Məhkəmə qərarları › İş №2(059)-188/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-188/2023

08.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-188/2023 08.05.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlakın açıq hərracda satılaraq pulun qanun üzrə vərəsələr arasında mütənasib bölüşdürülməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və bu torpaq sahəsi üzərindəki ümumi 85,9 kv.m sahəsi olan fərdi yaşayış evinin mərhum atası X6 və mərhum bacısı X3 miras qalmış hissələri üzərində cavabdehin və onun payının müəyyən edilməsi, həmçinin həmin payların reyestrdə qeydə alınmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə həvalə edilməklə, müvafiq çıxarışların rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Cavabdeh İddiaçı qarşı “əmlakın açıq hərracda satılaraq pulun qanun üzrə vərəsələr arasında mütənasib bölüşdürülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən miras əmlakın - ümumi sahəsi 85,9 kv.m olan evin və 0, 06 ha torpaq sahəsinin açıq hərracda satılaraq əldə olunan pulun qanun üzrə vərəsələr – İddiaçı ilə onun arasında mütənasib bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1972-ci il tarixdə mərhum X15 ilə X4 birgə nikahından Siyəzən şəhərində doğulmuş, həmçinin mərhum valideynlərinin ondan başqa, Nazim, Sima, Sayad, Sədaqət, Əfşan, Səadət (Quliyeva), Südabə (Əkbərova), Ənisə (Quliyeva) adında daha 8 övladı olmuş, Nazim, Sima, Sayad, Sədaqət istisna olmaqla, digər övladlar ölmüşlər. Bundan başqa, anası Gərəkməz Binyaminova 23 sentyabr 2002-ci il tarixdə, X27 isə 01 noyabr 2007-ci il tarixdə ölmüşdür. 2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi mərhum atasının, bacısı Əfşanın və onun ümumbirgə mülkiyyətlərinə verilmiş, həmçinin sözügedən ünvanda yerləşən fərdi yaşayış evi də onun, mərhum atasının və mərhum bacısı Əfşanın ümumbirgə mülkiyyətində olmuşdur. X27 02 iyul 2002-ci il tarixli vəsiyyətnaməyə əsasən ünvan 3 ünvanda yerləşən şəxsi evini bərabər hissələrdə ona və mərhum bacısı Əfşana vəsiyyət etmiş, atası vəfat etdikdən sonra, onun həm qanun, həm vəsiyyət üzrə vərəsəsi kimi o və qanun üzrə vərəsə olan qardaşı Nazim qeyd olunan evdə yaşamışdır. Həmin evin hər birinin ayrı giriş-çıxışı olan hissələrində o və qardaşı Nazim hal-hazıradək yaşayırlar. Sağ olan digər vərəsələrin hər biri ayrı evlərdə yaşamış, mərhum bacısı Əfşan Binyaminova isə heç vaxt evlənməmiş, atasından əvvəl, yəni 21 iyun 2006-cı il tarixdə ölmüşdür. Bundan başqa, miras əmlakın vərəsələr arasında bölünməsi üçün Siyəzən rayon Dövlət Notariat Ofisinə müraciət etsə də, xeyli müddət olar onunla normal münasibətdə olmayan qardaşı Nazim mirasın aralarında razılaşma ilə bölünməsinə mane olmuşdur. Ona görə də Siyəzən rayon Dövlət Notariat Ofisindən ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Zəruri sənədləşmə işlərinin aparılmasında məqsədinin sonradan torpağı və evi satmaq olmasını bilən qardaşı buna mane olmaq üçün evin onun istifadəsində olan hissəsinin pəncərəsinin altında tikinti işləri aparmağa başlamış, habelə evin damını onun icazəsi olmadan sökmüş, nəticədə hazırda istifadəsində olan hissədə dam örtüyü yararsız vəziyyətə düşmüşdür. Beləliklə, aralarında mirasın razılıq əsasında bölünməsi mümkün olmadığına görə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Odur ki, ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Qarşılıqlı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, İddiaçı ilk iddia ərizəsindən də məlum olur ki, sonuncu zəruri sənədləşmə aparıldıqdan sonra torpağı və evi satmaq niyyətindədir. Bildirir ki, doğulduğu gündən bu günə qədər yaşadığı və hazırda mübahisələndirilən ünvanda yerləşən evin şəraitini yaxşılaşdırmaq üçün o, 25000 manata yaxın vəsait xərcləmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı miras əmlakı, bazar qiymətinə uyğun sataraq pulunun bölüşdürülməsini və ya həmin əmlaka tənasüb olaraq digər mənzillə təmin olunması təklifini etsə də, sonuncu bu təklifi haqqında heç bir fikir bildirməmişdir. Eyni zamanda, gələcəkdə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə təsərrüfatdan birgə istifadə zamanı maraqların toqquşması səbəbindən münaqişə yaranacağı istisna olunmadığına görə əmlakdan birgə istifadə tamamilə mümkün deyildir. Hazırkı vəziyyətdə qarşılıqlı iddia üzrə cavabdehlə mübahisəli mövqedə olmaları onun şəxsi mülkiyyəti ilə bağlı əmlak hüquqlarının həyata keçirilməsinə, evin təmirinə və həyətin abadlaşdırılımasına maneə yaratmışdır. Miras əmlakın vərəsələr arasında naturada bölünməsi mənzilin texniki göstəricilərinə görə mümkün deyildir. Məhkəməyə müraciət etməkdə məqsədi məhkəmə qətnaməsi əsasında miras əmlakın hərracda satılaraq əldə olunan pulun vərəsələr arasında bərabər bölünməsinə nail olmaqdır. Odur ki, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ilk iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müdafiə etdiyi ilk iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı bacıları Səadət Quliyevanın 2009-2010-cu ildə, Südabə Əkbərovanın 2003-cü ildə, Ənisə Quliyevanın isə 2020-ci ildə öldüyünü, onların evlənərək ər evinə köçdükdən sonra heç vaxt miras qalmış mübahisəli evdə yaşamadıqlarını qeyd edib, tərəflərin payları təsbit edildikdən sonra həmin paylara münasibətdə istədikləri kimi hərəkət edə biləcəklərini bildirərək, bu əsasla da, qarşılıqlı iddia tələbini qəbul etmədiyini göstərmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi qarşılıqlı iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı ilk iddia tələbini qismən qəbul edərək, həmin tələbə münasibətdə izahatında göstərdi ki, tərəflərin miras əmlak olan fərdi yaşayış evində yaşamaları mübahisəsiz haldır. Bundan əlavə, hüquqlarını təmsil etdiyi Cavabdeh doğulduğu gündən bu günə qədər yaşadığı miras əmlakın bütövlükdə yarısının ona verilməsini, qalan hissənin qanunamüvafiq qaydada həll edilməsini, belə bir razılıq yoxdursa, miras əmlakın hərracda satılaraq, pulunun vərəsələr arasında mütənasib bölüşdürülməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X24 və X20 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, Siyəzən rayon VVAQ bürosu tərəfindən 12 avqust 1955-ci il tarixdə verilmiş ИЕ seriyalı, 232193 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X19 12 avqust 1955-ci il tarixdə nikahlarını bağlamış və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında həmin gün 74 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə Binyaminova soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən 29 may 1961-ci il tarixdə verilmiş АЗ seriyalı, 016135 nömrəli və 20 iyun 1972-ci il tarixdə verilmiş İ-ЖГ seriyalı, 347630 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq, ataları X16, anaları X12 olan Cavabdeh xx xxxxx 1961-ci il tarixdə, İddiaçı xx xxxx 1972-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1223F nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-ci il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,06 ha torpaq sahəsi X10, İddiaçı və X8 mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən rayon Dövlət Notariat Kontoru tərəfindən 02 iyul 2002-ci il tarixdə, reyestrdə 2V-16 nömrə ilə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, X1 şəhəri, Azadlıq küçəsi 120 saylı ünvandakı şəxsi evini bərabər hissələrdə qızları İddiaçı və X11 vəsiyyət etmişdir. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 04 noyabr 2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 037093 nömrəli, 27 iyun 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 176251 nömrəli və 05 noyabr 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 278678 nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq X12 23 sentyabr 2002-ci, X13 21 iyun 2006-cı, X15 isə 01 noyabr 2007-ci il tarixdə ölmüşlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 14 noyabr 2022-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0,06 ha torpaq sahəsi üzərində yerləşməklə, 85,9 kv.m ümumi sahəsi olan Siyəzən şəhərinin Heydər Əliyev prospektindəki 669 nömrəli ev ümumi birgə mülkiyyət hüququ üzrə X10, X8 və İddiaçı adına həmin tarixdə daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində **********25- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 01 fevral 2023-cü il tarixli, 3-21-3-31/2-B-00xxxx/2023 saylı məktubundan görünür ki, İddiaçı müraciəti ilə əlaqədar torpaq sahəsinə dair arxiv sənədlərinin araşdırıldığı və torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdə Siyəzən şəhəri, Heydər Əliyev prospekti 120 ünvanının qeyd olunmadığı məlum olmuş, həmçinin vətəndaş müraciəti zamanı sözügedən torpaq sahəsinə “Ünvan Reyestri İnformasiya Sistemi”nə əsasən yeni qaydalarla Siyəzən şəhəri, Heydər Əliyev prospekti 669 ünvanı təyin edilmişdir. İşdə olan X2, X17 və X14 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar 01 noyabr 2007-ci il tarixdə vəfat etmiş ataları X9 və 17 iyun 2006-cı il tarixdə vəfat etmiş bacıları X5 miras qalmış daşınmaz əmlakdan (ev və torpaq sahəsindən) onlara qalmış hissəni qəbul etməmiş, həmçinin etməməklə, atalarının evindən onlara düşən payı İddiaçı adına rəsmiləşdirilməsinə razı olmuş və etiraz etməmişlər. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 29 aprel 2022-ci il tarixli, xx/xx-2588/10 saylı məktubunun surətindən görünür ki, Siyəzən rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2007-2008-ci illərə dair vərəsəlik işlərinə baxış keçirilərkən X10 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. Eyni zamanda, “Elektron notariat” İnformasiya sistemində X15 tərəfindən Siyəzən rayon dövlət notariat ofisində 02 iyul 2002-ci il tarixdə 2V-16 reyestr nömrəsi ilə vəsiyyətnamənin qoyulduğu və həmin vəsiyyətnamənin 27 aprel 2022-ci il tarixədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumatın daxil olmadığı göstərilmişdir. İşdə olan İddiaçı və Cavabdeh notarial qaydada tərtib etdikləri ərizənin surətlərindən görünür ki, onlar 01 noyabr 2007-ci il tarixdə vəfat etmiş ataları X9 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini və 0,06 ha torpaq sahəsini qəbul etməklə, yanaşı özlərinə çatan hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. İşdə olan Siyəzən rayon Dövlət Notariat Ofisinin 23 yanvar 2023-cü il tarixli, 16 nömrəli məktubundan görünür ki, 01 noyabr 2007-ci il tarixdə vəfat etmiş ataları X9 miras qalmış əmlakın bölüşdürülməsi ilə əlaqədar digər vərəsə Cavabdeh ilə arasında ixtilaflar olduğuna görə İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan dövlət rüsumlarının ödənilməsini təsdiq edən 30 yanvar və 07 mart 2023-cü il tarixli qəbzlərdən görünür ki, müvafiq olaraq ilk iddia tələbinə məhkəmədə baxılması üçün ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən 100 manat və qarşılıqlı iddia tələbinə məhkəmədə baxılması üçün ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi vərəsəlik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Məhkəmə iclasında verilmiş izahatlar və iş materiallarındakı sənədlərlə ilk iddia tələbinə müəyyən edildi ki, mübahisəli ünvan 7 ünvanı ünvan 8orpaq sahəsi üzərindəki 85,9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi 14 noyabr 2022-ci il tarixdə ilk iddia üzrə İddiaçı və mərhumlar X8, X10 adına dövlət qeydiyyatına alınmış, sonuncular buna qədər müvafiq qaydada 21 iyun 2006-cı və 01 noyabr 2007-ci il tarixlərdə ölmüşlər. Buna qədər mərhum Zəbisoltan Binyaminov 02 iyul 2002-ci il tarixdə Siyəzən Rayon Dövlət Notariat Kontorunda mübahisəli əmlaka dair ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və mərhum Əfşan Binyaminova vəsiyyətnamə vermiş, habelə sonuncu 21 iyun 2006-cı il tarixdə atasından əvvəl öldüyündən vəsiyyətnamə ona münasibətdə hüquqi qüvvəsini itirmişdir. Bundan əlavə, tərəflərin bacıları Sədaqət Əmirquliyeva, Sima Bağıyeva və Sayad İlyasova notarial qaydada ərizə verməklə, miras əmlakı qəbul etmədiklərini, həmçinin etməməklə, mərhum atalarının və bacılarının ev və torpaq sahəsindən onlara düşən payı İddiaçı adına rəsmiləşdirilməsinə razı olduqlarını və etiraz etmədiklərini göstərsələr də, onlar miras açıldığı andan qanun üzrə birinci növbədə vərəsə kimi miras əmlakı hər hansı bir formada, yəni nə notarial qaydada, nə də faktiki qəbul etməmiş, bunu şəksiz nümayiş etdirməmişlər ki, bu da onlar tərəfindən tərtib edilmiş ərizənin hazırda hər hansı bir formada əhəmiyyətinin olmamasına dəlalət edir. Eyni zamanda, digər bacı, o cümlədən Südabə Əkbərova ümumiyyətlə, miras açılana kimi 2003-cü ildə vəfat etsə də, nəinki sonuncu, hətta miras açıldıqdan sonra müvafiq olaraq 2009-2010-cu ildə, 2020-ci ildə ölmüş bacılar Səadət Quliyeva və Ənisə Quliyeva da evlənərək ər evinə köçdükdən sonra heç vaxt miras qalmış mübahisəli evdə yaşamamış, ora ilə hüquqi bağlılıqları olmamış, habelə miras əmlakı bu və ya digər formada qəbul etməmişlər. Bununla belə, hazırda tərəflər miras əmlakı faktik qəbul etmiş, bunu şəksiz nümayiş etdirmişdir ki, qeyd olunan bu hal işin mübahisələndirilməyən halıdır. Bundan əlavə, tərəflər miras qalmış əmlakın qəbulu ilə bağlı notariat ofisinə müraciət etsələr də, aralarında yaranmış ixtilafla əlaqədar əmlaka münasibətdə payları müəyyən edilməmişdir. Bu səbəbdən də, İddiaçı ilk iddia tələbi ilə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülkiyyət hüququ kimi, vəsiyyət etmə və varis olma hüququnun da sosial ədalət baxımından hədləri (sərhədləri) vardır. Vəsiyyət edənin iradəsini (və ya vəsiyyət azadlığını) məhdudlaşdıran Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Deməli, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Göründüyü kimi, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Beləliklə, qanunverici vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətləri iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Sosial ədalət prinsipi özlüyündə ayrı-ayrı insanların, sosial qrupların maraqlarının qarşılıqlı güzəştidir, çünki məhz qarşılıqlı güzəşt və hüquq münasibətlərində subyektlərin imkanlarının nisbətən bərabərləşməsi müasir şəraitdə cəmiyyətin idarə edilməsinin mahiyyətini təşkil edir. Məhz buna görə cəmiyyətdə hüququn sosial ədalət funksiyası bütövlükdə ədalət prinsipinin təbiətinə uyğun gəlir. Müasir Avropa ölkələrinin əksəriyyətində vərəsəlik hüquq institutunda məcburi pay hüququ ailə münasibətlərini qoruyan vacib sosial təminat kimi qəbul edilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Marks Belçikaya qarşı iş üzrə 1979-cu il 13 iyun tarixli qərarında göstərilmişdir ki, aliment öhdəlikləri və ya vərəsəlikdə məcburi pay hüququ Konvensiyanın üzvləri olan əksər ölkələrin qanunvericiliyində mövcuddur və əmlaka vərəsəlik hüququ ailə həyatının tərkib hissəsidir. Həmin iş üzrə hakim Pinheiro Farinhan Xüsusi rəyində qeyd etmişdir ki, “ailə münasibətləri ilə bağlı olan insanlar arasında mütləq pay hüququ ailə maraqlarını müdafiə edən, bu münasibətlərdən yaranan mənəvi və sosial xarakterli vəzifələrin formasını göstərir”. Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin bir neçə fərdi şikayətlərlə bağlı işlərində: 1995-ci il 17 may tarixli 31-O saylı vətəndaş Q.V.Qrişa, 2011-ci il 22 mart tarixli 421-O-O saylı vətəndaş İ.İ.Qolubyevanın şikayətlərinin qəbul olunmasından imtina haqqında qərardadlarında göstərilmişdir ki, vəsiyyət azadlığını məhdudlaşdıran vərəsəlikdə məcburi pay qaydaları mülki qanunvericiliyə xüsusi müdafiəyə ehtiyacı olan şəxslərin maddi təminatı məqsədi ilə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Bu Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin İ hissəsinin İ bəndinə və İİ hissəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələrdir. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Yuxarıda qeyd olunan normativ-hüquqi aktların tələblərindən də göründüyü kimi mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Beləliklə, tərəflərin ünvan 7 ünvanı ünvan 9 bu torpaq sahəsi üzərindəki 85,9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən mərhumlar Əfşan Binyaminovaya və Zəbisoltan Binyaminova çatası paydan fasiləsiz və etirazsız istifadə etmələri işin materialları ilə təkzib olunmur. Bundan əlavə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh miras əmlaka məcburi pay almaq hüquqları mövcud olsa da, sonuncuya münasibətdə belə bir institutun tətbiq edilməsi məqsədə müvafiq deyildir. Yəni, belə bir institutun Cavabdeh münasibətdə tətbiqi qanunamüvafiq olsa da, sonuncunun hüquq və mənafelərinə zidd olmaqla, vərəsə kimi hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Odur ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquq və mənafeyi baxımından ona münasibətdə qanun üzrə vərəsəlik institutunun tətbiqi daha ədalətli, eləcə də məqsədə müvafiqdir. Belə ki, mübahisəli əmlak ilk iddia üzrə İddiaçı, mərhumlar Əfşan Binyaminovanın və Zəbisoltan Binyaminovun birgə mülkiyyətində olmaqla, yanaşı onların əmlaka dair payları müəyyənləşdirilməmiş, bu səbəbdən də mülkiyyətçilərin payları bərabər sayılmışdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinin İ, İİ və V hissələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Yenə bu Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Qeyd olunan Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Bu mənada, ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləri olmuş mərhumlar Əfşan Binyaminovanın və Zəbisoltan Binyaminovun, eləcə də ilk iddia üzrə İddiaçı mübahisəli əmlakda payları, yəni onların hər birinə düşən payın həcmi 8/24 hissə hesabı ilə müəyyən ediləcəkdir. Hazırda, ilk növbədə mübahisəli əmlakın mərhumlara çatası hissəsinin miras şərikləri tərəfindən qəbul edilməsi qaydasına qiymət verilməlidir. Yəni, miras əmlak ilk iddia üzrə İddiaçı payı da daxil olmaqla, ümumilikdə 24 pay həcmində qəbul edilsə, bu zaman məcburi pay institutu tətbiq edildiyi halda, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeyd edilən əmlakdan düşən pay 6/24 hissədən daha az təşkil edəcəkdir ki, bu da sonuncunun hüquq və mənafeləri baxımından sosial ədalətin pozulması demək olacaqdır. Halbuki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh münasibətdə qanun üzrə vərəsəlik institutunun tətbiqi ilə tərəflərə düşən pay ilk iddia üzrə İddiaçı münasibətdə 18/24 hissə, yuvarlaşdırıldıqda, 3/4 hissə, Cavabdeh münasibətdə isə 6/24 hissə yuvarlaşdırıldıqda, 1/4 hissə təşkil edəcəkdir ki, bu da sosial ədalətin təmin edilməsi baxımından daha məqsədə müvafiqdir. Deməli, işin faktiki halları, habelə tədqiq olunmuş mötəbər sübutlara əsasən tərəflər, 21 iyun 2006-cı il tarixdə ölmüş, habelə ölənə qədər evlənməyib, övladı, o cümlədən İ dərəcə vərəsəsi olmamaqla, öz payına münasibətdə vəsiyyətnamə tərtib etməmiş mərhum bacıları Əfşan Binyaminovanın ölümündən sonra mübahisəli əmlakın ona çatası 8/24 hissəsini qanun üzrə ikinci dərəcə vərəsə kimi qəbul etdiklərini şəksiz nümayiş etdirmiş, o cümlədən bu əmlakın sözügedən hissəsindən bərabər şəkildə təyinatı üzrə istifadə edərək, sahiblik etməklə, onu idarə etmiş, habelə mərhum bacılarına çatan paydan imtina etməmişlər. 01 noyabr 2007-ci il tarixdə ölmüş Zəbisoltan Binyaminovun ölümündən sonra mübahisəli əmlakın ona çatası 8/24 hissəsinin yarısı, yəni həmin 8 payın 4 hissəsi dəyişdirilməyərək, ləğv edilmədən digər hissədə hüquqi qüvvəsini itirməyən 02 iyul 2002-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə əsasında ilk iddia üzrə İddiaçı keçsə də, qalan 4 paya münasibətdə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquq və mənafeləri baxımından qanun üzrə vərəsəlik institutu tətbiq edilməli və qanun üzrə birinci dərəcə vərəsə olan tərəflərin bu hissəyə bərabər payları müəyyən edilməlidir. Belə olan təqdirdə, ilk iddia üzrə İddiaçı mübahisəli əmlakdan düşən pay ümumilikdə 18/24 hissə, ixtisarla, 3/4 hissə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh düşən pay isə 6/24 hissə, ixtisarla, 1/4 hissə həcmində təsbit edilir. Bundan başqa, ilk iddia üzrə İddiaçı, miras əmlaka münasibətdə onunla qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh payları müəyyən edildikdən sonra bu payların reyestrdə qeydə alınmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə həvalə edilməklə, müvafiq çıxarışların rəsmiləşdirilməsini də xahiş etsə də, qeyd edilən orqan cavabdeh qismində işdə iştirak etməyə cəlb edilməmiş, bu quruma qarşı iddia tələbi irəli sürülməmiş, habelə bu barədə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər müvafiq ərizə ilə müraciət edilməmişdir. Belə ki, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhz bütün bu yuxarıda sadalananlara əsasən məhkəmə ilk iddia tələbinə münasibətdə belə qənaətə gəlir ki, ilk iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli və qalan qeyd edilən hissədə rədd edilməlidir. Lakin, məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qeyd olunan Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Yenə bu Məcəllənin 146-cı maddəsinin İ və İİ hissəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Məhkəmə iclasında verilmiş izahatlar və iş materiallarındakı sənədlərlə qarşılıqlı iddia tələbinə münasibətdə bir daha müəyyən edildi ki, mübahisəli ünvan 7 ünvanı ünvan 8orpaq sahəsi üzərindəki 85,9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi 14 noyabr 2022-ci il tarixdə il ilk iddia üzrə İddiaçı və mərhumlar X8, X10 adına dövlət qeydiyyatına alınsa da, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeyd olunan əmlakın mülkiyyətçisi kimi reyestrdə qeydiyyata alınmamış, bununla da nə ümumiliyin iştirakçısına çevrilmiş, nə də mübahisəli əmlakın paylı mülkiyyətçisi olmuşdur. Yəni, qarşılıqlı iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən, mülki qanunvericiliyin tələblərinə əməl etməmiş, habelə mülkiyyətçisi olmadığı əmlakın bölünməsi və ondan payın ayrılması ilə əlaqədar müəyyən edilmiş mərhələlilik prinsipini pozmuşdur. Belə olan təqdirdə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli əmlakın açıq hərracda satılaraq pulun qanun üzrə vərəsələr arasında mütənasib bölüşdürülməsinə dair hazırda subyektiv hüquqa malik deyildir. Belə ki, yuxarıda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarına istinad edilərkən ümumiliyin, paylı və birgə mülkiyyətin mahiyyəti açıqlansa da, əlavə olaraq qeyd olunur ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi ilə həyata keçirilə bilər. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olubolmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Mülki Məcəlləyə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək, hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmə, Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik məhz birgə və paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Göründüyü kimi mülki qanunvericilik birgə və paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Lakin, qarşılıqlı iddiaçı hazırda buna hüququ yaranmadığı halda, birbaşa birgə və ya paylı mülkiyyətində olmayan əmlakın açıq hərracdan satılmasını və ya həmin əmlakdan ona düşən payın dəyərini tələb etmişdir ki, bu da yolverilməzdir və belə olan təqdirdə, qarşılıqlı iddianın təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı ilk iddia üzrə iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilsə də, qarşılıqlı iddia üzrə iddiaçı sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bununla da, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilk iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, ünvan 7 ünvanı ünvan 10u torpaq sahəsi üzərindəki 85,9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin miras qoyan X6 miras qalmış hissəsinə münasibətdə 3/4 hissədə vəsiyyət üzrə vərəsə İddiaçı və 1/4 hissədə qanun üzrə vərəsə Cavabdeh payı müəyyən edilməli, həmçinin həmin torpaq sahəsinin və bu torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin miras qoyan X3 miras qalmış hissəsinə münasibətdə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh payı müəyyən edilməli, bütövlükdə, ünvan 7 ünvanı ünvan 10u torpaq sahəsi üzərindəki 85,9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 3/4 hissəsinə İddiaçı, 1/4 hissəsinə isə Cavabdeh payı müəyyən edilməli, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlakın açıq hərracda satılaraq pulun qanun üzrə vərəsələr arasında mütənasib bölüşdürülməsi” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun tutulması həm ilk iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı ilk üzrə iddiaçı tərəfindən ilk iddia üzrə cavabdehdən tələb edilmədiyindən həmin məbləğ ilk iddia üzrə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Eyni zamanda, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edildiyindən bu tələb üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İlk iddia qismən təmin edilsin. ünvan 7 ünvanı ünvan 10u torpaq sahəsi üzərindəki 85,9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin miras qoyan X6 miras qalmış hissəsinə münasibətdə 3/4 hissədə vəsiyyət üzrə vərəsə İddiaçı və 1/4 hissədə qanun üzrə vərəsə Cavabdeh payı müəyyən edilsin. ünvan 7 ünvanı ünvan 10u torpaq sahəsi üzərindəki 85,9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin miras qoyan X3 miras qalmış hissəsinə münasibətdə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh payı müəyyən edilsin. Bütövlükdə, ünvan 7 ünvanı ünvan 10u torpaq sahəsi üzərindəki 85,9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 3/4 hissəsinə İddiaçı, 1/4 hissəsinə isə Cavabdeh payı müəyyən edilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İlk iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilsin. ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlakın açıq hərracda satılaraq pulun qanun üzrə vərəsələr arasında mütənasib bölüşdürülməsi” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar