Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-283/2022 06.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılaraq, torpaq sahəsinin və aktın onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılaraq, torpaq sahəsinin və aktın onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0083 nömrəli, 30505028 kodlu dövlət aktında torpağın ümumi birgə mülkiyyətçisi kimi 4-cü və 5-ci sətirlərdə qeyd edilən “Beydulla” ata adlarının “Eynulla” olması, bununla da, 4-cü sətirdəki Ərizəçi1 Beydulla oğlunun Ərizəçi1, 5-ci sətirdəki Ərizəçi2 Beydulla oğlunun isə Ərizəçi2 kimi oxunması, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-İİ saylı qərarı ilə 9,80 ha torpaq sahəsinin, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0083 nömrəli, 30505028 kodlu dövlət aktının 4-cü və 5-ci sıralarda qeyd edilən mülkiyyətçilərə münasibətdə ümumi birgə mülkiyyət hüququ ilə onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-İİ saylı qərarı ilə 9,80 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X2, X1, X4 və onların birgə mülkiyyətinə verilmiş, müvafiq olaraq torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0083 nömrəli, 30505028 kodlu dövlət aktı tərtib edilsə də, aktın onlara aid hissəsində ata adları yanlış qeyd edilmişdir. Yuxarıda qeyd olunan mülkiyyətçilərdən X5 və X3 vəfat etdikdən sonra digər mülkiyyətçilər payların ayrılması ilə əlaqədar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şöbəsinə müraciəti zamanı yuxarıda qeyd edilən aktda yanlışlıq olduğu müəyyən olmuşdur. Başqa sözlə, ərizəçilərin dövlət aktındakı ata adları doğum haqqında şəhadətnamədə (şəxsiyyət vəsiqəsində) olan ata adı ilə üst-üstə düşmür. Qeyd olunan mexaniki yanlışlığa görə onlar ümumi birgə mülkiyyətdə olan və onlara çatan torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarını Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçirə bilmədiklərindən torpaq payından məhrum olmuşlar. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizəyə əlavə izahatları və dəqiqləşdirmələri olmayan ərizəçilər Anar və Ərizəçi2lar ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Yenikənd kənd soveti tərəfindən 04 iyul 1987-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 327659 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X9 04 iyul 1987-ci il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Talıbova” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayonu Yenikənd kənd sovetinin icraiyyə komitəsi tərəfindən 04 aprel 1988-ci il tarixdə verilmiş Xİİİ-ЖГ seriyalı, 256820 nömrəli və həmin sovet tərəfindən 10 avqust 1989-cu il tarixdə verilmiş XİV-ЖГ seriyalı, 381745 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası X6, anası X8 olan Ərizəçi1 xx xxxx 1988-ci il tarixdə, Ərizəçi2 isə xx xxx 1989-cu il tarixdə keçmiş Dəvəçi rayonunun Yenikənd kəndində doğulmuşlar. İşdə olan torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0083 nömrəli, 30505028 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-İİ saylı qərarı ilə 9,80 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X2, X1, X4, Ərizəçi1 Beydulla oğlunun və Ərizəçi2 Beydulla oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21 dekabr 2021-ci il tarixli, **********92 nömrəli bildirişindən görünür ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0083 nömrəli dövlət aktının şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 11 mart 2022-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə məxsus olan bütün sənədlərdə onların ata adı “Eynulla” kimi qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0083 nömrəli, 30505028 kodlu dövlət aktında 4-cü və 5-ci sırada müvafiq olaraq qeyd edilməli olan Ərizəçi1 və Ərizəçi2 əvəzinə yanlış olaraq, Ərizəçi1 Beydulla oğlu və Ərizəçi2 Beydulla oğlu qeyd edilmiş, nəticədə, bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, torpağa mülkiyyət hüququna dair 24 sentyabr 1998-ci il tarixli, JN seriyalı, 0083 nömrəli, 30505028 kodlu dövlət aktında 4-cü və 5-ci sırada müvafiq olaraq qeyd edilən Ərizəçi1 Beydulla oğlunun və Ərizəçi2 Beydulla oğlunun atalarının adının “Eynulla” olması, həmin aktda 4-cü və 5-ci sırada qeyd edilən mülkiyyətçilərin müvafiq olaraq Ərizəçi1 və Ərizəçi2 kimi oxunması, həmçinin bu aktın 4-cü və 5-ci sırada qeyd edilən mülkiyyətçilərə münasibətdə ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, ərizənin “torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 9,80 ha torpaq sahəsinin ərizəçilərə ümumi birgə mülkiyyət hüququ ilə məxsus olması faktının müəyyən edilməsinə” dair hissəsi hüquqi fakt əhəmiyyəti kəsb etmədiyinə və bu hal dövlət aktı ilə müəyyən edildiyinə görə təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Torpağa mülkiyyət hüququna dair 24 sentyabr 1998-ci il tarixli, JN seriyalı, 0083 nömrəli, 30505028 kodlu dövlət aktında 4-cü və 5-ci sırada müvafiq olaraq qeyd edilən Ərizəçi1 Beydulla oğlunun və Ərizəçi2 Beydulla oğlunun atalarının adının “Eynulla” olması, həmin aktda 4-cü və 5-ci sırada qeyd edilən mülkiyyətçilərin müvafiq olaraq Ərizəçi1 və Ərizəçi2 kimi oxunması, həmçinin bu aktın 4-cü və 5-ci sırada qeyd edilən mülkiyyətçilərə münasibətdə ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-283/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-283/2022
06.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver