Məhkəmə qərarları › İş №2(059)-312/2020

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-312/2020

27.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-312/2020 27.07.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı "aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı "aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, 007450 saylı aktın ləğv edilməsi və əsassız hesablanmış 4533,3 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Qeyd olunan Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. İş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən Vergi İdarəsinin internet səhifəsindən çıxarılmış vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan, eləcə də elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan göründüyü kimi İddiaçı vergi ödəyicisi olmaqla, fərdi sahibkar statusu əldə edən fiziki şəxs, cavabdeh isə hüquqi şəxsdir. Belə ki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur (VÖEN **********) və mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar Siyəzən rayonu, Zarat kəndindəistifadəsində olan qeyri-yaşayış binasında (mağazada) elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktın və onun əsasında yaranmış borcun mübahisələndirilməsi ilə bağlıdır. Tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli elektrik enerjisinin alqısatqısı barədə birtipli müqavilədən də göründüyü kimi bu müqavilə enerjitəchizatı müəssisəsi ilə mağaza istifadəçisi arasında sonuncuya aid Siyəzən rayonu, Zarat kəndindəistifadəsində olan qeyri-yaşayış binasınınelektrik enerjisi təchizatı və onun istismarı qaydaları ilə əlaqədardır. Bütün bunlar isə mübahisənin aşkar şəkildə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğunu göstərir. Belə olduğu halda İddiaçıqızı ilə cavabdeh “xxxxxxxx” ASC arasında yaranmış mübahisəyə baxılması məqsədi ilə mülki iş aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə, yəni aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 44.2.2, 45.1, 45.2, 45.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı "aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi" tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar