Məhkəmə qərarları › İş №2(058)-89/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-89/2024

06.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-89/2024 06.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X22 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçılar İddiaçı və Cavabdeh2, Cavabdeh3 nümayəndəsi (vəkil) X2, Cavabdeh4 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı və Cavabdeh2 cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Samux rayon Notariat ofisinə qarşı “mirasın qəbulu, vərəsə tanınma və payların müəyyən olunması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və Cavabdeh2 cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Samux rayon Notariat ofisinə qarşı “mirasın qəbulu, vərəsə tanınma və payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X1 miras qalmış əmlakın onların tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, mərhum ataları X1 miras qalmış Samux rayonu, Qovlarsarı kəndində yerləşən ümumi sahəsi 79.7 kv.m yaşayış sahəsi 55.4 kv.m olan üç yaşayış otağından, yerləşdiyi torpaq sahəsi 2176 kv.m ibarət olan fərdi yaşayış evinin üzərində vərəsəlik hüquqlarının tanınması və miras mülkdəki paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Qovlarsarı kəndində yerləşən ümumi sahəsi 79.7 kv.m, yaşayış sahəsi 55.4 kv.m olan üç yaşayış otağından, yerləşdiyi torpaq sahəsi 2176 kv.m ibarət olan fərdi yaşayış evi mülkiyyət hüququ ilə mərhum ataları X6 məxsus olmuşdur. X15 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Həmin evdə cavabdeh olan qardaşı Cavabdeh3 yaşamış, onlar həmin evə tez-tez gedərək tövlə tikmişlər, darvaza qoymuşlar, bağ-bağçanın abadlaşmasında iştirak etmişlər. Ataları vəfat etdikdən sonra cavabdeh olan qardaşı Cavabdeh3la münasibətləri normal olsa da, bir müddətdir ki, onları ata mülklərinə buraxmır, hər dəfə narazılıqlar, söz-söhbət yaradır. Mərhum ataları X1 miras qalmış əmlaklarla bağlı payların müəyyən edilməsi üçün notariat kontoruna müraciət edilmiş, lakin notariat kontorunun xx.xx.2023-cü il tarixli, 482 nömrəli qərar məktubuna əsasən cavabdehlərin vərəsə kimi tanındıqları, onların isə vərəsə kimi tanınmalarından imtina edilməsi qeyd edilmişdir. Hazırda onlar mərhum ataları X1 miras qalmış əmlakları faktiki olaraq qəbul etmişlər, belə ki, onlar ata mülklərində tövlə və hamam tikmişlər, ağac əkmişlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mərhum atası mübahisəli evi kiçik qardaşına vermiş, o, həmin evdən çıxmışdır. Mərhum atası həmin evin yaxınlığında cavabdehlərə həyət almış, təxminən 1.5 ha torpaq sahəsini satmışdır. Cavabdeh3 evi sata bilməsi üçün o, Nəsimi və Arzuman imza etmişlər. Notariat kontorunda miras əmlakda olan payından imtina barədə imza ona məxsus deyil. Məhkəmədən qardaşı Nəsimiyə pay verilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq notariat kontorunda miras əmlakda olan payından imtina barədə imzanın ona məxsus olmadığından məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh4 nümayəndəsi (vəkil) Vəkil məkəmə iclasında bildirdi ki, nümayəndəsi olduğu Cavabdeh4 pay torpağının satışı ilə bağlı Cavabdeh3 etibarnamə göndərmiş, lakin Arzu istifadə edərək torpaqları mənimsəmişdir. Cavabdeh4 qardaşlarına pay düşməsinə etiraz etmir. İddia tələbinin təmin olunmasına etiraz etmədi. Cavabdeh3 nümayəndəsi (vəkil) X9 məhkəmə iclasında bildirdi ki, iddia əsassızdır. İddiaçılar mirasdan rəsmi qaydada imtina etmişlər. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Samux rayon Notariat ofisi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclaslarının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Samux rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçıların və cavabdehlər Cavabdeh4 nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh3 nümayəndəsi (vəkil) X2 izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Gəncə şəhər 5 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2V-197 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X3 vərəsəsi Samux rayonu, Qovlarsarı kəndində qeydiyyatda olan oğlu Cavabdeh3dur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış məktubdan görünür ki, Samux rayonu, Qovlarsarı kəndində yerləşən fərdi yaşayış evinə dair xx.xx.1988-ci ildə aparılmış inventarizasiya işləri zamanı texniki pasport hüquqmüəyyənedici sənəndlər olmadan X3 adına qeyd edilmişdir. Mülkün arxiv qovluğunda tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Fərdi yaşayış evinin tikili “A"-da ümumi sahəsi 79.7 kv.m, yaşayış sahəsi 55 4 kv.m olan üç yaşayış otağından, yerləşdiyi torpaq sahəsinin 2176.0 kv.m ibarət olduğu müəyyən edilmişdir. Fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Samux rayonu, Qovlarsarı kəndində ümumi sahəsi 0.27 kv.m olan torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixdə ********** reyestr nömrəli çıxarış Cavabdeh3 adına qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Samux rayon notariat ofisi tərəfindən verilmiş “notariat hərəkətlərinin aparılmasından imtinaya dair” qərardan görünür ki, mərhum X3 adına olan Samux rayonu, Qovlarsarı kəndində yerləşən miras əmlaka dair ərizəçi Cavabdeh2 və İddiaçı qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İşdə olan Samux rayon Qovlarsarı kənd icra nümayəndəliyi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, X10 ilə Ələkbərova (Xəlilova) Dilşad Museyib qızının nikahları xx.xx.1956-cı il tarixdə bağlanmışdır. İşdə olan Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı ildə ölmüşdür. İşdə olan Samux rayon Qovlarsarı kənd icra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2009-cu ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Samux rayonu, Qovlarsarı kəndində ümumi sahəsi 1.8534 kv.m olan torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2015-ci il tarixdə ********** reyestr nömrəli çıxarış Cavabdeh3 adına qeydə alınmışdır. İşdə olan Samux rayon Aqrar İslahat Komissiyasının 05 may 1998-ci il tarixli 08 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə verilməsinə” dair JN-023A KOD 50707018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Samux rayonu, Qovlarsarı kənd sakinləri X4, X7, Cavabdeh3 İsfəndiyar oğlunun və Cavabdeh4 İsfəndiyar oğlunun mülkiyyətinə 0.27 ha torpaq sahəsi verilmişdir. İşdə olan Samux rayon Qovlarsarı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X10 02 iyun 2016-cı il tarixdə ölmüşdür. Ölən günədək Samux rayonu, Qovlarsarı kəndində qeydiyyatda olub yaşamışdır. Öləndən sonra onun ailə üzvləri – oğlu İddiaçı, oğlu Cavabdeh2, qızı X11, oğlu Cavabdeh3 və oğlu Cavabdeh4 qalmışdır. Mərhum ölən günədək oğlu Cavabdeh3 ailəsi ilə birlikdə yaşamışdır. İşdə olan Gəncə şəhəri 5 saylı notariat kontorunda təsdiqlənmiş Cavabdeh2 ərizəsindən görünür ki, o, xx.xx.2016-cı ildə vəfat etmiş atası-X1 qalmış bütün miras əmlakdan ona çatası miras payını qəbul etməmiş, qəbul etmək niyyətində deyil və gələcəkdə bununla əlaqədar məhkəmədə iddia qaldırmayacaqdır. İşdə olan Gəncə şəhəri 5 saylı notariat kontorunda təsdiqlənmiş İddiaçı ərizəsindən görünür ki, o, xx.xx.2016-cı ildə vəfat etmiş atası-X1 qalmış bütün miras əmlakdan ona çatası miras payını qəbul etməmiş, qəbul etmək niyyətində deyil və gələcəkdə bununla əlaqədar məhkəmədə iddia qaldırmayacaqdır. İşdə olan Gəncə şəhəri 5 saylı notariat kontorunda təsdiqlənmiş X5 ərizəsindən görünür ki, o, xx.xx.2016-cı ildə vəfat etmiş atası-X1 qalmış bütün miras əmlakdan ona çatası miras payını qəbul etməmiş, qəbul etmək niyyətində deyil və gələcəkdə bununla əlaqədar məhkəmədə iddia qaldırmayacaqdır. İşdə olan Leninqrad vilayəti, Kirişi şəhəri notariusu tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, Ələkbərov X14 rayonunun Qovlarsarı kəndində yerləşən birgə hüququnda ona məxsus olan torpaq sahəsini idarə etməyi və üzərində sərəncam verməyi müvafiq olaraq bütün hallarda müddəti, qiyməti və digər şərtləri müəyyən etməklə, bütün əqdləri bağlamağı, o cümlədən satmağı, bağışlamağı, icarəyə verməyi, dəyişməyi, girov qoymağı, müvafiq müqavilələri bağlamağı və imzalamağı, bağlanmış əməliyyatları aparmağı, ona çatası pulları almağı, mülkiyyətçilərdən birinin vəfatında açılmış vərəsəlik işlərini etməyi, mirasın qəbulu və ya ondan imtina haqqında ərizələri yazmağı, vərəsəlik işini aparmağı, o cümlədən Samux rayonu üzrə bütün səlahiyyətli orqanlarda, müəssisə və təşkilatlarda onu təmsil etməyi, o cümlədən “ASAN xidmət” çoxfunksional mərkəzdə, daşınmaz əmlakın Dövlət Xidmətində, onun ərazi idarələrində, torpaqların dövət idarəetməsinin təşkili üzrə Dövlət daşınmaz əmlakın Agentliyində, dövlət qeydiyyatı, kadastr və xəritəçəkmə orqanlarında, icra orqanlarında, yerli özünüidarə orqanlarında, bələdiyyə orqanlarında, TİB-də, vergi müfəttişliyi kontorunda, banklarda və digər səlahiyyətli orqanlarda, onun adından hər növ ərizələri yazmağı, arayışları və sənədləri almağı və təqdim etməyi, lazım gəldikdə hüquqmüəyyənedici sənədləri almağı, rəsmiləşdirmə işlərini aparmağı, qeydiyyat məsələlərini həll etməyi, qeydiyyat üçün sənədləri təhvil verməyi, qeydiyyatdan keçmiş bütün sənədləri almağı, sərhədçəkmə işlərini aparmağı, müqavilələri öz mülahizəsinə görə istənilən qiymətə və şərtlərlə bağlamağı və imzalamağı, torpaq sahəsinin alqı-satqı müqaviləsini, icarə müqaviləsini, müqavilələri ləğv etmək hüququnu, rüsumları və haqqları ödəməyi, əvəzindən imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlavə hərəkətləri etməyi Cavabdeh3 etibar etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2024-cü il tarixli, 4/44 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, İddiaçı adından olan 14 avqust 2017-ci il tarixli 7E/19642 reyestr nömrəli (Gəncə şəhəri 5 saylı Notariat Kontoru) ərizədə “İddiaçı” yazıları və həmin yazıların qarşısındakı imza eyni şəxs İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Cavabdeh2 adından olan 14 avqust 2017-ci il tarixli 7E/19642 reyestr nömrəli (Gəncə şəhəri 5 saylı Notariat Kontoru) ərizədə “Cavabdeh2” yazıları və həmin yazıların qarşısındakı imza eyni şəxs Cavabdeh2 tərəfindən icra olunmuşdur. Beləliklə, yuxarıda təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, hazırda mübahisələndirilən xx.xx.2016-cı il tarixdə ölmüş X8 məxsus olmuş Samux rayonu, Qovlarsarı kəndində yerləşən miras əmlaka Gəncə şəhəri 5 saylı notariat kontorunda verilmiş xx.xx.2017-ci il tarixli 2V-197 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş X3 vərəsəsi Samux rayonu, Qovlarsarı kəndində qeydiyyatda olan oğlu Cavabdeh3 tanınmışdır. Beləliklə, qüvvədə olan vərəsəlik hüququ haqqında şəhadətnamə ilə iddiaçıların miras əmlakın onlar tərəfindən faktiki qəbul edilməsi sübut edilməmişdir. Bundan başqa, məhkəmə nəzərə alır ki, qüvvədə olan sözügedən vərəsəlik şəhadətnaməsi ilə iddiaçıların mirası faktiki qəbul etməmələri müəyyən olunur. Hal-hazırki vəziyyətdə iddiaçıların miras əmlakı qəbul etməmələri qüvvədə olan vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə təsdiqini tapdığından Cavabdeh3 verilmiş vərəsəlik hüququ haqqında Şəhadətnamənin mövcudluğu iddiaçılar üçün heç bir nəticə yaratmır. Yəni, iddiaçılar həmin məsələdə maraqlı şəxs deyildir. Məhkəmə əlavə olaraq məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarının tətbiqi aspektindən də yanaşmağı lazım bilir. Belə ki, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyaya zidd olduğu Azərbaycan Respublikasının qərarı ilə rəsmi olaraq öz təsdiqini tapmışdır. Odur ki, MM-in 1256-cı maddəsində nəzərdə tutulan müddət və prosedur çərçivəsində mirasdan imtina etməmiş olan bütün vərəsələr mirası qəbul etmiş vərəsə hesab olunur. Həmin qərarda həmçinin göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Lakin məhkəmə hesab edir ki, həmin qərar hazırki işə tətbiq edilməklə “mirasın qəbulu, vərəsə tanınma və payların müəyyən olunması” barədə tələb mümkün hesab edilə bilməz. Ona görə ki, Konstitusiya Məhkəməsi Plenumunun da həmin qərarda qeyd etdiyi kimi, bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Hazırki iş həmin qərar qəbul edilərkən icraatda olmuş olsa da, hazırki iş üzrə qərar qəbul edilməsi birbaşa olaraq həmin Konstitusiya Məhkəməsi Plenumunun qərarı qəbul edilməzdən öncə qüvvəyə minmiş iddiaçının mirası qəbul etmədiyi təsdiq edilmiş vərəsəlik şəhadətnaməsindən asılıdır ki, hazırki işə göstərilən Konstitusiya Məhkəməsi Plenumunun qərarını tətbiq etmək və vərəsəlik şəhadətnaməsini nəzərə almayaraq, iddia tələbini təmin etmək eyni zamanda həmin qüvvədə olan Şəhadətnaməni şübhə altına alacaqdır. Çünki, iddia tələbini təmin etmək hazırki iş üzrə yekunlaşmış vərəsəlik mübahisəsinin yenidən açılmasına səbəb olacaqdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas gösrtəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə müəyyən etmişdir ki, Samux rayonu, Qovlarsarı kəndində yerləşən miras əmlak mərhum X1 miras qalmışdır. X10 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İddiaçılar İddiaçı və Cavabdeh2 notarial qaydada təsdiq edilmiş ərizə ilə miras əmlakdan imtina etmişlər. Həmin miras əmlak vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən müvafiq çıxarışlar əsasında mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı və Cavabdeh2 cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Samux rayon Notariat ofisinə qarşı «mirasın qəbulu, vərəsə tanınma və payların müəyyən olunmasına» dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 105 (yüz beş) manat iddiaçılar İddiaçı və Cavabdeh2 müştərək qaydada tutularaq, X12 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı və Cavabdeh2 cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Samux rayon Notariat ofisinə qarşı «mirasın qəbulu, vərəsə tanınma və payların müəyyən olunmasına» dair iddia tələbləri təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 105 (yüz beş) manat iddiaçılar İddiaçı və Cavabdeh2 müştərək qaydada tutularaq, X12 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar