Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-857/2023 11.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən «Mebel və Elektroniks» mağazasından xx.xx.2022-ci il tarixdə aldığı “Divan”, xx.xx.2022-ci il tarixdə aldığı “NESKO” markalı soyuducu, xx.xx.2022-ci il tarixdə aldığı “Samsung A13” markalı telefon və müxtəlif tarixlərdə aldığı 5 ədəd eyni növlü hər birinin dəyəri 576 manat olan “Samsung A13” markalı telefonlar üçün ümumilikdə ödənilməmiş 2680 manat pulun, 300 manat dəbbə pulunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı «Mebel və Elektroniks» mağazasının sahibi İddiaçı ilə Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 18 ay müddətə ayda 48 manat ödəmək şərtilə qiyməti 310 manat olan bir ədəd “Divan”, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 12 ay müddətə ayda 106 manat ödəmək şərtilə qiyməti 1275 manat olan bir ədəd “NESKO” markalı soyuducu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 12 ay müddətə ayda 48 manat ödəmək şərtilə qiyməti 576 manat olan bir ədəd “Samsung A13” markalı telefon və müxtəlif tarixlərdə aldığı 5 ədəd eyni növlü hər birinin dəyəri 576 manat olan “Samsung A13” markalı telefonlar satılmışdır. İddiaçı 2680 manat məbləğdə borcun, 300 manat dəbbə pulunun cavabdehdən tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi ашаьыдакылара əsasən qismən təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, «Mebel və Elektroniks» mağazasının müdiri İddiaçı tərəfindən Samux şəhəri Əlillər binası ev 29-da yaşayan Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 18 ay müddətə ayda 48 manat ödəmək şərtilə qiyməti 310 manat olan bir ədəd “Divan”, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 12 ay müddətə ayda 106 manat ödəmək şərtilə qiyməti 1275 manat olan bir ədəd “NESKO” markalı soyuducu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 12 ay müddətə ayda 48 manat ödəmək şərtilə qiyməti 576 manat olan bir ədəd “Samsung A13” markalı telefon və müxtəlif tarixlərdə aldığı 5 ədəd eyni növlü hər birinin dəyəri 576 manat olan “Samsung A13” markalı telefonlar satılmışdır. Müqavilədən görünür ki, onun qalan borc məbləği 2680 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ъи maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Мəcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətə ayda 48 manat ödəmək şərtilə qiyməti 310 manat olan bir ədəd “Divan”, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 12 ay müddətə ayda 106 manat ödəmək şərtilə qiyməti 1275 manat olan bir ədəd “NESKO” markalı soyuducu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətə ayda 48 manat ödəmək şərtilə qiyməti 576 manat olan bir ədəd “Samsung A13” markalı telefon və müxtəlif tarixlərdə aldığı 5 ədəd eyni növlü hər birinin dəyəri 576 manat olan “Samsung A13” markalı telefonlar satmışdır. Cavabdeh müqavilə şərtlərini qəbul etməklə müqaviləyə imza etmişdir. Hazırda cavabdehin 2680 manat ödənilməmiş borcu qalmışdır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli kredit müqavilələri üzrə 2680 (iki min altı yüz səksən) manat borc pul, 30 (otuz) manat dəbbə pulu tutularaq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin göstərilən müddəaları əsas tutulmaqla iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasıнын Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasıнын Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin arşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. İstinaq olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasıнын Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasıнын Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli kredit müqavilələri üzrə 2680 (iki min altı yüz səksən) manat borc pul, 30 (otuz) manat dəbbə pulu tutularaq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Samux Rayon məhkəməsi vasitəsilə Gəncə Appellyasiya Məhkəməsinə appelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-857/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-857/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver