Məhkəmə qərarları › İş №2(059)-156/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-156/2022

11.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-156/2022 11.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilərək ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilərək ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Xaçmaz RQİİ-i tərəfindən barəsində tərtib edilmiş 22 fevral 2021-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməklə, həmin aktın ləğv edilməsi, bu akta əsasən hesablanaraq abunə koduna köçürülmüş 1094 manat ziyanın və borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə, izahatında göstərdi ki, Xaçmaz RQİİ-nin Siyəzən Xidmət Sahəsinin nümayəndələri tərəfindən Siyəzən şəhərinin A. Qaradağlı küçəsindəki 27 saylı fərdi yaşayış evində istifadə etmək üçün həyətindən kənarda Zenner G4T tipli, **********6 nömrəli qaz sayğacı quraşdırılmış, habelə 19 fevral 2021-ci il tarixdə həmin idarənin əməkdaşları sözügedən sayğaca gecə saatlarında ona məlumat vermədən baxış keçirmiş, nəticədə guya onun tərəfindən təbii X3nın pozulması haqqında 22 fevral 2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktda qaz sayğacının girişin və çıxışın tərs bağlandığı qeyd olunmuşdur. Bundan sonra, X2 X5 İstismar idarəsinin rəisinin təsdiq etdiyi 30 may 2021-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş X3nın 6.5-ci bəndinin tələblərinə əsasən itirilmiş qazın həcmi cəmi 7704 m3 hesablanmışdır. Bütün bunlardan isə o, bu yaxınlarda yəni Cavabdeh İB-i onu məhkəməyə verərək, ondan həmin itirilmiş qazın dəyərini 1094 manat məbləğində dəymiş ziyanı tələb edəndən sonra xəbər tutmuşdur. Qaz sayğacına nəzarət, onun təhlükəsizliyi, o cümlədən kənar müdaxilələrə yol verilməməsi onun vəzifəsi deyildir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcı özü daşıyır. Onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanmasına görə hər hansı vəzifə qoyula bilməz. Belə olan halda onun tərəfindən cavabdehə hər hansı bir ziyan vurulmadığı məlum olur. Hesab edir ki, cavabdeh Birliyin Siyəzən Xidmət Sahəsinin əməkdaşlarının qanunsuz əməlləri barəsində dəfələrlə sosial şəbəkələr vasitəsilə etdiyi şikayətlərə görə barəsində sözügedən akt tərtib edilmişdir. Həmçinin, gecə vaxtı keçirilmiş baxış barədə sonradan ona heç bir məlumat verilməmiş, bundan yalnız iddiaçı Birlik tərəfindən məhkəməyə müraciət edilməsi ilə əlaqədar məlumatlı olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı yaşadığı Siyəzən şəhərinin A. Qaradağlı küçəsindəki 27 saylı fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən qaz sayğacı quraşdırılmış, habelə sonuncuya **********00290 nömrəli abonent kodu verilmişdir. Lakin, iddiaçı “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacın giriş və çıxışın tərs bağlamaqla, qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Cavabdeh İB X5 İstismar İdarəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də iddiaçının fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə qanunsuz qoşulmaqla, iddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən foto-video çəkilişlər aparılmışdır. Qeyd olunan faktla bağlı İddiaçı barəsində Xaçmaz RQİİ-nin işçiləri tərəfindən “Təbii X3nın pozulması haqqında” akt tərtib edilmiş və ona 770,40 manat məbləğində dəymiş ziyan hesablanmış, həmçinin, iddiaçının əvvəlki illərdən 324,40 manat debitor borcu olmaqla, borcu cəmi 1094,80 manat məbləğində hesablanmış, habelə bu borcun tutulması ilə bağlı məhkəmədə iddiaçıya qarşı iddia qaldırılmışdır. İddiaçının fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına 19 fevral 2021-ci il tarixdə, gecə saat 03-04:00 radələrində baxış keçirilməsinin səbəbi sonuncunun qanunsuz xətti yalnız gecə vaxtı qoşması olmuş, abonenti narahat etməmək üçün həmin vaxt bu barədə ona məlumat verilməmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı və cavabdehin nümayəndəsi arasında bağlanmış 26 aprel 2017-ci il tarixli, 6114-2017 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı İddiaçı arasında sonuncuya aid Siyəzən şəhəri, A.Qaradağlı küçəsində yerləşən fərdi yaşayış sahəsində təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz və satış xidmətinin rəisi Sədaqət Cümşüdova, mühəndisi Elşən Eyvazov, Samir Manafov və ustası Hilal Həsənov tərəfindən İddiaçı yaşadığı Siyəzən şəhəri, A. Qaradağlı küçəsindəki fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 22 fevral 2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli təbii X3nın pozulması haqqında aktdan görünür ki, 19 fevral 2021-ci il tarixdə gecə reydi zamanı sözügedən evə aid sayğacın girişinin və çıxışının tərs bağlanması aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh İB Xaçmaz X4 İdarəsinin 30 mart 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 22 fevral 2021-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün PQ-2-nin maksimal saatlıq qaz sərfi 0,6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün iran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün. Axımlı su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə 90 gün qəbul edilməklə, itirilmiş qaz sərfi cəmi 7704m3 hesablanmışdır. İşdə olan Cavabdeh tərəfindən 25 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş abonent saldosunun surətindən görünür ki, İddiaçı təbii qazdan qeyri-qanuni istifadəsinə görə hesablanmış zərər 770,40 manat müəyyən edilmiş və bu məbləğ abunə koduna köçürülmüşdür. Məhkəmə iclasında müəyyən edildi ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşları tərəfindən **********00290 abunə kodu olan İddiaçı məxsus Siyəzən şəhərinin A.Qaradağlı küçəsindəki 27 nömrəli evə məxsus həyətindən kənarda quraşdırılmış qaz sayğacına 19 fevral 2021-ci il tarixdə gecə reydi zamanı keçirilmiş baxış zamanı sayğacın girişinin və çıxışının tərs bağlanması aşkar edilmiş, 22 fevral 2021-ci il tarixdə təbii X3nın pozulması barədə akt tərtib edilsə də, iddiaçı həmin aktı imzalamamışdır. Beləliklə, istehlakçı tərəfindən "X3"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 770,40 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun 21-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş X3nın 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Bu Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Sözügedən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qeyd olunan Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bu Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Siyəzən şəhərinin A. Qaradağlı küçəsindəki 27 nömrəli fərdi yaşayış evi üzrə quraşdırılmış qaz sayğacının girişinin və çıxışının tərs qoşulması faktı aşkar olunsa da, həmin yaşayış sahəsinin daxilindən kənarda quraşdırılmış qaz sayğacında yaranmış nöqsana səbəb olan təsirin nədən ibarət olması, habelə baş vermiş halların kimin təqsirindən yaranması barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan qaz paylayıcısı tərəfindən 22 fevral 2021-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda sayğacda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib, onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, sayğacda yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlılığı sübut olunmalıdır. Qeyd olunan hallar isə nəticə etibarilə iddiaçının təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, qaz istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Bundan əlavə, təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər 770,40 manat hesablansa da, iddiaçı 22 fevral 2021-ci il tarixli akta əsasən hesablanaraq, abunə koduna köçürülmüş 1094 manat ziyanın və borcun hesabından silinməsi xahiş etmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, mübahisəli məbləğin 770,40 manatlıq zərər məbləğindən ayrıca qalan hissəsi, yəni 324,40 manatı iddiaçıya aid evdə istifadə edilmiş təbii qaza görə yaranmış borcdur, bu borc mövcuddur və realdır, o cümlədən sayğacın göstəriciləri əsasında hesablanmışdır. Bu səbəbdən də, zərər məbləğindən əlavə, mübahisələndirilmiş sonuncu məbləğin silinməsi istisna edilir və tələbin bu hissədə təmin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh Xaçmaz X4 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 22 fevral 2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 770,40 manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 36.9, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Xaçmaz X4 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 22 fevral 2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 770,40 (yeddi yüz yetmiş manat 40 qəpik) manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar