Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-282/2022 06.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılaraq, şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılaraq, şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 26 may 2004-cü il tarixli, JN seriyalı, 279F nömrəli, 30505018 kodlu şəhadətnamədə 4-cü sırada həyətyanı torpaq sahəsinin paylı mülkiyyətçisi kimi qeyd edilən Ərizəçi Hacı qızının ata adının “Faiq” olması, bununla da torpağa mülkiyyət sənədində 4-cü sırada qeyd edilən mülkiyyətçinin Ərizəçi olması (oxunması) və torpaq şəhadətnaməsinin 4-cü sırada qeyd edilən mülkiyyətçiyə münasibətdə Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 saylı qərarı ilə 0,22 ha həyətyanı torpaq sahəsi onun, X2, X1, X3, X6, X4 və X5 birgə mülkiyyətinə verilmiş, müvafiq olaraq torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 279F nömrəli, 30505018 kodlu şəhadətnamə tərtib edilsə də, bu şəhadətnamənin ona aid hissəsində ata adı yanlış qeyd edilmişdir. Belə ki, onun ata adı “Faiq” əvəzinə yanlışlıqla, “Hacı” kimi qeyd edilmiş, bununla da, torpağın mülkiyyətə verilməsinə dair müvafiq şəhadətnamədə yanlışlığa yol verilmişdir. Payların ayrılması ilə əlaqədar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şöbəsinə müraciəti zamanı yuxarıda qeyd edilən şəhadətnamədə yanlışlıq olduğu müəyyən olmuşdur. Qeyd olunan mexaniki yanlışlığa görə onun, digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan və ona çatan torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçirə bilmir və bununla da mülkiyyət hüquqları məhdudlaşmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon ZAKS tərəfindən 09 oktyabr 1963-cü il tarixdə verilmiş АЗ seriyalı, 535276 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X14, anası X9 olan X15 xx xxxxxx 1961-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Gil-gil çay STdə doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayon Yenikənd kənd XDS İK-nin VVAQ şöbəsi tərəfindən 20 iyul 1982-ci il tarixdə verilmiş İİ-ЖГ seriyalı, 470659 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X15 20 iyul 1982-ci il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Balakişiyeva” soyadı verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 279F nömrəli, 30505018 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 saylı qərarı ilə 0,22 ha torpaq sahəsi X2, X1, X3, Ərizəçi Hacı qızının, X6, X4 və Balakişiyev Elməddin urban oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 15 fevral 2022-ci il tarixli, **********47 nömrəli bildirişindən görünür ki, JN seriyalı, 279F nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 24 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçiyə məxsus olan bütün sənədlərdə onun ata adı “Faiq” kimi qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair 26 may 2004-cü il tarixli, JN seriyalı, 279F nömrəli, 30505018 kodlu şəhadətnamədə 4-cü sırada qeyd edilməli olan Ərizəçi əvəzinə yanlış olaraq, Ərizəçi Hacı qızı qeyd edilmiş, nəticədə, bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair 26 may 2004cü il tarixli, JN seriyalı, 279F nömrəli, 30505018 kodlu şəhadətnamədə 4-cü sırada qeyd edilən Ərizəçi Hacı qızının ata adının “Faiq” olması, həmin şəhadətnamədə 4-cü sırada qeyd edilən mülkiyyətçinin Ərizəçi kimi oxunması, həmçinin bu şəhadətnamənin 4-cü sırada qeyd edilən mülkiyyətçiyə münasibətdə ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Bundan əlavə, hazırkı məqamda ərizəçi birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları olmaqla, onun torpaq sahəsi üzərində payı real olaraq müəyyən edilmədiyindən ona ərizədə tələb edilən paylı mülkiyyətçi kimi yanaşılması istisna edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçi Valeh Babayevə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair 26 may 2004-cü il tarixli, JN seriyalı, 279F nömrəli, 30505018 kodlu şəhadətnamədə 4-cü sırada qeyd edilən Ərizəçi Hacı qızının ata adının “Faiq” olması, həmin şəhadətnamədə 4-cü sırada qeyd edilən mülkiyyətçinin Ərizəçi kimi oxunması, həmçinin bu şəhadətnamənin 4-cü sırada qeyd edilən mülkiyyətçiyə münasibətdə ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-282/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-282/2022
06.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver