Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-150/2023 05.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: Ərizəçi X3 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixdə verilmiş JN seriyalı, 1052A nömrəli, 30501004 kodlu şəhadətnamədə X1 əvəzinə X4 adı, soyadı, ata adı ilə düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, məhkəmə ərizəçi X2 ərizəsinə əsasən sonuncunu əsl Ərizəçi ilə əvəz etmişdir. Azərbaycan Respublikasının MPM-in 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Bu Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Ərizəçi Bakı şəhərinin Xətai rayonundakı Nəcəfqulu Rəfiyev küçəsində 29-da yerləşən 79, 81 saylı evin 32-ci mənzilində qeydiyyata alınmış və ona 12 avqust 2020-ci il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. Göründüyü kimi Siyəzən Rayon Məhkəməsi hazırkı mülki işi 02 fevral 2023-cü il tarixdə icraata qəbul edərkən aidiyyət qaydaları gözlənilsə də, ərizəçinin əsl ərizəçi ilə əvəz edilməsiylə əlaqədar hazırkı işə bu məhkəmədə baxılması üçün əsaslar yaranmamışdır. Mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi məsələsi müzakirə edilərkən məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Bəsdi Musdafayeva işin ərazi aidiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, ona görə də məhkəmə iclasın maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 167.2-ci maddəsinə görə məhkəmədə baxılmağa hazırlamaq üzrə hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. Bu Məcəllənin 37-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Yenə bu Məcəllənin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Sözügedən Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Qeyd olunan Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. İş materiallarından da göründüyü kimi hazırkı ərizə torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair işlər kateqoriyasına aid olmamaqla, şəxsin sənəddə göstərilən ata adının onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən ata adı ilə düz gəlmədiyinə görə hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə əlaqədardır. Buna görə də, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün ərizəçinin qeydiyyatda olduğu yerin məhkəməsinə, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44, 45, 167, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-150/2023
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-150/2023
05.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver