Məhkəmə qərarları › İş №2(058)-867/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-867/2025

22.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-867/2025 22.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-126 KOD 50704018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o xx.xx.1965-ci il tarixdə Şəmkir Rayon Lenin qəsəbəsində anadan olmuşdur. Samux rayon X8 xx.xx.1997-ci il tarixli, 18 nömrəli saylı ilə JN-126 ,kod -50704018, 2,23 ha torpağa mülkiyyət hüququna dair torpaq sahəsi ona və ailəsinin xüsusi mülkiyyətinə verilmişdir. AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi soyadı, ad və ata adı torpağa mülkiyyət hüququna dair dövlət aktında Mustafayeva Gülşən kimi qeyd olunmuşdur. Lakin o X1 qeyd olunan soyad , ad ata adı doğum haqqında şəhadətnamədə, ölüm haqqında soyadlara adlar və ata adında fərqlər, yəni hərif səhvləri vardır. Düzəlişlərin aparılması məqsədi ilə Samux Rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət olunmuş, qeyd olunan texniki səhvlərin torpağın mülkiyyət sənədində düzəldilməsi üçün xx.xx.2025-ci il tarixdə № 98 nömrəli arayış verilmişdir. Düzəlişlərin aparılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həmin ərizə və müvafiq sənədlər təqdim edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinin cavab məktubunda torpağın mülkiyyət sənədində olan mövcüd uyğunsuzluqları aradan qaldırılması məhkəmə qətnaməsi əsasında mümkün olduğu göstərilmişdir. Həmin imtina məktubuna əsasən torpağın mülkiyyət sənədində müvafiq düzəlişlərin aparılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də, sözügedən mülkiyyət sənədinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Ərizəçi onun anasıdır. Samux rayon X8 JN-126, kod-50704018 xx.xx.1997-ci il tarixli, 18 nömrəli saylı qərarı, Samux rayonu Əhmədbəyli kəndində yerləşən 2.23 ha torpaq sahəsi ona, anası Ərizəçi və digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Sözügedən mülkiyyət sənədində adları qeyd olunmuş mülkiyyətçilər onun anası, atası və bacısıdır. Ailədə Gülşən adında bir şəxs olmayıb, anası Gülçiçəyin adı mülkiyyət sənədində texniki yanlışlıq olaraq Gülşən kimi qeyd olunub. Həmçinin anasının ata adı da mülkiyyət sənədində göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, Ərizəçi onun baldızıdır. Samux rayon X8 JN-126, kod -50704018 xx.xx.1997-ci il tarixli, 18 nömrəli saylı qərarı ilə Samux rayonu Əhmədbəyli kəndində yerləşən 2.23 ha torpaq sahəsi baldızı Ərizəçi və onun digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Gülçiçəyin adı mülkiyyət sənədində texniki yanlışlıq olaraq Gülşən kimi qeyd olunub. Həmçinin onun ata adı da mülkiyyət sənədində göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, Ərizəçi onun bacısıdır. Samux rayon X8 JN-126, kod -50704018 xx.xx.1997-ci il tarixli, 18 nömrəli saylı qərarı ilə, Samux rayonu Əhmədbəyli kəndində yerləşən 2.23 ha torpaq sahəsi bacısı Ərizəçi və onun digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Ailədə Gülşən adında bir şəxs olmayıb, bacısı Gülçiçəyin adı mülkiyyət sənədində texniki yanlışlıq olaraq Gülşən kimi qeyd olunub, həmçinin ata adı da göstərilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-5696/2025 nömrəli bildirişin surətindən görünür ki, qeyd olunan düzəlişlərin aparılmasından imtina edilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə qanunauyğun tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan JN-126 KOD 50704018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 18 nömrəli qərarı ilə 2.23 hektar pay torpaq sahəsi X2, Mustafayeva Gülşənin, X3 və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, JN-126 KOD 50704018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi adı Gülçiçək əvəzinə səhvən “Gülşən” kimi göstərilmiş, həmçinin ata adı göstərilməmişdir. Həmin sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-126, KOD 50704018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 18 nömrəli qərarına əsasən X2, Gülşən Mustafayevanın, X3 və X5 adına verilmiş JN-126 KOD 50704018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar