Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-903/2023 18.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsinə dair ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-317A KOD 50707028 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışdırlar ki, onlar Samux rayonu Ziyadlı kəndində doğulmuşlar və hal-hazırda həmin kənddə yaşayırlar. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cü il tarixli, 03 saylı qərarı ilə 0,10 ha pay torpaq sahəsi onların və digər ailə üzvlərinin ümumi mülkiyyətlərinə verilmişdir. Sözügedən torpağa dair onların mülkiyyət hüququnu təsdiq edən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-317A KOD 50707028 saylı şəhadətnamədə texniki olaraq səhvən mülkiyyətçilərdən Ərizəçi1 adı səhvən “Aytən”, ata adı isə “Səyavuş” əvəzinə “Siyavuş” kimi, digər mülkiyyətçi Ərizəçi2 isə yalnız ata adı səhvən “Səyavuş” əvəzinə “Siyavuş” kimi qeyd olunmuşdur. Samux rayon VVAQ orqanı tərəfindən verilmiş şəhadətnamələrə əsasən onların soyadı, adı və ata adı Ərizəçi1 və Ərizəçi2 kimi qeyd olunmuşdur. Bu səbəbdən qeyd olunan torpağa dair mülkiyyət sənədi ilə şəxsiyyətlərini təsdiq edən sənədlər arsında uyğunsuzluq yaranmışdır. Ona görə də, sözügedən mülkiyyət sənədinin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verdilər və hüquq müəyyən edici sənədin onalara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 onun övladları, X9 isə onun əridir. Sözügedən torpaq X7 qərarı ilə paylı mülkiyyət hüququ ilə ona, ərinə və övladlarına verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə övladlarının ata adı Səyavuş əvəzinə Siyavuş, qızı Aytacın isə adı səhvən Aytən kimi qeyd olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 onun övladları, X12 isə onun arvadıdır. Hazırda sözügedən torpaq sahəsi X7 qərarı ilə onun, arvadının və uşaqlarının ümumi mülkiyyətlərinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə övladlarının ata adı Səyavuş əvəzinə Siyavuş, qızı Aytacın isə adı səhvən Aytən kimi qeyd olunub. İş materiallarına əlavə olunmuş XX-ЖР seriyalı, 325256 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1998-ci il tarixdə doğulmuş Ərizəçi1 atası X9, anası X10r. İş materiallarına əlavə olunmuş İ-AZ seriyalı, 138076 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2001-ci il tarixdə doğulmuş Ərizəçi2 atası X9, anası X10r. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli № 3-21-3-33/2- 4709/2023 nömrəli məktubundan görünür ki, qeyd olunan düzəlişlərin aparılmasından imtina edilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə qanunauyğun tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan JN-317A KOD 50707028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1999-cü il tarixli 03 saylı qərarı ilə 0.10 hektar pay torpaq sahəsi X5, X8, X4 və Ərizəçi2 Siyavuş oğlunun ümumi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Samux Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 100 nömrəli arayışdan görünür ki, 10 fevral 1999-cü il tarixli 03 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-317A, KOD 50707028 saylı şəhadətnamədə mülkiyyətçilər Ərizəçi1 və Ərizəçi2 ata adları səhvən “Səyavuş” əvəzinə “Siyavuş” kimi, Ərizəçi1 adı səhvən “Aytən” kimi qeyd olunmuşdur. İş materiallarında olan Samux RİHB-nın Ziyadlı kənd İƏD-si nümayəndəliyin arayışından görünür ki, X1 yaşayır və X12, Ərizəçi1, Ərizəçi2 kimi ailə üzvləri var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, JN-317A KOD 50707028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilər Ərizəçi1 və Ərizəçi2 ata adları “Səyavuş” əvəzinə səhvən “Siyavuş” kmi, həmçinin Ərizəçi1 adı səhvən “Aytən” kimi göstərilmişdir. Həmin sənədin ərizəçilərə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçilərə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-317A KOD 50707028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X6 və Ərizəçi2n məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-ci il tarixli qərarına əsasən X5, X8, X4 və Ərizəçi2 Siyavuş oğlunun adına verilmiş JN-317A, KOD 50707028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-903/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-903/2023
18.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver