Məhkəmə qərarları › İş №2(058)-854/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-854/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-854/2024 12.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Samsung Galaxy A01” markalı telefon aparatlarının qalıq dəyəri kimi 345 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 375 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Yenikənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Cavabdeh ona məxsus Gəncə şəhəri, H.Əliyev xiyabanı 20 ünvanda yerləşən "Elektron" elektrik malları mağazasından (VÖEN **********) dəyərini hissə-hissə ödəmək şərti ilə xx.xx.2021-ci il tarixdə dəyəri 534 manat olan “SAMSUNG GALAXY A01” markalı telefon almışdır. Həmin malın dəyərinin ilkin olaraq 30 manat, xx.xx.2021-ci il tarixdə 45 manat, xx.xx.2021-ci il tarixdə 42 manat, xx.xx.2021-ci il tarixdə 42 manat, xx.xx.2021-ci il tarixdə 30 manat, cəmi 189 manat pul ödəmiş və 345 manat borcu qalmışdır. Dəfələrlə müraciət edilməsinə və malın alınmasından 3 ildən çox keçməsinə baxmayaraq, Cavabdeh müxtəlif bəhanələrlə borclu olduğu 345 manat məbləği ödəmir. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-854/2024 nömrəli qərardadından görünür ki, mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış, Cavabdeh ödəniş şərtləri ilə tanış olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “alqı-satqı müqaviləsinə əlavə” cədvəldən görünür ki, Cavabdeh “Samsung Galaxy A01” markalı telefon 12 ay müddətinə 20 faiz olmaqla 534 manata satılmışdır. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 30 manat, xx.xx.2021-ci il tarixdə 45 manat, xx.xx.2021-ci il tarixdə 42 manat, xx.xx.2021-ci il tarixdə 42 manat, xx.xx.2021-ci il tarixdə 30 manat, cəmi 189 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Gəncə şəhəri, H.Əliyev 20 ünvanda yerləşən “Elektron” elektrik məişət malları mağazasına hazırki vaxta 345 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, alınmış malın qalıq dəyərinin - 345 manat məbləğin ödənilməsinin təmin olunması tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş materiallardan müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə “Samsung Galaxy A 01” markalı mobil telefonu satmış və cavabdeh həmin mobil telefonun dəyərinin 189 manat hissəsini iddiaçıya ödəmiş, qalan hissəsini isə ödəməmiş və bu hal iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirmədiyindən iddiaçı öz tələbində haqlıdır və buna görə də iddia tələbi təmin edilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 345 (üç yüz qırx beş) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar