Məhkəmə qərarları › İş №2(059)-183/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-183/2025

10.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-183/2025 10.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Ərizəçi, eləcə də, digər ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi5, Əkbərova (Quliyeva) Əsmər Elşən qızının və Ərizəçi6 nümayəndəsi Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5, Əkbərova (Quliyeva) Əsmər Elşən qızının və Ərizəçi6 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilərə və mərhum X13 məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5, Əkbərova (Quliyeva) Əsmər Elşən qızı və Ərizəçi6 və mərhum X20 ilə birgə mülkiyyətlərində olan Siyəzən şəhərinin ərazisində yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini xüsusi mülkiyyət kimi rəsmişləşdirmək məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 261F nömrəli, 30501004 kodlu şəhadətnamədə adlar arasında uyğunsuzluq olduğu və qeyd olunan məsələnin aradan qaldırılmasının məhkəmənin səlahiyyətinə aid olduğu bildirilmiş, ona görə də ərizəçilər hazırki ərizə ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5, Əkbərova (Quliyeva) Əsmər Elşən qızı və Ərizəçi6 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilərə və mərhum X13 məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 20 oktyabr 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 261F nömrəli, 30501004 kodlu şəhadətnamənin ərizəçilər və mərhum X13 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsi tərəfindən tərtib edilən, “torpağın mülkiyyətə verilməsinə dair” JN-261F nömrəli şəhadətnamə ilə Siyəzən rayon İcra Hakimiyyətinin başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamına əsasən 0.05 hektar həyətyanı torpaq sahəsi, Ərizəçi1, X9, Ərizəçi2h oğlunun, Ərizəçi3, Ərizəçi5, Əkbərova (Quliyeva) Əsmər Elşən qızının, Ərizəçi6 ümumi birgə mülkiyyətinə verilmişdir. Ümumi birgə mülkiyyətçilərdən X20 13 oktyabr 2011-ci ildə vəfat etmişdir. Ümumi birgə mülkiyyətin mülkiyyətçilərə, yəni ərizəçilərə məxsus torpaq paylarının (habelə miras əmlaka münasibətdə) bölünüb ayrılması, habelə müvafiq olaraq üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədi ilə DƏDK və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şöbəsinə yanaşaraq niyyətlərini bildirsələr də, hüquqmüəyyənedici sənədlərə baxaraq, “torpağın mülkiyyətə verilməsinə dair” JN-261F nömrəli şəhadətnamədə ki, mülkiyyətçilərin soyadları və ata adları müvafiq olaraq onların şəxsiyyət vəsiqəsindəki, soyad və ata adı ilə üst-üst düşmədiyi bildirilmiş və müvafiq olaraq məsələnin həlli ilə əlaqədar şəhadətnaməni vermiş və hazırda ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsinin səlahiyyətlərini almış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDK və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilməsi bildirilmişdir. Bundan sonra hüquqmüəyyənedici (“torpağın mülkiyyətə verilməsinə dair” JN-261F nömrəli şəhadətnamədə) sənədlərdə düzəliş edilməsinə dair tələblə ilk növbədə həmin sənədi vermiş orqana müraciət edilmiş və ərizəçilərə aşağıdaki məzmunda 12 dekabr 2024-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina məktubun da qeyd edilmişdir ki, “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-261F nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə adların düzəldilməsinə köməklik göstərilməsi barədə 27 noyabr 2024-cü il tarixli ərizənizə "DƏDK və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə DƏDK və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmış, ərizəyə əlavə edilmiş hüquqmüəyyənedici sənədlərlə şəxsiyyəti təsdiq edən sənədlər arasında uyğunsuzluqlar müəyyən edildiyi üçün müraciətlərinin icrasını təmin etmək mümkün olmamışdır. Siyəzən rayon İcra Hakimiyyətinin başçısının 21 aprel 2006-cı il tarixli 93 saylı sərəncamına əsasən 0.05 hektar həyətyanı torpaq sahəsinə haqqında tərtib edilmiş “torpağın mülkiyyətə verilməsinə dair" JN-261F nömrəli şəhadətnaməyə diqqət yetirilsə aşağıdakı səhvlər aşkar olunur. “Torpağın mülkiyyətə verilməsinə dair" JN-261F nömrəli şəhadətnamədə, Ərizəçi1, “Quliyev” soyadı yanlış olaraq “Quluyev” kimi, X9, “Quliyeva” soyadı yanlış olaraq “Quluyev”,”Abdul” ata adı “Məid” kimi, Ərizəçi2h oğlunun, “Quliyev” soyadı yanlış olaraq “Quluyev ” kimi, Ərizəçi3,”Quliyeva” soyadı yanlış olaraq “Quluyeva” kimi, “Məhərrəm" ata adı, “Məhəmməd” kimi, Ərizəçi5, “Quliyev” soyadı yanlış olaraq “Quluyev” kimi, Əkbərova (Quliyeva) Əsmər Elşən qızının, “Quliyeva” soyadı yanlış olaraq “Quluyev” kimi, Ərizəçi6, “Quliyev” soyadı yanlış olaraq “Quluyev” kimi qeyd edilmişdir. Həmçinin qeyd edilmişdir ki, vaxtı ilə “torpağın mülkiyyətə verilməsinə dair” JN-261F nömrəli şəhadətnamədəki adlar arasındakı uyğunsuzluğa dövlət orqanının səhlənkarlığı nəticəsində yaranmış və bu səhvə görə vətəndaş əzab çəkməməlidir. Beləliklə, yuxarıda qeyd edilən tələbin faktiki halları ilə bir daha müəyyən olunur ki, həyətyanı torpaq sahəsinə dair şəhadətnaməsində mövcud yanlışlığlar səbəbindən ümumi birgə mülkiyyətdəki torpaq payları üzərində mülkiyyət hüquqlarımız məhdudlaşmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qeyd edilən təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla da, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirmələri olmayan ərizəçi, eləcə də, digər ərizəçilərin nümayəndəsi ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Mülki Prosessual Məcəllə

119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında.

307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı:

1.3.-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) X4 dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

Məhkəmənin mövqeyi

Məhkəmə ərizəçi, eləcə də, digər ərizəçilərin nümayəndəsi Ərizəçi2 izahatını iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1937-ci il tarixdə Dəvəçi rayonunun Calğan kəndində doğulmuşdur. İşdə olan Siyəzən rayon Zaqs Bürosu tərəfindən 27 iyul 1953-cü il tarixdə verilmiş ИЕ seriyalı, 902629 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi6 Gəncali oğlu, anası X14 olan Ərizəçi1 1937-ci ilin birinci günündə Siyəzən rayonunun Calğan kəndində doğulmuşdur. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxxxx 1972-ci il tarixdə doğulmuşdur. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxx 1974-cü il tarixdə doğulmuşdur. İşdə olan Yenikənd kənd X6 X4 Qeydiyyat şöbəsi tərəfindən 21 dekabr 1974-cü il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 343116 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası X11 olan X3 xx xxxx 1974-cü il tarixdə Dəvəçi rayonun Qozağacı kəndində doğulmuşdur. İşdə olan Siyəzən X4 Qeydiyyat şöbəsi tərəfindən 28 sentyabr 1994-cü il tarixdə verilmiş Vİ-ЖГ seriyalı, 374161 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi2 ilə X3 28 sentyabr 1994-cü il tarixdə 124 nömrəli akt qeyd ilə nikahlarını bağlanmış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Quliyeva” soyadı verilmişdir. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 xx xxxxxxx 1995-ci il tarixdə doğulmuşdur. İşdə olan Siyəzən rayon X4 Qeydiyyat şöbəsi tərəfindən 13 dekabr 1995-ci il tarixdə verilmiş XİX-ЖГ seriyalı, 359169 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi2, anası Ərizəçi3 olan Ərizəçi5 xx xxxxxxx 1995-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx xxxxx 1997-ci il tarixdə doğulmuşdur. İşdə olan Siyəzən rayon Qeydiyyat şöbəsi tərəfindən 28 iyun 2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 239681 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X22 28 iyun 2018-ci il tarixdə 58 nömrəli akt qeyd ilə nikahlarını bağlanmış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Əkbərova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon X4 Qeydiyyat şöbəsi tərəfindən 14 iyul 1997-ci il tarixdə verilmiş XX-ЖГ seriyalı, 415734 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi2, anası Ərizəçi3 olan X25 xx xxxxx 1997-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi6 xx xxxxxxxx 1998-ci il tarixdə doğulmuşdur. İşdə olan Siyəzən rayon X4 Qeydiyyat şöbəsi tərəfindən 22 dekabr 1998-ci il tarixdə verilmiş XX-ЖГ seriyalı, 498171 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi2, anası Ərizəçi3 olan Ərizəçi6 xx xxxxxxxx 1998-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon Qeydiyyat şöbəsi tərəfindən 25 oktyabr 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 463073 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 13 oktyabr 2011-ci il tarixdə Siyəzən şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 oktyabr 2011-ci il tarixdə 150 nömrəli qeyd edilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 20 oktyabr 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 261F nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 21 aprel 2006-cı il tarixli, 93 saylı qərarı ilə Siyəzən şəhəri ərazisindən 0,05 ha olan həyətyanı torpaq sahəsi X5, mərhum X15, X7, X2, X16, X18 və X17 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 12 dekabr 2024-cü il tarixli, 3-21-3-31\2-Q-0057-35\2024 nömrəli məktubundan görünür ki, ərizəçiləri ərizəyə əlavə etdiyi hüquqmüəyyənedici sənədlər ilə şəxsiyyəti təsdiq edən sənədlər arasında uyğunsuzluq müəyyən edildiyindən, müraciətin icrasının təmin edilməsi mümkün olmamış, habelə aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İşdə olan 08 yanvar 2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçilər məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5, Əkbərova (Quliyeva) Əsmər Elşən qızına və Ərizəçi6, eləcə də, mərhum X13 məxsus olan bütün sənədlərdə sonuncuların soyadı, adı və ata adı düzgün olaraq qeyd edilmiş, habelə onlara münasibətdə hər hansı bir yanlışlığa yol verilməmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 261F nömrəli, 30501004 kodlu şəhadətnamədə 1-ci sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi1 soyadı “Quliyev” əvəzinə yanlışlıqla “Quluyev”, adı “Maşalla” əvəzinə yanlışlıqla “Maşallah”, 2-ci sırada qeyd edilməli olan mülkiyyətçi, mərhum X1 “Quliyeva” əvəzinə yanlışlıqla “Quluyeva”, ata adı “Abdul” əvəzinə yanlışlıqla “Məid”, 3-cü sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi2 soyadı “Quliyev” əvəzinə yanlışlıqla “Quluyev”, ata adı “Maşalla” əvəzinə yanlışlıqla “Maşallah”, 4-cü sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi3 soyadı “Quliyeva” əvəzinə yanlışlıqla “Quluyeva”, ata adı “Məhərrəm” əvəzinə yanlışlıqla “Məhəmməd”, 5-ci sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi5 soyadı “Quliyev” əvəzinə yanlışlıqla “Quluyev”, 6cı sırada qeyd edilməli olan mülkiyyətçi, Əkbərova (Quliyeva) Əsmər Elşən qızının soyadı “Quliyeva” əvəzinə yanlışlıqla “Quluyeva”, 7-ci sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi6 soyadı “Quliyev” əvəzinə yanlışlıqla “Quluyev”, kimi qeyd edilmişdir. Hazırda ərizəçilər hüquqmüəyyənedici sənəd hesab olunan torpağın mülkiyyətə verilməsinə dair çıxarış əldə etmək istəsələr də, bu hal onlara mane olmuş, bununla bağlı ilk öncə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, onlara sənədlərdə düzəliş edilməsindən imtina barədə bildiriş təqdim edilmişdir. Odur ki, ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırmasının məhkəmədən kənar qaydada mümkün olmadığı müəyyən edilmişdir.

Məhkəmənin gəldiyi nəticə

Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 20 oktyabr 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 261F nömrəli, 30501004 şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə Siyəzən rayon Qeydiyyat şöbəsi tərəfindən 25 oktyabr 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 463073 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd olunan mərhum X13, eləcə də, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5, Əkbərova (Quliyeva) Əsmər Elşən qızına və Ərizəçi6 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 261F nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə Siyəzən rayon Qeydiyyat şöbəsi tərəfindən 25 oktyabr 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 463073 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd olunan mərhum X13, eləcə də, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5, Əkbərova (Quliyeva) Əsmər Elşən qızına və Ərizəçi6 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar