Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-29/2021 31.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Gasan Guseinovun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanmış xx xxxxxxx 2017-ci il tarixli, AL-1994 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin müqaviləyə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2019-cu il tarixə 252,46 manat əsas borcun, 62,02 manat mükafat, həmin günə hesablanmış 2,27 manat dəbbə pulu, 6651 manat dəymiş zərər olmaqla, cəmi 6967,75 manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı ASC tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanmış xx xxxxxxx 2017-ci il tarixli, AL-1994 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, eləcə də cavabdehdən İddiaçı ASC-nin xeyrinə lizinq obyekti olan “Runna” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5262,75 manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İşin məhkəmə baxış iclası xx xxxx 2021-ci il tarixə saat 15:00-a təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Gasan Guseinov məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılması və əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 da məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirib, mülki işin Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanmasına etiraz etmədi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərindən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələrini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 260-cı maddəsinin 3-cü hissəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 8/1843 saylı və xx xxxxxx 2021-ci il tarixli, 9/4479 saylı ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri, məhkəmə-mühasibatlıq, məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 (iki yüz) manat təşkil edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığına görə aparılmış məhkəmə ekspertizaları tədqiqatlarının dəyərini təşkil edən cəmi 200 (iki yüz) manatın 50 %-i, yəni 100 manatı İddiaçı ASC-dən, qalan 50 %-i, yəni 100 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Aparılmış məhkəmə yol-nəqliyyat hadisələri, məhkəmə-mühasibatlıq, məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 200 (iki yüz) manatın 50 %-i, yəni 100 manatı İddiaçı ASC-dən, qalan 50 %-i, yəni 100 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-29/2021
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-29/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver