Məhkəmə qərarları › İş №2(058)-943/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-943/2023

02.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-943/2023 02.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-177 KOD 50704038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının mərhum anaları X7 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslanıdrılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə 2,70 ha pay torpaq sahəsi anaları X4 və qeyrilərinin mülkiyyətinə verilmişdir. Sözügedən torpağa dair mülkiyyət hüququnu təsdiq edən “Torpağa mülkiyyət hüququna dair” JN-177 KOD 50704038 saylı dövlət aktında mülkiyyətçilərdən mərhum anaları X1 texniki olaraq səhvən “Məmmədova” kimi qeyd olunmuşdur. Mərhum analarına məxsus digər rəsmi sənədlərdə onun adı X2 qeyd olunmuşdur. Bu səbəbdən qeyd olunan torpağa dair mülkiyyət sənədi ilə onun şəxsiyyətini təsdiq edən və digər rəsmi sənədlər arasında uyğunsuzluq yaranmışdır. Ona görə də, sözügedən mülkiyyət sənədinin X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 (eyni zamanda Ərizəçi1 nümayəndəsi) ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 onun qonşusudur. Onların anası mərhum Rübabə Abbasova olmuşdur. Rübabə xanım onun uzun illər qonşusu olmuşdur. Ona məxsus mülkiyyət sənədində soyadı səhvən “Məmmədova” kimi qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 onun qonşusudur. Onlar ataları eyni, anaları fərqli şəxslər olmaqla ögey qardaşdırlar. Onların mərhum anası Rübabə Abbasova olmuşdur. Sözügedən mülkiyyət sənədində mülkiyyətçi kimi adları qeyd olunan Surxay Məmmədov və Surac Məmmədov isə onların qardaşlarıdır. Rübabə Abbasovanın soyadı mülkiyyət sənədində səhvən “Məmmədova” kimi qeyd olunub. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-1725/2023 nömrəli bildirişin surətindən görünür ki, qeyd olunan düzəlişlərin aparılmasından imtina edilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə qanunauyğun tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan JN-177 KOD 50704038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə 2,70 hektar pay torpaq sahəsi Ərizəçi1, X3, X8, X5 və Ərizəçi2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Samux Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 128 nömrəli arayışdan görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə mülkiyyətə verilmiş torpağa dair mülkiyyət sənədində mərhum mülkiyyətçi X1 “Abbasova” əvəzinə səhvən “Məmmədova” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, JN-177 KOD 50704038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mərhum mülkiyyətçi X1 “Abbasova” əvəzinə səhvən “Məmmədova” kimi göstərilmişdir. Həmin sənədin ərizəçilərə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-194 KOD 50704038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X6 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Samux Rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 04 saylı qərarına əsasən Ərizəçi1, X3, X8, X5 və Ərizəçi2 adına verilmiş JN-177 KOD 50704038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar