Məhkəmə qərarları › İş №2(059)-175/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-175/2021

14.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-175/2021 14.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi, eləcə də digər ərizəçinin nümayəndəsi Ərizəçi2 iştirakı ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-259 F seriyalı, kod 30502018 olan şəhadətnamədə, torpağın paylı mülkiyyətçisi kimi qeyd edilən 1-ci sətrdə “Alıyev” soyadının “Əliyeva” soyadı kimi, 2-ci sətrdə “Alıyeva” soyadının “İsmayılova” soyadı kimi, 3-cü sətrdə “Alıyev” soyadının “Əliyeva” soyadı kimi olması (oxunması), eləcə də bu şəhadətnaməyə əsasən 0,25 ha həyətyanı torpaq sahəsinin onlara və mərhum X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ərizəçi, eləcə də digər ərizəçinin nümayəndəsi Ərizəçi2 ərizənin dəqiqləşdirilməsi və həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-259 F seriyalı, kod 30502018 olan şəhadətnamədə, torpağın paylı mülkiyyətçisi kimi qeyd edilən 1-ci sətrdə “Alıyev” soyadının “Əliyev” soyadı kimi, 2-ci sətrdə “Alıyeva” soyadının “İsmayılova” soyadı kimi, 3cü sətrdə “Alıyev” soyadının “İsmayılov” soyadı kimi olması (oxunması) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən ərizəçi, eləcə də, digər ərizəçinin nümayəndəsi Ərizəçi2 ərizəni müdafiə edərək izahatında bildirdi ki, Siyəzən rayon X10 xx xxxxxx 1998ci il tarixli, 34/1 nömrəli qərarı ilə 0,25 ha torpaq sahəsi atası Ərizəçi1, eləcə də ailə üzvləri X4 və onun mülkiyyətinə verilmiş və müvafiq olaraq torpağa mülkiyyət hüququna dair JN seriyalı 259 F nömrəli, 30502018 kodlu şəhadətnamə tərtib edilsə də, bu şəhadətnamənin atasına və ailə üzvlərinə aid hissəsində soyadları yanlış qeyd edilmişdir. Belə ki, atasının soyadı “Əliyev” əvəzinə yanlışlıqla “Alıyev” kimi, mərhum anasının soyadı “İsmayılova” əvəzinə yanlışlıqla “Alıyeva” kimi, özünün soyadı isə “İsmayılov” əvəzinə yanlışlıqla “Alıyev” kimi qeyd edilmiş, bununla da, torpağa mülkiyyət hüququna dair müvafiq şəhadətnamədə yanlışlığa yol verilmişdir. Qeyd olunan mexaniki yanlışlığa görə onun, digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan və ona çatan torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçirə bilmir və bununla da mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsələr də, müraciətlərinə müsbət cavab verilməmişdir. Bununla da, hazırda onlara çatan torpaq payı üzərində mülkiyyət hüquqlarının təsdiqi üçün soyadlarında olan yanlışlığın düzəldilməsi və torpağa mülkiyyət hüququna dair şəhadətnamədə qeyd edilən şəxslərin Ərizəçi1, X6 və Ərizəçi2 olması faktının müəyyən edilməsi üçün qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və təmin etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçi, eləcə də digər ərizəçinin nümayəndəsi Ərizəçi2 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən RPŞ tərəfindən xx xxxxxx 2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1934-cü il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunun Pəmbək kəndində doğulmuşdur. İşdə olan Ermənistan SSR Vardenis rayonu Pəmbək kənd sovetliyi tərəfindən xx xxxxx 1977-ci il tarixdə verilmiş İİ-СЛ seriyalı, 182697 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X12, anası X6 olan Ərizəçi2 xx xxxxx 1977-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunun Pəmbək kəndində doğulmuşdur. İşdə olan torpağa mülkiyyət hüququna dair xx xxxxxx 2001-ci il tarixli, JN seriyalı 259 F nömrəli, 30502018 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 34/1 nömrəli qərarı ilə 0,25 ha torpaq sahəsi Siyəzən rayonu, Böyük Həmyə kəndinin sakinləri X13 və onun ailə üzvləri X7 və X8 mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən rayon İHB-nın Həmyə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 926628 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxx 2018-ci il tarixdə Siyəzən rayonu, Böyük Həmyə kəndində ürək çatışmamazlığından ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2018-ci il tarixdə 09 nömrəli qeyd aparılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, **********76 nömrəli məktubundan görünür ki, xx xxxxxx 2001-ci il tarixli, JN seriyalı 259 F nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin Ərizəçi1 və onun ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan xx xxxxxx 2021-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 10 (on) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçiyə və ərizəçinin ailə üzvlərinə məxsus olan bütün sənədlərdə onların soyadları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair xx xxxxxx 2001-ci il tarixli, JN seriyalı 259 F nömrəli, 30502018 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi, eləcə də ailə üzvləri kimi qeyd edilməli olan Ərizəçi1 əvəzinə yanlış olaraq X17, X6 əvəzinə yanlış olaraq X11, Ərizəçi2 əvəzinə yanlış olaraq X14 qeyd edilmiş, nəticədə, bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməli, torpağa mülkiyyət hüququna dair xx xxxxxx 2001-ci il tarixli, JN seriyalı 259 F nömrəli, 30502018 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən X3 “Əliyev”, həmin şəhadətnamədə 2-ci sırada qeyd edilən X1 “İsmayılova”, 3-cü sırada qeyd edilən X2 “İsmayılov” olması faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Ərizəçi2 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair xx xxxxxx 2001-ci il tarixli, JN seriyalı 259 F nömrəli, 30502018 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən X3 “Əliyev”, həmin şəhadətnamədə 2-ci sırada qeyd edilən X1 “İsmayılova”, 3-cü sırada qeyd edilən X2 “İsmayılov” olması faktı müəyyən edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Ərizəçi2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar