Məhkəmə qərarları › İş №2(059)-118/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-118/2024

22.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-118/2024 22.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ramazanova (Quliyeva) Bahar Şahin qızının, ərizəçi, eləcə də, digər Ərizəçi4 (Quliyevanın) nümayəndəsi Ərizəçi1 iştirakları ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ramazanova (Quliyeva) Bahar Şahin qızının və Həmzəyeva (Quliyeva) Mənzər Şahin qızının “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi1 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı, 963F nömrəli, 30501004 kodlu şəhadətnamədə X34 əvəzinə X35, X25 əvəzinə Ərizəçi1, X12 əvəzinə Ərizəçi2, X15 əvəzinə Ərizəçi3, X16 əvəzinə X30, X18 əvəzinə X32, adı, soyadı, ata adı ilə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, Ərizəçi1, eləcə də digər ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ramazanova (Quliyeva) Bahar Şahin qızı və Həmzəyeva (Quliyeva) Mənzər Şahin qızı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər ərizə ilə məhkəməyə müraciət edərək, onların ərizəçilər siyahısına əlavə edilməsini xahiş etmişlər. Daha sonra, ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 (Quliyeva), ərizəçi, eləcə də, digər Ərizəçi4 (Quliyevanın) nümayəndəsi Ərizəçi1 ərizənin dəqiqləşdirilməsi barədə digər ərizə ilə məhkəməyə müraciət edərək, sözügedən şəhadətnamədə İ sırada qeyd edilən X5 “Quliyeva”, İİ sırada qeyd edilən X4 “Quliyev”, adının “Şahin”, İİİ sırada qeyd edilən X1 “Quliyeva”, İV sırada qeyd edilən X2 “Quliyev”, ata adının “Şahin”, V sırada qeyd edilən X3 “Quliyeva”, adının “Mənzər”, ata adının “Şahin”, Vİ sırada qeyd edilən X13 isə soyadının “Quliyeva”, ata adının “Şahin” olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə ərizəçilər tərəfindən onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı, 963F nömrəli, 30501004 kodlu şəhadətnamədə ərizəçilərin adı, soyadı, ata adı X35 əvəzinə X35, X25 əvəzinə Ərizəçi1, X12 əvəzinə Ərizəçi2, X15 əvəzinə Ərizəçi3, X16 əvəzinə X30, X18 əvəzinə X17 qeyd edilməli olduğu halda, yanlış qeyd edilmişdir. Bu yanlışlıqlara görə sözügedən torpaq sahəsinə dair çıxarış sənədini və texniki pasport ala bilmir. Həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair çıxarış alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 (Quliyeva), həmçinin ərizəçi, eləcə də, digər Ərizəçi4 (Quliyevanın) nümayəndəsi Ərizəçi1 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 11 aprel 1960-cı il tarixdə verilmiş İ-ИE seriyalı, 872197 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi3 İsa oğlu, anası X35 olan Ərizəçi1 xx xxxx 1960-cı il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Xaçmaz rayonu VVAQ şöbəsi tərəfindən 24 mart 1984-cü il tarixdə verilmiş X-ЖГ seriyalı, 272180 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxx 1967-ci il tarixdə Xaçmaz rayonunun İnqilab Sovxozunda doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 30 iyun 1989-cu il tarixdə verilmiş İV-ЖГ seriyalı, 489247 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X14 30 iyun 1989-cu il tarixdə 92 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Quliyeva” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 29 aprel 1990-cı il tarixdə verilmiş XV-ЖГ seriyalı, 255450 nömrəli, Siyəzən şəhəri İcra Hakimiyyəti aidiyyəti qurumu tərəfindən 11 sentyabr 1992-ci il tarixdə verilmiş XVİİ-ЖГ seriyalı, 256339 nömrəli, Siyəzən rayon VVAQ şöbəsi tərəfindən 29 mart 1995-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq atası Ərizəçi1, anası Ərizəçi2 olan Ərizəçi3 09 aprel1990-cı il tarixdə, X30 29 avqust 1992-ci il tarixdə, X32 isə xx xxxx 1995-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Xaçmaz rayon İHB-nin Susayqışlaq İƏV üzrə nümayəndəliyi tərəfindən 07 avqust 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 773444 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X30 07 avqust 2012-ci il tarixdə 20 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Həmzəyeva” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 15 may 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 928999 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X33 ilə X32 15 may 2014-cü il tarixdə 53 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Ramazanova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 17 may 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 791090 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 05 may 2016-cı il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 may 2016-cı il tarixdə 60 nömrəli qeyd edilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 963F nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-ci il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,05 ha həyətyanı torpaq sahəsi X26, X19, X7, X9, X11 və X13 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 12 dekabr 2023-cü il tarixli, 3-H-3-31/2- 4345/2023 nömrəli məktubun surətindən görünür ki, ərizəçi tərəfə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 963F nömrəli şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 25 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə və mərhuma məxsus olan bütün sənədlərdə onların ad, soyad və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 963F nömrəli, 30501004 kodlu şəhadətnamədə İ sırada qeyd edilməli olan mərhum X10 “Quliyeva” əvəzinə yanlışlıqla “Quluyeva” kimi, İİ sırada qeyd edilməli olan Ərizəçi1 soyadı “Quliyev” əvəzinə yanlışlıqla “Quluyev”, adı “Şahin” əvəzinə yanlışlıqla “Şahıv” kimi, İİİ sırada qeyd edilməli olan Ərizəçi2 soyadı “Quliyeva” əvəzinə yanlışlıqla “Quluyeva” kimi, İV sırada qeyd edilməli olan Ərizəçi3 soyadı “Quliyev” əvəzinə yanlışlıqla “Quluyev”, ata adı “Şahin” əvəzinə yanlışlıqla “Seyidəhməd” kimi, V sırada qeyd edilməli olan X6 “Quliyeva” əvəzinə yanlışlıqla “Quluyeva”, adı “Mənzər” əvəzinə yanlışlıqla “Bənzər”, ata adı “Şahin” əvəzinə yanlışlıqla “Seyidəhməd” kimi, Vİ sırada qeyd edilməli olan X8 “Quliyeva” əvəzinə yanlışlıqla “Quluyeva”, ata adı “Şahin” əvəzinə yanlışlıqla “Seyidəhməd” kimi, qeyd edilmiş, nəticədə bu hallar ərizəçilərin mülkiyyətlə əlaqədar yarana biləcək hüquqlarına maneə yaratmışdır. Həmin ərizəçilərin yaranmış bu halları, yəni ziddiyyətləri aradan qaldırmaları başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 963F nömrəli, 30501004 kodlu şəhadətnamədə İ sırada qeyd edilən X5 “Quliyeva”, İİ sırada qeyd edilən X4 “Quliyev”, adının “Şahin”, İİİ sırada qeyd edilən X1 “Quliyeva”, İV sırada qeyd edilən X2 “Quliyev”, ata adının “Şahin”, V sırada qeyd edilən X3 “Quliyeva”, adının “Mənzər”, ata adının “Şahin”, Vİ sırada qeyd edilən X13 isə soyadının “Quliyeva”, ata adının “Şahin” olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 963F nömrəli, 30501004 kodlu şəhadətnamədə İ sırada qeyd edilən X5 “Quliyeva”, İİ sırada qeyd edilən X4 “Quliyev”, adının “Şahin”, İİİ sırada qeyd edilən X1 “Quliyeva”, İV sırada qeyd edilən X2 “Quliyev”, ata adının “Şahin”, V sırada qeyd edilən X3 “Quliyeva”, adının “Mənzər”, ata adının “Şahin”, Vİ sırada qeyd edilən X13 isə soyadının “Quliyeva”, ata adının “Şahin” olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar