Məhkəmə qərarları › İş №2(059)-107/2022

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-107/2022

21.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-107/2022 21.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sayğacların və cərəyan transformatorlarının yoxlanması protokolunun ləğv edilməsi, bu protokola əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sayğacların və cərəyan transformatorlarının yoxlanması protokolunun ləğv edilməsi, bu protokola əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsi tərəfindən 24 avqust 2021-ci il tarixdə tərtib edilmiş 226888 nömrəli protokolun ləğv edilməsi və bu protokola əsasən hesablanmış 1215,92 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı kimi göstərilsə də, iddia ərizəsi sonuncu tərəfindən imzalanmamış, qeyd olunan bu hal iddiaçının özü tərəfindən etiraf edilmiş, habelə o, yazılı ərizəsi ilə sözügedən halı təsdiqləməklə, iddia ərizəsinin bibisi oğlu X1 tərəfindən imzalandığını göstərmişdir. Məhkəmə, iddiaçıya işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanın aradan qaldırılmasını təklif etmiş, lakin, sonuncu, məhkəmə tərəfindən edilmiş təklifin yerinə yetirilməsi ilə bağlı hər hansı bir hərəkət etməmiş, bununla bağlı hər hansı bir əməli tədbir görməyə cəhd göstərməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizənin baxılmamış saxlanılması barədə məsələ müzakirə edilərkən ərizənin baxılmamış saxlanılmasına etiraz etmədi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, qeyd olunan qurum nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla da, məhkəmə hesab edir ki, qeyd edilən təklif İddiaçı tərəfindən yerinə yetirilmədiyindən ərizənin obyektiv araşdırılmasının mümkünsüz olması əsasına, eyni zamanda ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə uyğun olaraq tərtib olunmadığına görə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Qeyd olunan Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.12, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sayğacların və cərəyan transformatorlarının yoxlanması protokolunun ləğv edilməsi, bu protokola əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar