Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-195/2024 15.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktının mərhum şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktının mərhum şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1988-ci il tarixli, 34-11 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,82 hektar torpaq sahəsinin verilməsi haqqında torpağa mülkiyyət hüququna dair JN seriyalı, 129 nömrəli, 30505038 kodlu dövlət aktının həmin dövlət aktında qeyd edilən X1 Xələfova, ata adının Şahbəddin olmaqla, mərhum X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, Ərizəçi ərizənin dəqiqləşdirilməsinə dair başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 15 avqust 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 129 nömrəli, 30505038 kodlu dövlət aktında mülkiyyətçi kimi qeyd edilən X1 Yunusova, ata adının Şahbəddin olmaqla, həmin dövlət aktının mərhum Xələfova (Yunusova) Ədilə Şahbəddin qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə, Ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ölkədə keçirilmiş torpaq islahatları ilə əlaqədar Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,82 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Bundan sonra, mülkiyyətçi Ədilə Xələfova 22 yanvar 2013-cü il tarixdə ölmüşdür. Daha sonra, vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar 22 yanvar 2013-cü il tarixdə X3 adından 07 noyabr 2023-cü il tarixli, 8V-183/2023 reyestr nömrəli iş açılmış, həmçinin o, mərhumun yeganə varisi olaraq müəyyən edilmişdir. Beləliklə, müvafiq çıxarışı almaqdan ötrü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilərkən sözügedən dövlət aktında mülkiyyətçinin soyad və ata adında yanşılıq olması məlum olmuşdur. Beləliklə, dövlət aktında olan səhvə görə torpaq payı üzərində vərəsəlik və mülkiyyət hüququ məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciətlərinə müsbət cavab verilməyərək, onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ərizəçi tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizəyə əlavə izahatı və dəqiqləşdirmələri olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və bu İdarənin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilatlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən rayon Həmyə kənd soveti tərəfindən 06 iyul 1951-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Şabədin Yunusov, anası Həcər Yunusova olan X5 26 iyun 1951-ci il tarixdə doğulmuşdur. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 15 avqust 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 129 nömrəli, 30505038 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,82 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 06 dekabr 2001-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 001775 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X5 06 dekabr 2001-ci il tarixdə, 496 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Xələfova" soyadı verilmişdir. İşdə olan Siyəzən rayon İHB-nin Yenikənd İƏD üzrə nümayəndəliyi tərəfindən 28 yanvar 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 604914 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 22 yanvar 2013-cü il tarixdə Siyəzən rayonunun Yenikənd kəndində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 yanvar 2013-cü il tarixdə 09 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon dövlət notariat ofisinin 07 noyabr 2023-cü il tarixli, 364 nömrəli məktubunun surətindən görünür ki, vəfat etmiş X3 adından 07 noyabr 2023-cü il tarixli, 8V-183/2023 reyestr nömrəli vərəsəlik işi açılmış, habelə mərhumun adına olan əmlaka dair çıxarışın sonuncunun vərəsəsi Ərizəçi verilməli olması qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 24 noyabr 2023-cü il tarixli, 3-21-3-31/2-Y-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 129 nömrəli dövlət aktının şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İşdə olan 05 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi mərhuma məxsus olan bütün sənədlərdə onun soyad və ata adı düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 129 nömrəli, 30505038 kodlu dövlət aktında qeyd edilməli olan mülkiyyətçi, mərhum Xələfova (Yunusova) Ədilə Şahbəddin qızının soyadı “Yunusova” əvəzinə yanlışlıqla “Hüseynova” kimi, ata adı “Şahbəddin” əvəzinə “Şabəddin” kimi qeyd edilmiş, nəticədə bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 15 avqust 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 129 nömrəli, 30505038 kodlu dövlət aktında mülkiyyətçi kimi qeyd edilən X1 Yunusova, ata adının Şahbəddin olmaqla, həmin dövlət aktının mərhum Xələfova (Yunusova) Ədilə Şahbəddin qızına məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 15 avqust 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 129 nömrəli, 30505038 kodlu dövlət aktında mülkiyyətçi kimi qeyd edilən X1 Yunusova, ata adının Şahbəddin olmaqla, həmin dövlət aktının mərhum Xələfova (Yunusova) Ədilə Şahbəddin qızına məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-195/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-195/2024
15.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver