Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-14/2025 31.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməklə ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi, məcburi ödədiyi pulun ona qaytarılması, eləcə də cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməklə ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi, məcburi ödədiyi pulun ona qaytarılması, eləcə də cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-nin X1 Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 08 iyul 2020-ci il tarixli, NDQ seriyalı, 007601 nömrəli aktın etibarsız hesab edilməklə, ləğv edilməsi və bu akta əsasən hesablanmış 1123,61 manat zərər məbləğindən, məcburi ödədiyi 559,94 manatının alınaraq ona qaytarılması, qalıq 563,67 manatın isə abonent hesabından silinməsi, eləcə də cavabdehin istehlakçıya elektrik enerjisinin verilişinin dayandırılması kimi qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxış iclası əvvəl 14 iyul 2025-ci il tarixə, saat 10:00-a, sonuncu dəfə isə 31 iyul 2025-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Lakin, tərəflərə və üçüncü şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclaslarına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə (nümayəndələrinin iştirakını təmin etməmə) səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların (nümayəndələrinin) iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Bu Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, tərəflər və üçüncü şəxslər (nümayəndələri) göstərilən tarixlərdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd olunan Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə qeyd edir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən iddiaçı hazırkı iddia tələbi üzrə dövlət rüsumu ödəmədiyinə görə ona bu rüsumun qaytarılması da istisna olunur. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmçinin, məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 126 (bir yüz iyirmi altı) manat İddiaçı tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməklə ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi, məcburi ödədiyi pulun ona qaytarılması, eləcə də cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. İş üzrə aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 126 (bir yüz iyirmi altı) manat İddiaçı tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-14/2025
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-14/2025
31.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver