Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-227/2022 25.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması və torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ ilə X5 məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması və torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ ilə X5 məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0027 nömrəli, 30505028 kodlu dövlət aktında torpağın ümumi birgə mülkiyyətçisi kimi 5-ci sətirdə qeyd edilən “Suquxanım” adının “Seyidxanım” olması, yəni 5-ci sətirdəki X6 X3 oxunması, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-İİ saylı qərarı ilə 9,85 ha həyətyanı torpaq sahəsinin, bu dövlət aktı, 5-ci sıralarda qeyd edilən mülkiyyətçiyə münasibətdə ümumi birgə mülkiyyət hüququ ilə X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-İİ saylı qərarı ilə kənd təsərrüfatı ilə məşğul olunması məqsədilə 9,85 ha torpaq sahəsi 13 iyul 1998-ci il tarixdə X7, X15, X11, X4 və onun mülkiyyətinə verilmişdir. Torpaq paylarının bölünməsi məqsədilə paylı mülkiyyətçi olaraq, DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şöbəsinə müraciəti zamanı JN seriyalı, 0027 nömrəli, 30505028 kodlu dövlət aktının tərtibi zamanı yanlışlığa yol verildiyi, yəni 5-ci sırada qeyd edilən mülkiyyətçinin adının “Seyidxanım” əvəzinə yanlışlıqla “Suquxanım” kimi qeyd edildiyi müəyyən olunmuşdur. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilsə də, müraciətə müsbət cavab verilməmişdir. Beləliklə, mülkiyyətçilərin torpaq payları üzərində mülkiyyət hüquqlarının təsdiqi üçün dövlət aktında qeyd olunan X1ması faktının müəyyən edilməsi üçün qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Siyəzən Rayon İcra Hakimiyyətinin Yenikənd İƏV üzrə nümayəndəliyi tərəfindən 07 avqust 1993-cü il tarixdə verilmiş XVİİ- ЖГ seriyalı, 342443 nömrəli doğum haqqında şəhadətnamənin, eləcə də, AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, atası Ərizəçi, anası X13 olan Babayeva (Məmmədova) Seyidxanım Mirbaba qızı 20 iyun 1993-cü il tarixdə Siyəzən rayonunun Tağay kədində doğulmuşdur. İşdə olan Siyəzən RİHB-nin Yenikənd İƏV üzrə nümayəndəliyi tərəfindən 23 dekabr 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 696791 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 oğlu ilə X10 23 dekabr 2021-ci il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 38 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Məmmədova” soyadı verilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0027 nömrəli, 30505028 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-İİ saylı qərarı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 9,85 ha torpaq sahəsi Ərizəçi, X7, X15, X11 və X6 mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 yanvar 2022-ci il tarixli, 05 nömrəli arayışının surətindən görünür ki, JN seriyalı 0027 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında X2 Seyidxanım Mirbaba qızı kimi oxunmalıdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 11 yanvar 2022-ci il tarixli, **********59 nömrəli bildirişindən görünür ki, JN seriyalı 0027 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın Seyidxanım Babayevaya məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 21 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Bu mənada qeyd olunur ki, hazırda Ərizəçi münasibətdə sonuncunun qanunla qorunan hüquq və maraqlarının pozulmasından söhbət gedə bilməz. Çünki, işin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0027 nömrəli, 30505028 kodlu dövlət aktında 5-ci sırada qeyd edilməli olan X4 əvəzinə yanlış olaraq, X14 qeyd edilmiş, nəticədə, bu hal məhz ərizəçinin qızının gələcəkdə yarana biləcək hüquqlarının pozulmasına əsas olmuşdur. Yəni, hazırda torpağa mülkiyyət hüququna dair dövlət aktında adı yanlış yazılmış qızı Seyidxanım Babayevanın hüquqlarının bərpası üçün özünün birbaşa məhkəməyə müraciət etməli olduğu halda, ona aid olan sənədlərdə hər hansı bir yanlışlıq olmayan Ərizəçi mülki qanunvericiliyin tələblərini pozaraq subyektiv hüquqa malik olmadan məhkəməyə müraciət edib, qızının hüquqlarının bərpa edilməsini xahiş etmişdir ki, bu da yolverilməzdir. Çünki, ərizəçinin, qızı Seyidxanım Babayevanın adından məhkəməyə müraciət edə bilməsi üçün sonuncu fəaliyyət qabiliyyətinə malik olmamalı və ya bu qabiliyyət məhdudlaşdırılmalıdır. Bununla da, ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə ərizəçinin qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Eyni zamanda, məhkəmənin 30 mart 2022-ci il tarixli hazırlıq iclasında ərizəçiyə özünün qızı Seyidxanım Babayeva ilə əvəz olunması təklif edilsə də, ərizəçi bununla razılaşmayaraq, ərizəçi qismində özünün iştirak edəcəyini bildirmişdir. Azərbaycan Respublikasının MPM-in 54-cü maddəsinin İ-İİ hissələrinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması və torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ ilə X5 məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması və torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ ilə X5 məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi əsassız olduğundan təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-227/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-227/2022
25.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver