Məhkəmə qərarları › İş №2(059)-171/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-171/2022

25.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-171/2022 25.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçinin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 03 may 2006-cı il tarixli, JN seriyalı, 778A nömrəli, 30501004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpağın mülkiyyətçisi kimi İ sırada qeyd edilən X1 “Qasımova” olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X3 ərizəni müdafiə edərək izahatında bildirdi ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhər ərazisindən 0,11 ha torpaq sahəsi arvadı İlkanə Qasımovanın (Mirzəyevanın) mülkiyyətinə verilmiş və müvafiq olaraq torpağa mülkiyyət hüququna dair JN seriyalı, 778A nömrəli 30501004 kodlu şəhadətnamə tərtib edilsə də, şəhadətnamədə arvadının qızlıq soyadı yanlış olaraq “Qiyasova” kimi qeyd edilmiş, bununla da, torpağın mülkiyyətə verilməsinə dair müvafiq şəhadətnamədə yanlışlığa yol verilmişdir. Bildirir ki, arvadına məxsus doğum haqqında şəhadətnaməyə əsasən sonuncunun qızlıq soyadı Qasımova olsa da, 1994-cü ildə evləndikdən sonra soyadı dəyişərək Mirzəyeva soyadına keçmişdir. Beləliklə, arvadı Ərizəçi qeyd olunan mexaniki yanlışlığa görə mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçirə bilmir və bununla da mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də, onun müraciətinə müsbət cavab verilməmişdir. Bununla da, hazırda arvadına çatan torpaq payı üzərində mülkiyyət hüquqlarının təsdiqi üçün soyadında olan yanlışlığın düzəldilməsi və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadının “Qasımova” olması faktının müəyyən edilməsi üçün qətnamə çıxarılmasını xahiş edir, eyni zamanda ödənilmiş dövlət rüsumunun özlərinə aid edilməsini rica edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən 23 dekabr 1977-ci il tarixdə verilmiş V-ЖГ seriyalı, 338803 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxxx 1976-cı il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İşdə olan Siyəzən VVAQ şöbəsi tərəfindən 30 avqust 1994-cü il tarixdə verilmiş Vİ- ЖГ seriyalı, 374116 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X5 nikahı 30 avqust 1994-cü il tarixdə, 89 mömrəli akt qeydi ilə qeydə alınmış, bundan sonra ər öz soyadında qalmış, arvada isə “Mirzəyeva” soyadı verilmişdir. İşdə olan 03 may 2006-cı il tarixli, JN seriyalı 778A nömrəli 30501004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-ci il tarixli, 93 nömrəli sərəncamı ilə Siyəzən şəhər ərazisindən 0,11 ha torpaq sahəsi Siyəzən şəhər sakini X4 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 08 dekabr 2021-ci il tarixli, **********84 nömrəli məktubunun surətindən görünür ki, 03 may 2006-cı il tarixli, JN seriyalı, 778A nömrəli, 30501004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yaranmış yanlışlığın aradan qaldırılması, yəni şəhadətnamənin Mirzəyeva (Qasımova) İlkanə Əli qızına məxsus olması faktının müəyyən edilməsi üçün ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 19 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norm3alarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçiyə aid olan bütün sənədlərdə soyad, ad və ata adı düzgün qeyd edilmişdir. Lakin, 03 may 2006-cı il tarixli, JN seriyalı, 778A nömrəli, 30501004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpağın mülkiyyətçisi kimi X7 əvəzinə yanlış olaraq, X8 qeyd edilmiş, nəticədə, bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006cı il tarixli, JN seriyalı, 778A nömrəli, 30501004 kodlu şəhadatnamədə torpağın mülkiyyətçisi kimi İ sırada qeyd edilən X1 “Qasımova” olması faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı, 778A nömrəli, 30501004 kodlu şəhadatnamədə torpağın mülkiyyətçisi kimi İ sırada qeyd edilən X1 “Qasımova” olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar