Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-245/2024 01.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçilər Ərizəçi5, ərizəçi eləcə də, digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 iştirakları ilə ərizəçilər Ərizəçi5, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi5, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən 29 may 2000-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 220A nömrəli, 30507018 kodlu şəhadətnamədə İ sırada qeyd edilən mərhum X13 ata adının “Mirzə”, İİ sırada qeyd edilən X2 “Məmmədmirzəyev”, ata adının “Hüseyn”, İİİ sırada qeyd edilən X3 “Məmmədmirzəyeva”, İV sırada qeyd edilən X4 “Hüseynzadə”, V sırada qeyd edilən X1 “Məmmədmirzəyeva”, Vİ sırada qeyd edilən X16 ata adının “Hüseyn” olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra, ərizəçilər ərizənin dəqiqləşdirilməsi barədə digər ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni digər hissələrdə müdafiə edərək, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən 29 may 2000-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 220A nömrəli, 30507018 kodlu şəhadətnamədə İV sırada qeyd edilən X4 “Məmmədmirzəyev” olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 18 may 1996-cı il tarixli, 202 saylı qərarı ilə 0,10 ha həyətyanı torpaq sahəsi X21, Ərizəçi5, Ərizəçi1, Hüseynzadə (Məmmədmirzəyev) Vüqar Ucəddin oğlunun, X7 və X20 ümumi birgə mülkiyyətinə verilmişdir. Bu mülkiyyətçilərdən X27 13 noyabr 2002-ci il tarixdə vəfat etmişdir. Torpaq payının mülkiyyətçilər arasında bölünməsi, habelə dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilərkən sözügedən şəhadətnamədə qeyd edilən mülkiyyətçilərin ad, soyad və ata adlarında yanlışlıq olması müəyyən edilmişdir. Beləliklə, şəhadətnamədə olan səhvlərə görə torpaq payı üzərində mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciətlərinə müsbət cavab verilməyərək, onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizəyə əlavə izahatı və dəqiqləşdirmələri olmayan ərizəçilər Ərizəçi5, ərizəçi eləcə də, digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Digər ərizəçilər Ərizəçi3 və Ərizəçi4 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, Ərizəçi3 məhkəmə iclasında üzrlü səbəbdən, Ərizəçi4 isə hazırda Qarabağ bölgəsində yaşamaqla, himayəsində 6 aylıq uşağının olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, habelə sonuncu iclasın onun iştirakı olmadan keçirilməklə, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iclasın ərizəçilər Ərizəçi3 və Ərizəçi4 iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və bu İdarənin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilatlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Abşeron rayon Zarat kənd soveti tərəfindən 20 may 1964-cü il tarixdə verilmiş AЗ seriyalı, 462886 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi5 xx xxxxx 1964-cü il tarixdə Abşeron rayon Zarat kəndində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayon Zarat kənd XDS tərəfindən 09 aprel 1971-ci il tarixdə verilmiş AЗБ seriyalı, 109003 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X28 anası X24 olan X29 xx xxxx 1971-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Zarat kəndində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayon Zarat kənd soveti tərəfindən 06 oktyabr 1989-cu il tarixdə verilmiş İV-ЖГ seriyalı, 385445 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi5 ilə X29 06 oktyabr 1989-cu il tarixdə 15 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Məmmədmirzəyeva” soyadı verilmişdir. İşdə olan Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 18 noyabr 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 014082 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 20 avqust 1990-cı il tarixdə Şabran rayonunun Zarat kəndində doğulmuş X6 “Hüseynzadə”yə dəyişdirmiş, habelə bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 18 noyabr 2015-ci il tarixdə, 83 nömrə ilə qeyd edilmişdir. İşdə olan Siyəzən rayon Zarat İƏV üzrə nümayəndəliyi tərəfindən 04 dekabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 625494 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi5, anası Ərizəçi1 olan Ərizəçi2 20 avqust 1990-cı il tarixdə keçmiş Dəvəçi rayonunun Zarat kəndində doğulmuşdur. İşdə olan Siyəzən rayonu Zarat kənd soveti tərəfindən 17 avqust 1992-ci il tarixdə verilmiş XVİ-ЖГ seriyalı, 472081 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi5, anası Ərizəçi1 olan X12 xx xxxx 1992-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndində doğulmuşdur. İşdə olan Siyəzən rayonu Zarat İƏV üzrə nümayəndəliyi tərəfindən 07 iyun 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 696784 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X43 ilə X12 07 iyun 2012-ci il tarixdə 03 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Cəfərova” soyadı verilmişdir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2002-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X14 X27 və X9 tərəfindən övladlığa götürülmüş hesab edilməsi, habelə övladlığa götürüldükdən sonra ona “Məmmədrzayev” soyadının və “Hüseyn” ata adının verilməsi qət edilmişdir. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 06 noyabr 2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 302299 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X27, anası X9 olan X25 xx xxxxx 1998-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndində doğulmuşdur. İşdə olan Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 31 mart 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 499386 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X25 31 mart 2022-ci il tarixdə 852 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Qurbanova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 24 yanvar 2024-cü il tarixdə verilmiş AZ seriyalı, 148437 nömrəli arayışdan görünür ki, X27 13 noyabr 2002-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 noyabr 2002-ci il tarixdə 01 nömrəli qeyd edilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 220A nömrəli, 30507018 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 18 may 1996-cı il tarixli, 202 saylı qərarı ilə 0,10 ha həyətyanı torpaq sahəsi X13, X11, X18, X19, X10 və X16 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 20 dekabr 2023-cü il tarixli, 3-21-3-31/2-M- 01xx-xx/2023 nömrəli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 220A nömrəli şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 29 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə və mərhuma məxsus olan bütün sənədlərdə onların adı düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 220A nömrəli, 30507018 kodlu şəhadətnamədə İ sırada qeyd edilməli olan mərhum X21 ata adı “Mirzə” əvəzinə yanlışlıqla “Gülmirzə” kimi, İİ sırada qeyd edilməli olan Ərizəçi5 soyadı “Məmmədmirzəyev” əvəzinə yanlışlıqla “Məmmədrzayev” kimi, ata adı “Hüseyn” əvəzinə yanlışlıqla “Gülmirzə” kimi, İİİ sırada qeyd edilməli olan Ərizəçi1 soyadı “Məmmədmirzəyeva” əvəzinə yanlışlıqla “Məmmədrzayeva” kimi, İV sırada qeyd edilməli olan X5 “Məmmədmirzəyev” əvəzinə yanlışlıqla “Məmmədrzayev” kimi, V sırada qeyd edilməli olan X8 isə soyadı “Məmmədmirzəyeva” əvəzinə yanlışlıqla “Məmmədrzayeva” kimi qeyd edilmiş, nəticədə bu hallar ərizəçi Aytac Qurbanov istisna olmaqla, digər ərizəçilərin mülkiyyətlə əlaqədar yarana biləcək hüquqlarına maneə yaratmışdır. Həmin ərizəçilərin yaranmış bu halları, yəni ziddiyyətləri aradan qaldırmaları başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Eyni zamanda, məhkəmə digər Ərizəçi4 münasibətdə qeyd edir ki, sonuncunun qanunla qorunan hüquq və maraqlarının pozulmasından söhbət gedə bilməz. Çünki, torpağın mülkiyyətə verilməsinə dair sözügedən şəhadətnamədə Ərizəçi4 münasibətdə hər hansı bir yanlışlıq müəyyən edilməmişdir. Belə ki, 29 may 2000-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 220A nömrəli, 30507018 kodlu şəhadətnamə verilərkən, Ərizəçi4 ata adı düzgün olaraq, “Ucəddin” kimi qeyd edilmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, ərizənin mövcud vəziyyətdə qanunla qorunan hüquqları, eləcə də maraqları pozulmamış Ərizəçi4 münasibətdə təmin edilməsi istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən 29 may 2000-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 220A nömrəli, 30507018 kodlu şəhadətnamədə İ sırada qeyd edilən mərhum X13 ata adının “Mirzə”, İİ sırada qeyd edilən X2 “Məmmədmirzəyev”, ata adının “Hüseyn”, İİİ sırada qeyd edilən X3 “Məmmədmirzəyeva”, İV sırada qeyd edilən X4 “Məmmədmirzəyev”, V sırada qeyd edilən X1 “Məmmədmirzəyeva” olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən 29 may 2000-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 220A nömrəli, 30507018 kodlu şəhadətnamədə İ sırada qeyd edilən mərhum X13 ata adının “Mirzə”, İİ sırada qeyd edilən X2 “Məmmədmirzəyev”, ata adının “Hüseyn”, İİİ sırada qeyd edilən X3 “Məmmədmirzəyeva”, İV sırada qeyd edilən X4 “Məmmədmirzəyev”, V sırada qeyd edilən X1 “Məmmədmirzəyeva” olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-245/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-245/2024
01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver