Məhkəmə qərarları › İş №2(058)-944/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-944/2023

21.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-944/2023 21.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi4, ərizəçilər Ərizəçi1 Kamil oğlunun və Ərizəçi3 nümayəndəsi Qanuni nümayəndə və ərizəçilərin vəkili X2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 Kamil oğlu, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 Kamil oğlu, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-109F KOD 50707018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1 Kamil oğluna, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Ərizə onunla əsaslanıdrılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə 0,24 ha pay torpaq sahəsi ərizəçilərin və onların digər ailə üzvünün ümumi mülkiyyətlərinə verilmişdir. Sözügedən torpağa dair onların mülkiyyət hüququnu təsdiq edən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-109F KOD 50707018 saylı şəhadətnamədə mülkiyyətçilərdən Ərizəçi1 adı texniki olaraq səhvən “Rahim”, digər mülkiyyətçilərin ata adları isə səhvən “Rahin” əvəzinə “Rahim” kimi qeyd olunmuşdur. Samux rayon VVAQ orqanı tərəfindən verilmiş şəhadətnamələrə əsasən onların soyadı, adı və ata adı Ərizəçi1 Kamil oğlu, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 kimi qeyd olunmuşdur. Bu səbəbdən qeyd olunan torpağa dair mülkiyyət sənədi ilə şəxsiyyətlərini təsdiq edən sənədlər arsında uyğunsuzluq yaranmışdır. Ona görə də, sözügedən mülkiyyət sənədinin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi4 ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçilər Ərizəçi1 Kamil oğlunun və Ərizəçi3 nümayəndəsi Qanuni nümayəndə ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçilərin vəkili X5 ərizənin məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi2 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək 1-qrup əlil olduğundan səhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, Ərizəçi1 Kamil oğlu onun ərinin əmisi oğludur və onun Kənan, Kamil və Ramilə adlı üç övladı var. Onlara məxsus mülkiyyət sənədində Rahinin adı səhvən “Rahim” kimi qeyd olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, Ərizəçi1 Kamil oğlu onun qonşusudur, onlar eyni kəndə yaşıyılar. Rahinin arvadı Qanuni nümayəndədır, onların Kənan, Kamil və Ramilə adlı üç övladı var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, ərizəçilərlə qonşudur. Ərizəçi4, Ərizəçi3 və Məmmədov Ramilənin atasının adı Ərizəçi1dur. Sərfinaz Rahinin arvadıdır. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 845464 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 Kamil oğlu xx xxxx 1961-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə olunmuş XİV ЖГ seriyalı, 299718 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1989-cu il tarixdə doğulmuş Ərizəçi2 atası Ərizəçi1 Kamil oğlu, anası Qanuni nümayəndədır. İş materiallarına əlavə olunmuş Xİİ ЖГ seriyalı, 462101 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1990-cı il tarixdə doğulmuş Ərizəçi3 atası Ərizəçi1 Kamil oğlu, anası Qanuni nümayəndədır. İş materiallarına əlavə olunmuş XX ЖГ seriyalı, 324584 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1998-ci il tarixdə doğulmuş Ərizəçi4 atası Ərizəçi1 Kamil oğlu, anası Qanuni nümayəndədır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli № 3-21-3-33/2- 2503/2023 nömrəli məktubundan görünür ki, qeyd olunan düzəlişlərin aparılmasından imtina edilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə qanunauyğun tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan JN-109F KOD 50707018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 05 may 1998-ci il tarixli 08 saylı qərarı ilə 0.24 hektar pay torpaq sahəsi Ərizəçi1 Kamil oğlunun, Ərizəçi3, Ərizəçi4, Ərizəçi2 və Qanuni nümayəndə ümumi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Samux Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 30 nömrəli arayışdan görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 05 may 1998-ci il tarixli 08 saylı qərarı ilə ümumi mülkiyyətə verilmiş torpağa dair mülkiyyət sənədində mülkiyyətçi Ərizəçi1 adı səhvən “Rahim” kimi, digər mülkiyyətçilər Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 ata adları “Rahin” əvəzinə səhvən “Rahim” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, JN-109F KOD 50707018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi Ərizəçi1 adı səhvən “Rahim” kimi, həmçinin digər mülkiyyətçilər Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 ata adları isə “Rahin” əvəzinə səhvən “Rahim” kimi göstərilmişdir. Həmin sənədin ərizəçilərə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçilərə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-109F KOD 50707018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçilərə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Samux Rayon Aqrar İslahat Komissiyasının 05 may 1998-ci il tarixli, 08 saylı qərarına əsasən X7, Ərizəçi3 Rahim oğlu, Ərizəçi4 Rahim oğlu, Ərizəçi2 Rahim qızı və Qanuni nümayəndə adına verilmiş JN-109F KOD 50707018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi1 Kamil oğlu, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar