Məhkəmə qərarları › İş №2(059)-102/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-102/2021

05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-102/2021 05.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi3 nümayəndəsi, eləcə də, Ərizəçi1 və ərizəçilər Ərizəçi2 və Ərizəçi4 iştirakları ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-2818 F seriyalı, kod 30501004 olan şəhadətnamənin torpağın digər paylı mülkiyyətçiləri ilə yanaşı Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ərizəçilər ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-2818 F seriyalı, kod 30501004 olan şəhadətnamədə, torpağın paylı mülkiyyətçisi kimi qeyd edilən 1-ci sətrdə “Mənsumə” adının “Məhsumə” adı kimi və “Əhməd” kimi qeyd edilmiş ata adının “Əhəd” kimi, 3-cü sətrdə “Nəzakət” adının “Məşəmo” adı kimi, 4-cü sətrdə “Xaliq” adının “Xalıq” adı kimi, 5-ci sətrdə “Qənbər” ata adının “Qəmbər” kimi olması (oxunması) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 nümayəndəsi, eləcə də, Ərizəçi1 ərizəni müdafiə edərək izahatında bildirdi ki, Siyəzən rayon X7 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,05 ha torpaq sahəsi mərhum anası X6, eləcə də, ailə üzləri Ərizəçi2, Ərizəçi4, Ərizəçi3, X3, X2 və onun mülkiyyətinə verilmiş, eləcə də müvafiq olaraq torpağa mülkiyyət hüququna dair JN seriyalı, 2818 F nömrəli, 30501004 kodlu şəhadətnamə tərtib edilsə də, bu şəhadətnamənin mərhum anasına və ailə üzvlərinə aid hissəsində ad, soyad və ata adları yanlış qeyd edilmişdir. Belə ki, mərhum anasının adı “Məhsumə” əvəzinə yanlışlıqla “Mənsumə” kimi, sonuncunun ata adı “Əhəd” əvəzinə yanlışlıqla “Əhməd” kimi, arvadının “Məşəmo” adı yanlışlıqla “Nəzakət” kimi, oğlunun “Xalıq” adı yanlışlıqla “Xaliq” kimi və digər oğlunun ata adı “Qəmbər” əvəzinə yanlışlıqla “Qənbər” kimi qeyd edilmiş, bununla da, torpağa mülkiyyət hüququna dair müvafiq şəhadətnamədə yanlışlığa yol verilmişdir. Qeyd olunan mexaniki yanlışlığa görə onun, digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan və ona çatan torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçirə bilmir və bununla da mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Bununla da, hazırda onlara çatan torpaq payı üzərində mülkiyyət hüquqlarının təsdiqi üçün soyadlarında olan yanlışlığın düzəldilməsi və torpağa mülkiyyət hüququna dair şəhadətnamədə qeyd edilən şəxslərin X12, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 olması faktının müəyyən edilməsi üçün qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi2 və Ərizəçi4 Ərizəçi3 nümayəndəsi, eləcə də, Ərizəçi1 izahatında uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə Ərizəçi3 nümayəndəsi, eləcə də, Ərizəçi1 və ərizəçilər Ərizəçi2 ilə Ərizəçi4 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin qeydiyyat vəsiqəsinin, eləcə də qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətlərindən görünür ki, Siyəzən şəhəri, Heydər Əliyev küçəsində 3 (üç) yaşayış otaqlı, yaşayış sahəsi 35 kv.m, ümumi sahəsi 48,5 kv.m olan 133 nömrəli yaşayış evi X12 və Ərizəçi1 adına Siyəzən rayon Notariat Kontorunun 21 fevral 2006-cı il tarixli, 2v-39 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında qeydə alınmışdır. Eyni zamanda, Ərizəçi1 mərhum Məhsumə Bağırovadan miras qalmış qeyd olunan əmlaka vərəsəlik hüququ tanınmışdır. İşdə olan İsmayıllı rayon Lahıc qəsəbə İcra Nümayəndəliyi tərəfindən 17 sentyabr 2020-ci il tarixdə verilmiş AZ-T seriyalı, 136419 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X15, anası X13 olan Ərizəçi1 xx xxxxxxx 1947-ci il tarixdə İsmayıllı rayonunun Lahıc kəndində doğulmuşdur. İşdə olan keçmiş Lahıc qəsəbə soveti tərəfindən 01 avqust 1950-ci il tarixdə verilmiş ИЕ seriyalı, 380638 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X18, anası X8 olan Ərizəçi2 xx xxxx 1950-ci il tarixdə İsmayıllı rayonu, Lahıc qəsəbəsində doğulmuşdur. İşdə olan keçmiş Lahıc qəsəbə soveti tərəfindən 21 iyul 1970-cı il tarixdə verilmiş AЗ seriyalı, 062937 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə Ərizəçi2 nikahı 21 iyul 1970-ci il tarixdə, 4 nömrəli akt qeydi ilə qeydə alınmış, evlənmə qeyd edildikdən sonra ər və arvad öz soyadlarında qalmışlar. İşdə olan keçmiş Siyəzən şəhər soveti tərəfindən 10 sentyabr 1971-ci il tarixdə verilmiş АЗБ seriyalı, 109805 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi1, anası Ərizəçi2 olan Ərizəçi4 27 avqust 1971-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Siyəzən şəhərində doğulmuşdur. İşdə olan keçmiş Siyəzən şəhər soveti tərəfindən 22 may 1973-cü il tarixdə verilmiş İ- ЖГ seriyalı, 495918 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi1, anası Ərizəçi2 olan Ərizəçi3 xx xxxxx 1973-cü il tarixdə keçmiş Dəvəçi rayonu, Siyəzən şəhərində doğulmuşdur. İşdə olan torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı, 2818 F nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,05 ha torpaq sahəsi Siyəzən şəhər sakinləri X4 və onun ailə üzləri Ərizəçi1, X5, X9, Ərizəçi3 Qənbər oğlunun, X3, X2 mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 22 iyul 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 317837 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 09 iyul 2009-cu il tarixdə Siyəzən şəhərində ölmüşdür. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 10 noyabr 2020-ci il tarixli, **********77 nömrəli məktubundan görünür ki, 03 may 2006-cı il tarixli, JN seriyalı, 2818 F nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin Ərizəçi1 və onun ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 18 noyabr 2020-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 10 (on) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçilərə və ərizəçinin ailə üzvlərinə məxsus olan bütün sənədlərdə onların adları, soyadları və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı, 2818 F nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi, eləcə də ailə üzvləri kimi qeyd edilməli olan X12 əvəzinə yanlış olaraq X10, Ərizəçi2 əvəzinə yanlış olaraq X11, Ərizəçi4 əvəzinə yanlış olaraq X14 və Ərizəçi3 əvəzinə yanlış olaraq Ərizəçi3 Qənbər oğlu qeyd edilmiş, nəticədə, bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməli, torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı, 2818 F nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 1-ci sırada X4 adının “Məhsumə”, sonuncunun ata adının “Əhəd”, həmin şəhadətnamədə 3-cü sırada qeyd edilən X5 adının “Məşəmo”, 4-cü sırada X9 adının “Xalıq”, 5-ci sırada Ərizəçi3 Qənbər oğlunun ata adının “Qəmbər” olması faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı, 2818 F nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 1-ci sırada X4 adının “Məhsumə”, sonuncunun ata adının “Əhəd”, həmin şəhadətnamədə 3-cü sırada qeyd edilən X5 adının “Məşəmo”, 4-cü sırada X9 adının “Xalıq”, 5-ci sırada Ərizəçi3 Qənbər oğlunun ata adının “Qəmbər” olması faktı müəyyən edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar