Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-187/2025 12.03.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Ərizəçi, eləcə də, digər ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi6 nümayəndəsi Ərizəçi5 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi6 və Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilərə və mərhum X5 və X12 məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi6 və Ərizəçi5 mərhum X10 və X17 ilə birgə mülkiyyətlərində olan Siyəzən rayonun Balaca Həmyə kəndi ərazisində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsini xüsusi mülkiyyət kimi rəsmişləşdirmək məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş 10 iyul 2003-cü il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 010A nömrəli, 30502028 kodlu şəhadətnamədə adlar arasında uyğunsuzluq olduğu və qeyd olunan məsələnin aradan qaldırılmasının məhkəmənin səlahiyyətinə aid olduğu bildirilmiş, ona görə də ərizəçilər hazırki ərizə ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi6 və Ərizəçi5 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilərə və mərhum X5 və X12 məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 30 noyabr 2002-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 010A nömrəli, 30502028 kodlu şəhadətnamənin ərizəçilər və mərhum X5 və X12 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ərizəçi, eləcə də, digər ərizəçilərin nümayəndəsi Ərizəçi5 ərizə ilə məhkəməyə müraciət edərək, “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizənin xahiş edirəm hissəsində JN seriyalı, 010A nömrəli, 30502028 kodlu şəhadətnamənin 30 noyabr 2002-ci il tarixdə verilməsinin texniki yanlışlıqla qeyd edildiyini, halbuki sözügedən şəhadətnamənin 10 iyul 2003-cüil tarixdə verildiyini qeyd edib, ərizənin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ölkədə keçirilən torpaq islahatı ilə əlaqədar Siyəzən rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997-ci il tarixli. 30 nömrəli qərarı ilə ailələrinə yaşadıqları Siyəzən rayonunun Balaca Həmyə kəndi ərazisində 0.08 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Bu torpaq sahəsi üzərində ümumi birgə palı mülkiyyətləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş 10 iyul 2003-cü il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 010A nömrəli, 30502028 kodlu şəhadətnamə ilə tanınır. Həmin sənəddə mülkiyyətçilər mərhum X2 yalnışlıqla soyadı İsgəndərov, ata adı Səfəralı, mərhum Mustafayeva (İskəndərova) Tutu Mütəllim qızının soyadı İsgəndərova, Ərizəçi1 soyadı İsgəndərova adı Nailə, Mustafayeva (İskəndərova) Gülər Mütəllim qızının soyadı İsgəndərova, İbrahimova (İskəndərova) Nahidə Mütəllim qızının soyadı İsgəndərova, Hümbətova (İskəndərova) Rüsanə Mütəllim qızının soyadı İsgəndərova, adı Rüsahə, Ərizəçi6 soyadı İsgəndərov, Ərizəçi5 soyadı İsgəndərov adı Səfəralı kimi yazılmışdır. Sözügedən şəhadətnamədə uyğunsuzluğun aradan qaldırılmasından ötrü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə yazılı müraciətlərinə 12 dekabr 2024-cü il tarixli, 3-21-3-31\2-İ0062-35\2024 saylı cavab məktubunda sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinin məhkəmələrin səlahiyyətində aid edildiyi qeyd edilmişdir. Həmin şəhadətnaməni verən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsinin fəaliyyətinə xitam verildiyindən başqa qaydada aradan qaldırmaq mümkün olmadığından ərizə ilə məhkəməyə müraciət etmişlər. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qeyd edilən təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla da, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirmələri olmayan ərizəçi, eləcə də, digər ərizəçilərin nümayəndəsi ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Prosessual Məcəllə
119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında.
307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı:
1.3.-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Məhkəmənin mövqeyi
Məhkəmə ərizəçi, eləcə də, digər ərizəçilərin nümayəndəsi Ərizəçi5 izahatını iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1963-cü il tarixdə Dəvəçi rayonun Kiçik Həmyə kəndində doğulmuşdur. İşdə olan Dəvəçi rayon Həmyə kənd XDS İcraiyyə Komitəsi tərəfindən 01 sentyabr 1984-cü il tarixdə verilmiş İX-ЖГ seriyalı, 489593 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası Ərizəçi1 olan X13 xx xxxx 1984cü il tarixdə Dəvəçi rayonun Balaca Həmyə kəndində doğulmuşdur. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx xxxx 1984-cü il tarixdə doğulmuşdur. İşdə olan Siyəzən rayon İHB-nın Həmyə İƏD üzrə nümayəndəliyindən 17 fevral 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 207511 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X29 ilə X13 17 fevral 2006-cı il tarixdə 02 nömrəli akt qeyd ilə nikahlarını bağlanmış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Hümbətova” soyadı verilmişdir. İşdə olan Dəvəçi rayon Həmyə kənd XDS İcraiyyə Komitəsi tərəfindən 05 iyun 1983-cü il tarixdə verilmiş İX-ЖГ seriyalı, 318371 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası Ərizəçi1 olan X14 xx xxxxx 1983cü il tarixdə Dəvəçi rayonun Kiçik Həmyə kəndində doğulmuşdur. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxx 1983-cü il tarixdə doğulmuşdur. İşdə olan Siyəzən rayon İHB-nın Həmyə İƏD üzrə nümayəndəliyindən 18 sentyabr 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 325003 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X14 18 sentyabr 2007-ci il tarixdə 20 nömrəli akt qeyd ilə nikahlarını bağlanmış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “İbrahimova” soyadı verilmişdir. İşdə olan Dəvəçi rayon Həmyə kənd XDS İcraiyyə Komitəsi tərəfindən 03 aprel 1982-ci il tarixdə verilmiş Vİİİ-ЖГ seriyalı, 357235 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası Ərizəçi1 olan X16 xx xxxxxx 1982-ci il tarixdə Dəvəçi rayonun Kiçik Həmyə kəndində doğulmuşdur. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1982-ci il tarixdə Dəvəçi rayonun Kiçik Həmyə kəndində doğulmuşdur. İşdə olan Siyəzən rayon VVAQ şöbəsi tərəfindən 06 dekabr 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 363178 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X19 06 dekabr 2007-ci il tarixdə 260 nömrəli akt qeyd ilə nikahlarını bağlanmış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Mustafayeva” soyadı verilmişdir. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 xx xxxx 1991-ci il tarixdə doğulmuşdur. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi6 xx xxxx 1995-ci il tarixdə doğulmuşdur. İşdə olan Siyəzən rayon Qeydiyyat şöbəsi tərəfindən 28 iyun 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 407339 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 04 iyun 2024-cü il tarixdə Siyəzən rayonunun Balaca Həmyə kəndində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 iyun 2024-cü il tarixdə 110 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon VVAQ şöbəsi tərəfindən 29 oktyabr 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 338740 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X20 29 oktyabr 2007-ci il tarixdə 227 nömrəli akt qeyd ilə nikahlarını bağlanmış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Mustafayeva” soyadı verilmişdir. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Həmyə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 23 aprel 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 278657 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 23 aprel 2008-ci il tarixdə Siyəzən rayonunun Balaca Həmyə kəndində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 23 aprel 2008-ci il tarixdə 04 nömrəli qeyd edilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 10 iyul 2003-cü il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 010A nömrəli, 30502028 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997-ci il tarixli, 30 saylı qərarı ilə Siyəzən rayonun Balaca Həmyə kəndi ərazisindən 0,08 ha olan həyətyanı torpaq sahəsi mərhum X3, mərhum X8, X11, X9, X6, X7, X15 və X4 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 12 dekabr 2024-cü il tarixli, 3-21-3-31\2-İ0062-35\2024 nömrəli məktubundan görünür ki, ərizəçiləri ərizəyə əlavə etdiyi hüquqmüəyyənedici sənədlər ilə şəxsiyyəti təsdiq edən sənədlər arasında uyğunsuzluq müəyyən edildiyindən, müraciətin icrasının təmin edilməsi mümkün olmamış, habelə aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İşdə olan 27 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi5 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilər Ərizəçi1, Mustafayeva (İskəndərova) Gülər Mütəllim qızına, İbrahimova (İskəndərova) Nahidə Mütəllim qızına, Hümbətova (İskəndərova) Rüsanə Mütəllim qızına, Ərizəçi6 və Ərizəçi5, eləcə də, mərhum X21 və Mustafayeva (İskəndərova)Tutu Mütəllim qızına məxsus olan bütün sənədlərdə sonuncuların soyadı, adı və ata adı düzgün olaraq qeyd edilmiş, habelə onlara münasibətdə hər hansı bir yanlışlığa yol verilməmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 010A nömrəli, 30502028 kodlu şəhadətnamədə 1-ci sırada qeyd edilməli olan mülkiyyətçi, mərhum X1 “İskəndərov” əvəzinə yalnışlıqda “İsgəndərov”, ata adı “Səfərəli” oğlu əvəzində yalnışlıqla “Səfəralı”, 2ci sırada qeyd edilməli olan mülkiyətçi Ərizəçi1 soyadı yalnışlıqla “İskəndərova” əvəzinə yalnışlıqla “İsgəndərova”, adı “Nayilə” əvəzinə yalnışlıqla “Nailə”, 3-cü sırada qeyd edilməli olan mülkiyyətçi Mustafayeva (İskəndərova) Gülər Mütəllim qızının soyadı “İskəndərova” əvəzinə yalnışlıqda “İsgəndərova”, 4-cü sırada qeyd edilməli olan İbrahimova (İskəndərova) Nahidə Mütəllim qızının soyadı “İskəndərova” əvəzinə yalnışlıqda “İsgəndərova”, 5-ci sırada qeyd edilməli olan mülkiyyətçi Hümbətova (İskəndərova) Rüsanə Mütəllim qızının soyadı “İskəndərova” əvəzinə yalnışlıqda “İsgəndərova” və adı “Rüsanə” əvəzinə yalnışlıqla “Rüsahə”, 6-cı sırada qeyd edilməli olan mülkiyyətçi, mərhum Mustafayeva (İskəndərova) Tutu Mütəllim qızının soyadı “İskəndərova” əvəzinə yalnışlıqla “İsgəndərova”, ata adı “Mütəllim” əvəzinə yalnışlıqla “Mütəllimi”, 7-ci sırada qeyd edilməli olan mülkiyyətçi Ərizəçi5 soyadı “İskəndərov” əvəzinə yalnışlıqla “İsgəndərov”, adı “Səfərəli” əvəzinə yalnışlıqla “Səfəralı”, 8-ci sırada qeyd edilməli olan mülkiyyətçi Ərizəçi6 soyadı “İskəndərov” əvəzinə yalnışlıqla “İsgəndərov” kimi qeyd edilmişdir. Hazırda ərizəçilər hüquqmüəyyənedici sənəd hesab olunan torpağın mülkiyyətə verilməsinə dair çıxarış əldə etmək istəsələr də, bu hal onlara mane olmuş, bununla bağlı ilk öncə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, onlara sənədlərdə düzəliş edilməsindən imtina barədə bildiriş təqdim edilmişdir. Odur ki, ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırmasının məhkəmədən kənar qaydada mümkün olmadığı müəyyən edilmişdir.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 10 iyul 2003-cü il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 010A nömrəli, 30502028 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Həmyə İƏD üzrə nümayəndəliyi tərəfindən 23 aprel 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 278657 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd olunan mərhum X5, Siyəzən rayon Qeydiyyat şöbəsi tərəfindən 28 iyun 2024-cü il tarixdə AZ-İİ seriyalı, 407339 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd olunan mərhum X12, eləcə də, ərizəçilər İskəndərova Nayı̇ lə Zəbı̇ şah qızına, Mustafayeva (İskəndərova) Gülər Mütəllim qızına, İbrahı̇ mova (İskəndərova) Nahı̇ də Mütəllim qızına, Hümbətova (İskəndərova) Rüsanə Mütəllim qızına, Ərizəçi5̇ Mütəllim oğluna və Ərizəçi6 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 10 iyul 2003-cü il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 010A nömrəli, 30502028 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Həmyə İƏD üzrə nümayəndəliyi tərəfindən 23 aprel 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 278657 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd olunan mərhum X5, Siyəzən rayon Qeydiyyat şöbəsi tərəfindən 28 iyun 2024-cü il tarixdə AZ-İİ seriyalı, 407339 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd olunan mərhum X12, eləcə də, ərizəçilər İskəndərova Nayı̇ lə Zəbı̇ şah qızına, Mustafayeva (İskəndərova) Gülər Mütəllim qızına, İbrahı̇ mova (İskəndərova) Nahı̇ də Mütəllim qızına, Hümbətova (İskəndərova) Rüsanə Mütəllim qızına, Ərizəçi5̇ Mütəllim oğluna və Ərizəçi6 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə