Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-175/2020 17.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı "icarə haqqı üzrə borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 Dövlət Komitəsi Cavabdeh qarşı "icarə haqqı üzrə borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxxxx 2011-ci il tarixli, 1491 nömrəli icarə müqaviləsi üzrə 328,67 manat məbləğində vəsaitin iddiaçı Komitənin xeyrinə tutulmaqla, Azərbaycan Respublikası Mərkəzi X2 AZ53 NABZ **********00000039 saylı hesabına (kod 501004, AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı tərəfin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsinin onun hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin "İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında" xx xxxxxxxx 1997-ci il tarixli, 629 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında Siyəzən şəhəri, Bakı-Quba şosesinin kənarı ünvanında yerləşən 5582,5 kv.m olan torpaq sahəsinin icarəyə verilməsi barədə xx xxxxxxx 2011-ci il tarixli, 1491 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, onun tərəfindən bu şərtlərə əməl olunmamış və ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı lazımi qaydada ödənilməmişdir. Cavabdehə icarə haqqının ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, o, icarə haqqını ödəməkdən imtina etmişdir. Hazırda, cavabdehin dövlət büdcəsinə ödənilməli olan 1491 nömrəli icarə müqaviləsi üzrə 328,67 manat icarə haqqı borcu vardır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, xx xxxxxxx 2011-ci il tarixli icarə müqaviləsinə əsasən qarşı tərəfə mütəmadi olaraq borcunu ödəmişdir. Bu səbəbdən də, onun bu icarə müqaviləsi üzrə iddiaçıya olan borcu 328,67 manat deyildir. Belə ki, o, məhkəməyə müvafiq iddia veriləndən sonra həmin borcdan 100 manat ödəniş etdiyindən, iddiaçıya hazırda 228,67 manat borcu qalmışdır. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin qismən, yəni 228,67 manat həcmində təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış "özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxxxx 2011-ci il tarixli, 1491 saylı icarə müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə icarəyəverən keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Siyəzən şəhəri, Bakı-Quba şosesinin kənarı ünvanında yerləşən 13 və 18 saylı yanacaqdoldurma məntəqələrinin yerləşdiyi 5582,5 kv.m torpaq sahəsini Cavabdeh müvəqqəti istifadəsinə vermişdir. Həmin torpaq sahəsinə görə illik icarə haqqının məbləği 446,6 manat, aylıq icarə haqqı isə 37,22 manat müəyyən edilmişdir. İşdə olan şəxsi hesab vərəqindən görünür ki, icarəçi Nəzərov X3 şəhəri, Bakı-Quba şosesinin kənarı ünvanında yerləşən 5582,5 kv.m olan torpaq sahəsindən istifadəyə görə xx xxxxxxx 2011-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixlər ərzində ümumilikdə 3397,80 manat icarə haqqı ödəmiş, xx xxxxxx 2020-ci il tarixə isə 328,67 manat məbləğ ödənilməmiş qalmışdır. İşdə olan xx xxxxxx 2019-cu il tarixli **********80 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh yaranmış icarə borcu ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan sənədlərdən, o cümlədən xx xxxx 2020-ci il tarixli, 104 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh 328,67 manat icarə borcundan 100 manat ödəniş etmiş, bununla da, onun hazırkı vaxta icarə haqqı üzrə 228,67 manat borcu qalmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında Siyəzən şəhəri, Bakı-Quba şosesinin kənarı ünvanında yerləşən 13 və 18 saylı yanacaqdoldurma məntəqələrinin yerləşdiyi 5582,5 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx xxxxxxx 2011-ci il tarixli, 1491 icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtlərinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı tam ödənilməmişdir. Cavabdehə icarə haqqının ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, o, buna məhəl qoymamış və icarə haqqını tam ödəməkdən yayınmışdır. Belə ki, cavabdeh xx xxxx 2020ci il tarixdə yaranmış 328,67 manat icarə borcundan 100 manat ödəniş etmiş, bununla da, onun hazırkı vaxta icarə haqqı üzrə 228,67 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinin İ və İİ bəndlərinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. "İcarə haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Həmin Qanunun 7-ci maddəsinin V hissəsinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin "İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında" xx xxxxxxxx 1997-ci il tarixli 629 nömrəli Fərmanının İ bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal, habelə sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilsin. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində müəyyən edilən məqsədlər üçün ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin və ya onların ayrı-ayrı hissələrinin (arxeoloji abidələr istisna olmaqla) icarəyə verilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində isə “İçərişəhər” Dövlət X1 razılığı ilə həyata keçirilir. Məhkəmə hesab edir ki, iddaçı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqi varisi olduğu keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli, 1491 saylı icarə müqaviləsinə əsasən Siyəzən şəhəri, Bakı-Quba şosesinin kənarı ünvanında yerləşən 13 və 18 saylı yanacaqdoldurma məntəqələrinin yerləşdiyi 5582,5 kv.m torpaq sahəsini icarəyə verməklə öz vəzifəsini icra etmişdir. Cavabdeh həmin torpaq sahəsindən istifadəyə görə icarə haqqı ödəməyə borclu olduğu halda o, müqavilə ilə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və buna görə icarə borcu yaranmışdır. Bununla da, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdehdən torpaq sahəsindən istifadəyə görə yaranmış borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə 228,67 (iki yüz iyirmi səkkiz manat 67 qəpik) manat məbləğində icarə haqqı üzrə borc tutulmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə — büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 8.1.1-ci bəndinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatadək olduqda, 20 manat məbləğində dövlət rüsumu alınır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 20 (iyirmi) manat dövlət rüsumunun 70 %-i, yəni 14 (on dörd) manatı Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə 228,67 (iki yüz iyirmi səkkiz manat 67 qəpik) manat məbləğində icarə haqqı üzrə borc tutulsun. İddiaçının ödəməkdən azad edildiyi 20 (iyirmi) manat dövlət rüsumunun 70 %-i, yəni 14 (on dörd) manatı Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-175/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-175/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver