Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-272/2023 05.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 22 iyun 2005-ci il tarixli, JN seriyalı 2258A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi 2-ci sırada qeyd edilən X3 ata adının “Əlağa” və beləliklə həmin şəhadətnamənin 2-ci sırasındakı ümumi birgə mülkiyyətçisinin mərhum X4, 4-cü sırada qeyd edilən Ərizəçiağa oğlunun isə ata adının “Əli” və beləliklə həmin şəhadətnamənin 4-cü sırasındakı ümumi birgə mülkiyyətçisinin Ərizəçi olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə, ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 31-11 nömrəli qərarına əsasən 0,03 ha həyətyanı torpaq sahəsi X5, X1, X2 və Ərizəçi ümumi birgə mülkiyyətinə verilmişdir. Ümumi birgə mülkiyyətçilərdən anası X4 28 fevral 2019-cu il tarixdə, atası X7 isə 13 yanvar 2022-ci il tarixdə ölmüşlər. Sözügedən torpaq payının vərəsələr arasında bölünməsi, habelə həmin torpaq payı üzərində mülkiyyət hüquqlarının tanınması, eləcə də dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə etdiyi müraciəti zamanı sözügedən şəhadətnamədə torpağın mülkiyyətçisi 2-ci sırada qeyd edilən X3 ata adının “Əlağa” olduğu halda “Əli” kimi, 4-cü sırada qeyd edilən Ərizəçiağa oğlunun ata adının “Əli” olduğu halda “Əliağa” kimi qeyd edildiyi məlum olmuşdur. Beləliklə, şəhadətnamədə olan səhvə görə torpaq payı üzərində mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciətinə müsbət cavab verilməyərək, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, ərizəçi tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatları və dəqiqləşdirmələri olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və bu İdarənin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilatlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 26 may 1989-cu il tarixdə verilmiş XİV-ЖГ seriyalı, 349740 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X7, anası X4 olan Ərizəçi xx xxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 11 mart 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 995041 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28 fevral 2019-cu il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 mart 2019-cu il tarixdə 33 nömrəli qeyd edilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair 22 iyun 2005-ci il tarixli, JN seriyalı 2258A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 31-11 nömrəli qərarına əsasən 0,03 ha həyətyanı torpaq sahəsi X6, X3, X2 və Ərizəçiağa oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 24 fevral 2023-cü il tarixli, 3-21-3-31/2-A-00xxxx/2023 saylı məktubundan görünür ki, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 17 mart 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçiyə və mərhum anasına məxsus olan bütün sənədlərdə onların ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair 22 iyun 2005-ci il tarixli, JN seriyalı 2258A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçiləri kimi qeyd edilməli olan Ərizəçi ata adı yanlış olaraq, Əliağa oğlu kimi, mərhum X1 ata adı isə yanlış olaraq Əli qızı kimi qeyd edilmiş, nəticədə bu hallar ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halları, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair 22 iyun 2005-ci il tarixli, JN seriyalı 2258A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi 2-ci sırada qeyd edilən X3 ata adının “Əlağa” və beləliklə həmin şəhadətnamənin 2-ci sırasındakı ümumi birgə mülkiyyətçisinin mərhum X4, 4-cü sırada qeyd edilən Ərizəçiağa oğlunun isə ata adının “Əli” və beləliklə həmin şəhadətnamənin 4-cü sırasındakı ümumi birgə mülkiyyətçisinin Ərizəçi olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair 22 iyun 2005-ci il tarixli, JN seriyalı 2258A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi 2-ci sırada qeyd edilən X3 ata adının “Əlağa” və beləliklə həmin şəhadətnamənin 2-ci sırasındakı ümumi birgə mülkiyyətçisinin mərhum X4, 4-cü sırada qeyd edilən Ərizəçiağa oğlunun isə ata adının “Əli” və beləliklə həmin şəhadətnamənin 4-cü sırasındakı ümumi birgə mülkiyyətçisinin Ərizəçi olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-272/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-272/2023
05.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver