Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-284/2022 23.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılaraq, şəhadətnamənin mərhum anasına məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılaraq, şəhadətnamənin mərhum anasına məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 22 iyun 2005-ci il tarixli, JN seriyalı, 2233A nömrəli, 30501004 kodlu şəhadətnamədə 2-ci sırada həyətyanı torpaq sahəsinin paylı mülkiyyətçisi kimi qeyd edilən X1 ata adının “Baləmi” olması, bununla da torpağa mülkiyyət sənədində 2-ci sırada qeyd edilən mülkiyyətçinin X4 olması (oxunması) və torpaq şəhadətnaməsinin 2-ci sırada qeyd edilən mülkiyyətçiyə münasibətdə X2 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 23 fevral 1998-ci il tarixli, 31-11 saylı qərarı ilə 0,08 ha həyətyanı torpaq sahəsi onun, X1, X3 və Nümayəndə birgə mülkiyyətinə verilmiş və müvafiq olaraq torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 2233A nömrəli, 30501004 kodlu şəhadətnamə tərtib edilsə də, bu şəhadətnamənin mərhum anası Elza Məmmədovaya aid hissəsində sonuncunun ata adı yanlış qeyd edilmişdir. Belə ki, mərhum anası Elza Məmmədovanın ata adı “Baləmi” əvəzinə yanlışlıqla, “Vaqif” kimi qeyd edilmiş, bununla da, torpağın mülkiyyətə verilməsinə dair müvafiq şəhadətnamədə yanlışlığa yol verilmişdir. Payların ayrılması ilə əlaqədar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şöbəsinə müraciəti zamanı yuxarıda qeyd edilən şəhadətnamədə yanlışlıq olduğu müəyyən olmuşdur. Qeyd olunan mexaniki yanlışlığa görə onun, digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan və ona çatan torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXdə qeydiyyatdan keçirə bilmir və bununla da mülkiyyət hüquqları məhdudlaşmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən 13 iyul 1987-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 327824 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X4 13 iyul 1987-ci il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 79 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Babayeva” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən 03 iyul 1990-cı il tarixdə verilmiş XV-ЖГ seriyalı, 299860 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Nümayəndə, anası X5 olan Ərizəçi xx xxxxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2233A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 23 fevral 1998-ci il tarixli, 31-11 saylı qərarı ilə 0,08 ha torpaq sahəsi Nümayəndə, X1, X3 və Ərizəçi mülkiyyətinə verilmişdir. İşdə olan Quba rayon qeydiyyat şöbəsi tərəfindən 07 avqust 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 113039 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25 iyun 2020-ci il tarixdə Covid-19 xəstəliyindən ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 iyun 2020-ci il tarixdə 179 nömrəli qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 02 mart 2022-ci il tarixli, **********45 nömrəli bildirişindən görünür ki, JN seriyalı, 2233A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 16 mart 2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçinin mərhum anasına məxsus olan bütün sənədlərdə onun ata adı “Baləmi” kimi qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair 22 iyun 2005-ci il tarixli, JN seriyalı 2233A nömrəli, 30501004 kodlu şəhadətnamədə 2-ci sırada qeyd edilməli olan X4 əvəzinə yanlış olaraq, X6 qeyd edilmiş, nəticədə, bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair 22 iyun 2005ci il tarixli, JN seriyalı, 2233A nömrəli, 30501004 kodlu şəhadətnamədə 2-ci sırada qeyd edilən X1 atasının adının “Baləmi” olması və həmin şəhadətnamədə 2-ci sırada qeyd edilən mülkiyyətçinin X4 olması (oxunması) faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə ərizənin “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 2-ci sırada qeyd edilən mülkiyyətçiyə münasibətdə ərizəçi X2 məxsus olması faktının müəyyən edilməsi”nə dair hissəsinə qiymət verərək, qeyd edir ki, bu halın artıq şəhadətnamə ilə müəyyən edilməsi nəzərə alınmalıdır. Bundan əlavə, hazırkı məqamda tərəflər birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları olmaqla, torpaq sahəsi üzərində payları real olaraq müəyyən edilmədiyindən mərhum Elza Məmmədovaya paylı mülkiyyətçi kimi yanaşılması istisna edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair 22 iyun 2005-ci il tarixli, JN seriyalı, 2233A nömrəli, 30501004 kodlu şəhadətnamədə 2-ci sırada qeyd edilən X1 atasının adının “Baləmi” olması və həmin şəhadətnamədə 2-ci sırada qeyd edilən mülkiyyətçinin X4 olması (oxunması) faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-284/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-284/2022
23.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver