Məhkəmə qərarları › İş №2(059)-23/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-23/2025

17.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-23/2025 17.01.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi, maraqlı şəxs-Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri, 14 fevral 1962-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə, ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, X6 ilə 30 oktyabr 1989-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Belə ki, əri Sabir Məmmədov əqli qüsurlu olmaqla, 1985-ci ildən birinci dərəcəli əlildir. Həmçinin, əri Sabir Məmmədov əmək qabiliyyətsiz olmaqla, sonuncuda gözlə görünəcək qədər ağır dərəcəli əqli gerilik və ciddi davranış pozuntuları müşahidə olunduğu üçün ona kənar şəxsin qulluğu və müalicəsi lazımdır. Beləliklə, hazırda Sabir Məmmədov psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk və onları şüurlu idarə etmək iqtidarında olmamaqla, yanaşı mülki hüquqları əldə etmək və həyata keçirmək, habelə özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətində deyildir. Odur ki, ərizəçi tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında bildirdi ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 14 fevral 1962-ci il təvəllüdlü X6 barəsində verdiyi rəyə əsasən sonuncunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Yenikənd kənd soveti tərəfindən 30 oktyabr 1989-cu il tarixdə verilmiş İV-ЖГ seriyalı, 455986 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X5 arasında 30 oktyabr 1989-cu il tarixdə nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 36 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Məmmədova" soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, 14 fevral 1962-ci təvəllüdlü əmək qabiliyyəti olmayan X6 ümumi xəstəlikdən birinci dərəcəli müddətsiz əlildir. Beləliklə iş materiallarında olan sənədlərdən müəyyən olundu ki, Ərizəçi birinci dərəcəli əlilliyi olan X2 arvadıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən verilmiş 14 oktyabr 2024-cü il tarixli, 2993 saylı rəydən görünür ki, X3 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə aşkar olunur. Sabir Məmmədov psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmamaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Orta dərəcəli əqli gerilik, davranış pozuntuları diaqnozlu xəstəlik ilə əlaqədar onun səhhəti məhkəmə baxışında iştirakına yol vermir. İşdə olan 03 iyun 2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MM-nin 28.8-ci maddəsinin İ və İİ cümlələrinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Göstərilənlərə əsasən, məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, 14 fevral 1962-ci il təvəllüdlü X6 hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. Siyəzən rayonunun Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan, 14 fevral 1962-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar