Məhkəmə qərarları › İş №2(059)-116/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-116/2024

08.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-116/2024 08.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçilər X10, Ərizəçi2 və Baxşiyeva (Ələsgərli) Türkanə İxtiyar qızının iştirakları ilə ərizəçilər X10, Ərizəçi2 və Baxşiyeva (Ələsgərli) Türkanə İxtiyar qızının “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: ərizəçilər X16, Ərizəçi2 və Baxşiyeva (Ələsgərli) Türkanə İxtiyar qızı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 078A nömrəli, 30505028 kodlu şəhadətnamədə İ sırada qeyd edilən X13 adının “Əlbaba” olmaqla, “Ərizəçi2 Xası oğlu” kimi, İİ sırada qeyd edilən X7 adının “Gülənaz” olmaqla “X11” kimi, İİİ sırada qeyd edilən X8 ata adının “Əlbaba” olmaqla, “X16” kimi, V sırada qeyd edilən X3 adının “Əlbaba”, ata adının “İxtiyar” olmaqla, “Ərizəçi2” kimi, Vİ sırada qeyd edilən X1 “Ələsgərli”, adının “Türkanə”, ata adının “İxtiyar” olmaqla, “X14” kimi oxunması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-11 saylı qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi Ərizəçi2 Xası oğlunun, X5, X10, X6, Ərizəçi2 və X9 ümumi birgə mülkiyyətinə verilmişdir. Bu mülkiyyətçilərdən Ərizəçi2 Xası oğlu 31 dekabr 1997-ci il tarixdə, X15 isə 30 iyun 2022-ci il tarixdə vəfat etmişlər. Sözügedən torpaq payının vərəsələr arasında bölünməsi, habelə həmin torpaq payı üzərində mülkiyyət hüquqlarının tanınması, eləcə də dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə edilən müraciəti zamanı sözügedən şəhadətnamədə adları göstərilən mülkiyyətçilərin ad, soyad və ata adlarında yanlışlığın olması məlum olmuşdur. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciətlərinə müsbət cavab verilməyərək, onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizəyə əlavə izahat və dəqiqləşdirmələri olmayan ərizəçilər İxtiyar Ələsgərov, Ərizəçi2 və Ərizəçi3 (Ələsgərli) ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və bu İdarənin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilatlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonunun Yenikənd kənd XD sovetliyi tərəfindən 26 iyul 1963-cü il tarixdə verilmiş İ-ИЕ seriyalı, 185732 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 Xası oğlu ilə X17 həmin tarixdə, 12 nömrəli akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Ələsgərova” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayonunun Siyəzən şəhər Yenikənd kənd sovetliyi tərəfindən 09 fevral 1971-ci il tarixdə verilmiş АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi2 Xası oğlu olan X16 xx xxxxxx 1971ci il tarixdə keçmiş Dəvəçi rayonunun Tağay kəndində doğulmuşdur. İşdə olan Siyəzən RİH-nin Yenikənd İƏV üzrə nümayəndəliyi tərəfindən 02 sentyabr 1997-ci il tarixdə verilmiş XX-ЖГ seriyalı 415811 nömrəli, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 21 oktyabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 625409 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq atası X16, anası X12 olan Ərizəçi2 xx xxxx 1997-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Tağay kəndində, X14 isə xx xxxxx 1999-cu il tarixdə Siyəzən rayonunun Tağay kəndində doğulmuşlar. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 06 aprel 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 470286 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X14 həmin tarixdə, 18 nömrəli akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Baxşiyeva” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 01 noyabr 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 951029 nömrəli ölüm haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, Ərizəçi2 Xası oğlu 31 dekabr 1997-ci il tarixdə Siyəzən rayonunun Tağay kəndində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 yanvar 1998-ci il tarixdə 01 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 20 iyul 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 269007 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 30 iyun 2022-ci il tarixdə Siyəzən rayonunun Tağay kəndində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 19 iyul 2022-ci il tarixdə 120 nömrəli qeyd edilmişdir. Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən 09 yanvar 2001-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 078A nömrəli, 30505028 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-11 saylı qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi X13, X7, X8, X6, X3 və X4 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 01 dekabr 2023-cü il tarixli, 3-21-3-31/2-Ə- 01xx-xx/2023 nömrəli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 078A nömrəli şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 18 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi2 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə, eləcə də mərhum Ərizəçi2 və Gülənaz Ələsgərovaya məxsus olan bütün sənədlərdə onların ad, soyad və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 078A nömrəli, 30505028 kodlu şəhadətnamədə İ sırada qeyd edilməli olan mərhum Ərizəçi2 Xası oğlunun adı “Əlbaba” əvəzinə yanlışlıqla “Əlibaba” kimi, İİ sırada qeyd edilməli olan X5 adı “Gülənaz” əvəzinə yanlışlıqla “Gülnaz” kimi, İİİ sırada qeyd edilməli olan X10 ata adı “Əlbaba” əvəzinə yanlışlıqla “Əlibaba” kimi, V sırada qeyd edilməli olan Ərizəçi2 adı “Əlbaba” əvəzinə yanlışlıqla “Əlibaba” kimi, ata adı “İxtiyar” əvəzinə yanlışlıqla “Hacıbaba” kimi, Vİ sırada qeyd edilməli olan X2 “Ələsgərli” əvəzinə yanlışlıqla “Ələsgərova”, adı “Türkanə” əvəzinə yanlışlıqla “Türkan” kimi, ata adı “İxtiyar” əvəzinə yanlışlıqla “Hacıbaba” kimi qeyd edilmiş, nəticədə bu hallar ərizəçilərin mülkiyyətlə əlaqədar yarana biləcək hüquqlarına maneə yaratmışdır. Ərizəçilərin yaranmış bu halları, yəni ziddiyyətləri aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən 09 yanvar 2001-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 078A nömrəli, 30505028 kodlu şəhadətnamədə İ sırada qeyd edilən X13 adının “Əlbaba” olmaqla, “Ərizəçi2 Xası oğlu” kimi, İİ sırada qeyd edilən X7 adının “Gülənaz” olmaqla “X11” kimi, İİİ sırada qeyd edilən X8 ata adının “Əlbaba” olmaqla, “X16” kimi, V sırada qeyd edilən X3 adının “Əlbaba”, ata adının “İxtiyar” olmaqla, “Ərizəçi2” kimi, Vİ sırada qeyd edilən X1 “Ələsgərli”, adının “Türkanə”, ata adının “İxtiyar” olmaqla, “X14” kimi oxunması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi2 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən 09 yanvar 2001-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 078A nömrəli, 30505028 kodlu şəhadətnamədə İ sırada qeyd edilən X13 adının “Əlbaba” olmaqla, “Ərizəçi2 Xası oğlu” kimi, İİ sırada qeyd edilən X7 adının “Gülənaz” olmaqla “X11” kimi, İİİ sırada qeyd edilən X8 ata adının “Əlbaba” olmaqla, “X16” kimi, V sırada qeyd edilən X3 adının “Əlbaba”, ata adının “İxtiyar” olmaqla, “Ərizəçi2” kimi, Vİ sırada qeyd edilən X1 “Ələsgərli”, adının “Türkanə”, ata adının “İxtiyar” olmaqla, “X14” kimi oxunması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar