Məhkəmə qərarları › İş №2(059)-152/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-152/2023

10.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-152/2023 10.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi, eləcə də, digər ərizəçilərin nümayəndəsi Ərizəçi1 iştirakı ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “torpağa mülkiyyət hüququna dair dövlət aktının digər mülkiyyətçilərlə birlikdə onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “torpağa mülkiyyət hüququna dair dövlət aktının digər mülkiyyətçilərlə birlikdə onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-nin Siyəzən rayon şöbəsi tərəfindən 04 may 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0030 nömrəli, 30506038 kodlu dövlət aktının həmin aktda göstərilən digər mülkiyyətçilərlə yanaşı, ərizəçilərə və X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ölkədə keçirilmiş torpaq islahatları ilə əlaqədar Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 35-11 nömrəli qərarı ilə Siyəzən rayonu Qozağacı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 6,15 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Bu torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqları ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-nin Siyəzən rayon şöbəsi tərəfindən 04 may 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0030 nömrəli, 30506038 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Qeyd olunan dövlət aktında yanlışlıqla, 1-ci sırada Ərizəçi1 adı “Nizaməddin” əvəzinə Nizami kimi, 2-ci sırada Ərizəçi2 adı “Mərziyə” əvəzinə “Mərziyyə”, soyadı Zeynalova əvəzinə Qasımova kimi, 3-cü sırada Ərizəçi3 adı “Fariz” əvəzinə “Fərid” kimi, ata adı “Nizaməddin” əvəzinə “Nizami” kimi, 4-cü sırada X1 ata adı “Nizaməddin” əvəzinə “Nizami” kimi, 5-ci sırada Ərizəçi4 adı “Nizaməddin” əvəzinə “Nizam” kimi qeyd edilmişdir. Bu aktda olan yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Şəhadətnaməni verən DT və XK Siyəzən rayon şöbəsinin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatları və dəqiqləşdirmələri olmayan ərizəçi, eləcə də digər ərizəçilər Ərizəçi4, Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi Ərizəçi1 sözügedən dövlət aktında olan yanlışlığın aradaq qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə, ərizəni nəzərə almaqla, ərizəçi, eləcə də, digər ərizəçilərin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Abşeron rayon Sovxoz kənd soveti tərəfindən 17 avqust 1963-cü il tarixdə verilmiş АЗ seriyalı, 463815 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X4, anası X10 olan Ərizəçi1 29 iyun 1963-cü il tarixdə Abşeron rayonu, Konstitusiya sovxozunda doğulmuşdur. İşdə olan Xaçmaz rayonu Gülablı kənd soveti tərəfindən 25 noyabr 1968-ci il tarixdə verilmiş АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, müvafiq olaraq atası X13, anası X6 olan X9 xx xxxxxxx 1968-ci il tarixdə Xaçmaz rayonu, Gülablı kəndində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonu Yenikənd kənd soveti tərəfindən 12 fevral 1990-cı il tarixdə verilmiş Xİİİ-ЖГ seriyalı, 487099 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi1, anası Ərizəçi2 olan Ərizəçi3 xx xxxxxx 1990-cı ildə keçmiş Dəvəçi rayonu, Qozağacı kəndində doğulmuşdur. İşdə olan Siyəzən rayonu Məşrif İƏ birliyi tərəfindən verilmiş 09 dekabr 1993-cü il tarixdə verilmiş XVİİ-ЖГ seriyalı, 359199 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi1, anası Ərizəçi2 olan Ərizəçi4 xx xxxxxx 1993-cü il tarixdə Siyəzən rayonu, Qozağacı kəndində doğulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 27 avqust 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 295401 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 27 dekabr 2021-ci il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 yanvar 2022-ci il tarixdə 17 nömrəli qeyd edilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 04 may 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0030 nömrəli, 30506038 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 35-11 nömrəli qərarına əsasən, Siyəzən rayonu ərazisindən 6,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5, X3, X11, X8 və Ərizəçi4 Nizami oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 10 yanvar 2023-cü il tarixli, 3-21-3-31/2-55/2023 nömrəli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0030 nömrəli, 30506038 kodlu dövlət aktının şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 24 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə məxsus olan bütün sənədlərdə onların ad və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0030 nömrəli, 30506038 kodlu dövlət aktında 1-ci sırada qeyd edilməli olan ərizəçinin adı “Nizaməddin ” əvəzinə yanlışlıqla “Nizami” kimi, 2-ci sırada qeyd edilməli olan ərizəçinin adı “Mərziyə” əvəzinə yanlışlıqla “Mərziyyə”, soyadı “Zeynalova” əvəzinə, “Qasımova” kimi, 3-cü sırada qeyd edilməli olan ərizəçinin adı “Fariz” əvəzinə yanlışlıqla “Fərid”, ata adı “Nizaməddin” əvəzinə “Nizami” kimi, 4-cü sırada mərhum X1 ata adı “Nizami” kimi, 5-ci sırada qeyd edilməli olan Ərizəçi4 ata adı “Nizaməddin” əvəzinə, “Nizami” kimi qeyd edilmiş, nəticədə, bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyətləri aradan qaldırmaları başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 04 may 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0030 nömrəli, 30506038 kodlu dövlət aktının ərizəçilərə və mərhum X2 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 04 may 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0030 nömrəli, 30506038 kodlu dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və mərhum X2 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar