VB08QC, İ-ИЕ № 832830 nömrəli doğum haqqında şəhadətnamədə, İİİ-ЖГ № 264023 nömrəli nikah haqqında şəhadətnamədə “Əliməmmədova” soyadını dəyişərək “Mehdiyeva” soyadını qəbul etmiş, Ərizəçi-əsas şəxsiyyət vəsiqəsi AA*******, FİN xxxxxxx və İİİ-ЖГ № 319586 nömrəli doğum haqqında şəhadətnamədə düzgün yazılışı öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, aparılan araşdırma zamanı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu aşkar edilmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdə hüquq sahiblərinin adı və ata adında uyğunsuzluğun olduğu, belə ki, X9 və Ərizəçi ilə sənədlərdə qeyd olunmuş “X10 və X3” eyni şəxs olmalarını təsdiq edən sənədin (məhkəmə qətnaməsi) təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)- 123/2024 nömrəli qətnaməsindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarına əsasən X5, X2, X6, X3 adına verilmiş JN-071A KOD 50702038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X8 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-071A KOD 50702038 nömrəli şəhadətnamədə ərizəçinin adı səhv yazılmışdır. Məhkəmə hesab edir ki, Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000ci il tarixli 106 nömrəli qərarına əsasən X5, X4, X6, X3 adına verilmiş JN-071A KOD 50702038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 nömrəli qərarına əsasən X5, X4, X6, X3 adına verilmiş JN-071A KOD 50702038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-824/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-824/2024
30.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver