Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-241/2023 05.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair 23 fevral 1998-ci il tarixli, JN seriyalı, 0082 nömrəli, 30505018 kodlu dövlət aktında torpağın ümumi birgə mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən mərhum X2 “Hüseynov”, 3-cü sırada qeyd edilən Maraqlı şəxs1 Qədulla oğlunun ata adının “Yədulla”, 4-cü sırada qeyd edilən X1 “Hüseynov”, adının “Zəkulla”, ata adının isə “Yədulla”, 5-ci sırada qeyd edilən X8 ata adının “Yadulla”, 7-ci sırada qeyd edilən X6 isə ata adının “Zəbulla” olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə, ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 37-İİİ nömrəli qərarına əsasən torpağa mülkiyyət hüququna dair 23 fevral 1998-ci il tarixli, JN seriyalı, 0082 nömrəli, 30505018 kodlu dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 4,93 ha torpaq sahəsi, X14, Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, X9, X15 və X7 ümumi birgə mülkiyyətinə verilmişdir. Ümumi birgə mülkiyyətçilərdən əri Yadulla Hüseynov 04 iyul 2018-ci il tarixdə vəfat etmişdir. Ərinə məxsus miras kütləsinə daxil olan torpaq payının aidiyyəti vərəsələr arasında bölünməsi məqsədi ilə notariat əməliyyatların aparılması üçün müvafiq quruma, eləcə də dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə etdiyi müraciəti zamanı sözügedən dövlət aktında torpağın mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən X4 “Hüseynov” olduğu halda “Hüseynova” kimi, 3-cü sırada qeyd edilən Maraqlı şəxs1 Qədulla oğlunun ata adı “Yədulla” olduğu halda “Qədulla” kimi, 4-cü sırada qeyd edilən X3 “Hüseynov” olduğu halda “Hüseynova” kimi, adı “Zəkulla” olduğu halda “Zəkiyyə” kimi, ata adı “Yədulla” olduğu halda “Qədulla” kimi, 5-ci sırada qeyd edilən X8 ata adı “Yadulla” olduğu halda “Qədulla” kimi, 7-ci sırada qeyd edilən X6 isə ata adı “Zəbulla” olduğu halda “Yadulla” kimi qeyd edilmişdir. Beləliklə, dövlət aktında olan səhvə görə torpaq payı üzərində mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciətinə müsbət cavab verilməyərək, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, ərizəçi tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatları və dəqiqləşdirmələri olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Yarıyeva (Hüseynova) Könül Yadulla qızı, Seydəliyeva (Hüseynova) Kəmalə Zəbulla qızı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və bu idarənin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilatlar (şəxslər) nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 12 aprel 2023-cü il tarixdə verilmiş 95 nömrəli arayışdan, eləcə də keçmiş Dəvəçi rayon Yenikənd kənd soveti tərəfindən 07 iyun 1979-cu il tarixdə verilmiş Vİ-ЖГ seriyalı, 419807 nömrəli, Yenikənd kənd XDS icraiyyə komitəsinin VVAQ bürosu tərəfindən 13 may 1983-cü il tarixdə verilmiş Vİİİ-ЖГ seriyalı, 394797 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası X23, anası Ərizəçi olan Maraqlı şəxs1 xx xxxxxx 1975-ci il tarixdə, Maraqlı şəxs2 xx xxxx 1979-cu il tarixdə, X19 isə xx xxxx 1983-cü il tarixdə Siyəzən (keçmiş Dəvəçi) rayonunun Yenikənd kəndində doğulmuşlar. İşdə olan Siyəzən rayon Yenikənd kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən 14 avqust 1993-cü il tarixdə verilmiş XVİİ-ЖГ seriyalı, 342449 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X16, anası X24 olan X17 xx xxxx 1993-cü il tarixdə Siyəzən rayon Yenikənd kəndində doğulmuşdur. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi 22 oktyabr 2002-ci il tarixdə verilmiş İİ-AZ seriyalı, 039643 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X19 22 oktyabr 2002-ci il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 193 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Yarıyeva” soyadı verilmişdir. İşdə olan Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 08 sentyabr 2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 222367 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X17 08 sentyabr 2017-ci il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 2524 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Seydəliyeva” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon İHB-nin Yenikənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 13 iyul 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 950938 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 04 iyul 2018-ci il tarixdə Yenikənd kəndində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 13 iyul 2018-ci il tarixdə 19 nömrəli qeyd edilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair 23 fevral 1998-ci il tarixli, JN seriyalı, 0082 nömrəli, 30505018 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 37-İİİ nömrəli qərarı ilə 4,93 ha torpaq sahəsi X11, Ərizəçi, Maraqlı şəxs1 Qədulla oğlunun, X5, X8, X15 və X6 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 31 yanvar 2023-cü il tarixli, 3-21-3-31/2- 306/2023 saylı məktubundan görünür ki, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 22 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəf məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçiyə və digər ümumi birgə mülkiyyətçilərə məxsus olan bütün sənədlərdə onların ad, soyad və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair 23 fevral 1998-ci il tarixli, JN seriyalı, 0082 nömrəli, 30505018 kodlu dövlət aktında torpağın mülkiyyətçisi kimi qeyd edilməli olan X25 əvəzinə yanlış olaraq X21, Maraqlı şəxs2 əvəzinə yanlış olaraq X13, X19 əvəzinə yanlış olaraq X20, X17 əvəzinə yanlış olaraq X18 qeyd edilmiş, nəticədə bu hallar ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halları, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməli, torpağa mülkiyyət hüququna dair 23 fevral 1998-ci il tarixli, JN seriyalı, 0082 nömrəli, 30505018 kodlu dövlət aktında torpağın ümumi birgə mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən mərhum X2 “Hüseynov”, 3-cü sırada qeyd edilən Maraqlı şəxs1 Qədulla oğlunun ata adının “Yədulla”, 4-cü sırada qeyd edilən X1 “ Hüseynov”, adının “Zəkulla”, ata adının isə “Yədulla oğlu”, 5-ci sırada qeyd edilən X8 ata adının “Yadulla”, 7-ci sırada qeyd edilən X6 isə ata adının “Zəbulla” olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçi tərəfə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair 23 fevral 1998-ci il tarixli, JN seriyalı, 0082 nömrəli, 30505018 kodlu dövlət aktında torpağın ümumi birgə mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən mərhum X2 “Hüseynov”, 3-cü sırada qeyd edilən Maraqlı şəxs1 Qədulla oğlunun ata adının “Yədulla”, 4-cü sırada qeyd edilən X1 “ Hüseynov”, adının “Zəkulla”, ata adının isə “Yədulla oğlu”, 5-ci sırada qeyd edilən X8 ata adının “Yadulla”, 7-ci sırada qeyd edilən X6 isə ata adının “Zəbulla” olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçi tərəfə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-241/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-241/2023
05.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver