Məhkəmə qərarları › İş №2(059)-286/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-286/2021

15.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-286/2021 15.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X4 iştirakı ilə Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri, 18 aprel 1970-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi qızı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X12 kəm ağıllılıqdan əziyyət çəkdiyinə görə özünü idarə etmək qabiliyyətinə malik deyildir. Bu səbəbdən də, əri heç bir yerdə işləmir. X12 öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyildir, hərəkətlərinin mənasını anlaya bilmir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur, ona özü baxır və qulluq edir. Bu səbəbdən də, o, Bəxtiyar Bağırovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda, o, Bəxtiyar Bağırova qəyyum təyin ediləcəyi halda, alacağı müavinət ailənin sosial-maddi durumunun yaxşılaşmasına təsir göstərəcəkdir. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Siyəzən Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X7 məhkəmə iclasında bildirdi ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 18 aprel 1970-ci il təvəllüdlü X6 barəsində verdiyi rəyə əsasən sonuncunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir və bundan sonra X2 üzərində qəyyum təyin edilə bilər. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən RPŞ QvŞV qrupu tərəfindən 17 iyul 2020-ci il tarixdə verilmiş AA2301570 nömrəli şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarının surətlərindən görünür ki, X6 18 aprel 1970-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 14 may 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 088026 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X5 14 may 2004-cü il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 37 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Bağırova” soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin 03 saylı Regional ərazi filialı tərəfindən 06 yanvar 2021-ci il tarixdə verilmiş 041209 nömrəli vəsiqənin surətindən görünür ki, 18 aprel 1970-ci il təvəllüdlü X6 müddətsiz İİ qrup əlildir. Beləliklə iş materiallarında olan sənədlərdən müəyyən olundu ki, Ərizəçi X2 arvadıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli, 1371 saylı rəydən görünür ki, X1 ifadə olunmuş üzvi (epilepsiya nəticəsində) şəxsiyyət pozuntusu (F07) aşkar olunmuşdur. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri-uzun müddət epilepsiya xəstəliyindən əziyyət çəkməsi, tədricən psixi pozuntuların əlavə olunması, dəfələrlə psixiatriya stasionarlarında müalicə olunması, xəstəliyi ilə əlaqədar İİ qrup əlilliyi, həmçinin, hazırkı müayinə zamanı aşkar olunan əlamətlər, ünsiyyətə çətin daxil olması, təfəkkürünün azproduktivliyi və torpidliyi, yaddaş və intellektinin enməsi, bilik ehtiyatının kasadlığı, əhval-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı, affektiv-eksploziv reaksiyalara meyilliyi, davranışı üzərində nəzarətin zəifləməsi, maraq dairəsinin məhdudluğu, yaddaş və intellektinin enməsi, tənqidinin olmaması və s. sübut edir. Bununla da, X10 oğlu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Həmçinin, Bəxtiyar Bağırovun səhhəti onun məhkəmə iclasında iştirakına yol vermir. İşdə olan 29 mart 2021-ci il tarixli qəbzdən görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MM-nin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Göstərilənlərə əsasən məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, 18 aprel 1970-ci il təvəllüdlü X6 hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi qızının ərizəsi təmin edilsin. ünvan 1 ünvanında yaşayan 18 aprel 1970-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar