Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-135/2024 11.03.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Məmmədova (Quliyeva) Nübar Namiq qızının iştirakları ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Məmmədova (Quliyeva) Nübar Namiq qızının “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Məmmədova (Quliyeva) Nübar Namiq qızı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1191A nömrəli, 30501004 kodlu şəhadətnamədə İİ sırada qeyd edilən X3 “Quliyeva”, adının “Leysan”, ata adının “Səyad” olmaqla “Ərizəçi1” kimi, İİİ sırada qeyd edilən X17 ata adının “Namiq” olmaqla, “X24” kimi, İV sırada qeyd edilən X8 ata adının “Namiq” olmaqla, “X18” kimi, V sırada qeyd edilən X12 ata adının “Namiq” olmaqla, “X22” kimi oxunması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, ərizəçilər ərizənin dəqiqləşdirilməsi barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, ərizələrini digər hissələrdə müdafiə etməklə, İ sırada qeyd edilən X1 “Quliyev” olmaqla, “X19” kimi, İİİ sırada qeyd edilən X5 “Quliyev olmaqla, “Ərizəçi3” kimi, İV sırada qeyd edilən X2 “Quliyev olmaqla, “Ərizəçi2” kimi, V sırada qeyd edilən X4 “Quliyeva olmaqla, “X23” kimi oxunması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,05 ha həyətyanı torpaq sahəsi X10, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X13 ümumi birgə mülkiyyətinə verilmişdir. Bu mülkiyyətçilərdən Namiq Quliyev 25 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Sözügedən torpaq payının vərəsələr arasında bölünməsi, habelə həmin torpaq payı üzərində mülkiyyət hüquqlarının tanınması, eləcə də dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə edilən müraciəti zamanı sözügedən şəhadətnamədə adları göstərilən mülkiyyətçilərin ad, soyad və ata adlarında yanlışlığın olması məlum olmuşdur. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciətlərinə müsbət cavab verilməyərək, onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizəyə əlavə izahat və dəqiqləşdirmələri olmayan ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Məmmədova (Quliyeva) Nübar Namiq qızı ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və bu İdarənin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilatlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 08 dekabr 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, atası X20, anası X14 olan X21 xx xxxxxxx 1966-cı il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən 14 may 1987-ci il tarixdə verilmiş İV- ЖГ seriyalı, 327795 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X15 həmin tarixdə, 50 nömrəli akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Quliyeva” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən 04 may 1988-ci il tarixdə verilmiş Xİİİ- ЖГ seriyalı, 312693 nömrəli, 29 yanvar 1990-cı il tarixdə verilmiş Xİİİ- ЖГ seriyalı, 432863 nömrəli, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 19 dekabr 2023cü il tarixdə verilmiş AZ-İV seriyalı, 662019 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq atası X19, anası Quliyeva (İbrahimova) Leysan Səyad qızı olan Ərizəçi2 xx xxxxx 1988-ci il tarixdə, Ərizəçi3 xx xxxxxx 1990-cı il tarixdə, X23 isə xx xxxxxxxx 1992-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Siyəzən rayon İHB-nin Yenikənd İƏV üzrə nümayəndəliyi tərəfindən 05 sentyabr 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 620215 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X23 həmin tarixdə, 26 nömrəli akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Məmmədova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 30 noyabr 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 119373 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 25 noyabr 2020-ci il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 noyabr 2022-ci il tarixdə 218 nömrəli qeyd edilmişdir. Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1191A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,05 ha həyətyanı torpaq sahəsi X9, X11, X17, X8, və X12 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 23 noyabr 2023-cü il tarixli, 3-21-3-31/2-Q- 00xx-xx/2023 nömrəli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1191A nömrəli şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 12 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə və mərhum Namiq Quliyevə məxsus olan bütün sənədlərdə onların ad, soyad və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1191A nömrəli, 30501004 kodlu şəhadətnamədə İ sırada qeyd edilməli olan mərhum X6 “Quliyev” əvəzinə yanlışlıqla “Quluyev” kimi, İİ sırada qeyd edilməli olan Ərizəçi1 soyadı “Quliyeva” əvəzinə yanlışlıqla “Quluyev”, adı “Leysan” əvəzinə yanlışlıqla “Leyla”, ata adı “Səyad” əvəzinə yanlışlıqla “Səyyad” kimi, İİİ sırada qeyd edilməli olan Ərizəçi3 soyadı “Quliyev” əvəzinə yanlışlıqla “Quluyev”, ata adı “Namiq” əvəzinə yanlışlıqla “Nahid” kimi, İV sırada qeyd edilməli olan Ərizəçi2 soyadı “Quliyev” əvəzinə yanlışlıqla “Quluyev”, ata adı “Namiq” əvəzinə yanlışlıqla “Nahid” kimi, V sırada qeyd edilməli olan X7 “Quliyeva” əvəzinə yanlışlıqla “Quluyeva”, ata adı “Namiq” əvəzinə yanlışlıqla “Nahid” kimi qeyd edilmiş, nəticədə bu hallar ərizəçilərin mülkiyyətlə əlaqədar yarana biləcək hüquqlarına maneə yaratmışdır. Ərizəçilərin yaranmış bu halları, yəni ziddiyyətləri aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006 il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1191A nömrəli, 30501004 kodlu şəhadətnamədə İ sırada qeyd edilən X1 “Quliyev” olmaqla, “X19” kimi, İİ sırada qeyd edilən X3 “Quliyeva”, adının “Leysan”, ata adının “Səyad” olmaqla “Ərizəçi1” kimi, İİİ sırada qeyd edilən X5 “Quliyev”, ata adının “Namiq” olmaqla, “Ərizəçi3” kimi, İV sırada qeyd edilən X2 “Quliyev”, ata adının “Namiq” olmaqla, “Ərizəçi2” kimi, V sırada qeyd edilən X4 “Quliyeva”, ata adının “Namiq” olmaqla, “X23” kimi oxunması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006 il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1191A nömrəli, 30501004 kodlu şəhadətnamədə İ sırada qeyd edilən X1 “Quliyev” olmaqla, “X19” kimi, İİ sırada qeyd edilən X3 “Quliyeva”, adının “Leysan”, ata adının “Səyad” olmaqla “Ərizəçi1” kimi, İİİ sırada qeyd edilən X5 “Quliyev”, ata adının “Namiq” olmaqla, “Ərizəçi3” kimi, İV sırada qeyd edilən X2 “Quliyev”, ata adının “Namiq” olmaqla, “Ərizəçi2” kimi, V sırada qeyd edilən X4 “Quliyeva”, ata adının “Namiq” olmaqla, “X23” kimi oxunması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-135/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-135/2024
11.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver