Məhkəmə qərarları › İş №2(059)-117/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-117/2024

10.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-117/2024 10.06.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi, eləcə də digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 iştirakı ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağa mülkiyyət hüququna dair dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi1 və Ərizəçi2 “torpağa mülkiyyət hüququna dair dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0055 nömrəli, 30505028 kodlu dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 009A nömrəli, 30505028 kodlu şəhadətnamədə İ sırada qeyd edilən X3 ata adının “Əlbaba” olmaqla, “X12” kimi, İİ sırada qeyd edilən Ərizəçi1 Elnur qızının ata adının “Ələmdar” olmaqla, “Ərizəçi1” kimi, İİİ sırada qeyd edilən X1 “Ələsgərov”, ata adının “Soltan oğlu” olmaqla, “Ərizəçi2” kimi oxunması oxunması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi, kənd təsərrüfatı məhsulları istehsalı üçün isə 8,70 ha torpaq sahəsi X5, Ərizəçi1, Ərizəçi2, X6 və X7 ümumi birgə mülkiyyətinə verilmişdir. Bu mülkiyyətçilərdən Soltan Ələsgərov 26 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Sözügedən torpaq paylarının vərəsələr arasında bölünməsi, habelə həmin torpaq payı üzərində mülkiyyət hüquqlarının tanınması, eləcə də dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə edilən müraciət zamanı həmin aktda və şəhadətnamədə adları göstərilən mülkiyyətçilərin soyad və ata adlarında yanlışlığın olması məlum olmuş, bununla da torpaq payları üzrə mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciətlərinə müsbət cavab verilməyərək, onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahat və dəqiqləşdirmələri olmayan ərizəçi, eləcə də digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və bu İdarənin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilatlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçi tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon VVAQ bürosu tərəfindən 27 yanvar 1963-cü il tarixdə verilmiş АЗ seriyalı, 371297 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X11, anası X8 olan X9 xx xxxxxx 1963-cü il tarixdə keçmiş Dəvəçi rayonu Tağay kəndində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayon Yenikənd kənd soveti tərəfindən 19 iyul 1988-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 455506 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X10 həmin tarixdə, 26 nömrəli akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Ələsgərova” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayon Yenikənd kənd sovetinin İcraiyyə Komitəsi tərəfindən 15 iyul 1991-ci il tarixdə verilmiş XV-ЖГ seriyalı, 391892 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X12, anası X4 olan Ərizəçi2 xx xxx 1991-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Tağay kəndində doğulmuşdur. İşdə olan Quba rayon qeydiyyat şöbəsi tərəfindən 08 yanvar 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 119454 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 26 dekabr 2020-ci il tarixdə Quba şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 dekabr 2020-ci il tarixdə 650 nömrəli qeyd edilmişdir. Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 24 sentyabr 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0055 nömrəli, 30505028 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-İİ nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 8,70 ha torpaq sahəsi X3, Ərizəçi1 Elnur qızının, X2, X6 və X7 mülkiyyətinə verilmişdir. Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 09 yanvar 2001-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 009A nömrəli, 30505028 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-11 nömrəli qərarı ilə 0,12 ha torpaq sahəsi X3, Ərizəçi1 Elnur qızının, X2, X6 və X7 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21 aprel 2022-ci il tarixli, **********84 nömrəli məktubundan görünür ki, sözügedən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 20 may 2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi2 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə, eləcə də mərhum Soltan Ələsgərova məxsus olan bütün sənədlərdə onların soyad və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0055 nömrəli, 30505028 kodlu dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 009A nömrəli, 30505028 kodlu şəhadətnamədə İ sırada qeyd edilməli olan mərhum X5 ata adı “Əlbaba” əvəzinə yanlışlıqla “Əlibaba” kimi, İİ sırada qeyd edilməli olan Ərizəçi1 ata adı “Ələmdar” əvəzinə yanlışlıqla “Elnur” kimi, İİİ sırada qeyd edilməli olan Ərizəçi2 soyadı “Ələsgərov” əvəzinə yanlışlıqla “Ələsgərova”, ata adı isə “Soltan oğlu” əvəzinə yanlışlıqla “Soltan qızı” kimi qeyd edilmiş, nəticədə bu hallar ərizəçilərin mülkiyyətlə əlaqədar yarana biləcək hüquqlarına maneə yaratmışdır. Ərizəçilərin yaranmış bu halları, yəni ziddiyyətləri aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən 24 sentyabr 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0055 nömrəli, 30505028 kodlu dövlət aktında və 09 yanvar 2001-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 009A nömrəli, 30505028 kodlu şəhadətnamədə ümumi birgə mülkiyyətçi olaraq, İ sırada qeyd edilən X3 ata adının “Əlbaba” olmaqla, “X12” kimi, İİ sırada qeyd edilən Ərizəçi1 Elnur qızının ata adının “Ələmdar” olmaqla, “Ərizəçi1” kimi, İİİ sırada qeyd edilən X1 “Ələsgərov”, ata adının “Soltan oğlu” olmaqla, “Ərizəçi2” kimi oxunması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi2 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən 24 sentyabr 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0055 nömrəli, 30505028 kodlu dövlət aktında və 09 yanvar 2001-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 009A nömrəli, 30505028 kodlu şəhadətnamədə ümumi birgə mülkiyyətçi olaraq, İ sırada qeyd edilən X3 ata adının “Əlbaba” olmaqla, “X12” kimi, İİ sırada qeyd edilən Ərizəçi1 Elnur qızının ata adının “Ələmdar” olmaqla, “Ərizəçi1” kimi, İİİ sırada qeyd edilən X1 “Ələsgərov”, ata adının “Soltan oğlu” olmaqla, “Ərizəçi2” kimi oxunması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar